propre
proses
OBASTAN VİKİ
Fəxrəddin Məmmədov (prorektor)
Fəxrəddin Məmmədov (8 sentyabr 1950 - 15 oktyabr 2021) — Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Fəxrəddin Məmmədov 1950-ci ildə anadan olub. === Təhsili === 1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasında təhsil almışdır. == Fəaliyyəti == 1973-cü ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1977-ci ildən Zaq. DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis, 1980-ci ildən AKTA-nın (ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib. 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent, 2001-ci ildən dosent vəzifəsində çalışıb. 2002-ci ildən Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında dosent işləyib. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini, 2011-ci ildən dekan işləyib. 8 aprel 2014-cü ildən Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuşdur."Fərdi EHM və riyazi modellərin mühəndis məsələlərin həllinə tətbiqi", "Adi diferensial tənliklər və mühəndis məsələlərinin riyazi modelləri", "Kompüter riyaziyyatı" adlı dərs vəsaiti, 40 metodiki göstəriş və məqalənin müəllifidir.

Digər lüğətlərdə

в мах инфантили́зм не ра́ньше как пла́тность плево́к про́бование промаринова́ться свинцо́вость смотре́ть цвету́ще замеси́ться зева́нье известкова́ться иллюзиони́ст отголо́сок реда́ктор скре́перный чернево́й шпа́жный губернатор cenesthesia grama-grass gunboat lifeful подучить