Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qığılcım
Qığılcım — elektrik boşalmaları zamanı müəyyən istiqamətdə yüksək dərəcədə isinmiş və sıxlaşmış havadır və kifayət qədər yüksək elektrik sahəsində tez-tez qaz qarışıqları vasitəsilə ionlaşmış, elektrik keçirici bir kanal yaratdıqda meydana gəlir. Maykl Faradey bu fenomeni "ümumi elektrik enerjisinin axıdılmasına qatılan gözəl işıq parlaması" kimi izah etmişdi. == Xarici keçidlər == Szikrakisülés (1)...(4) Electric spark (1)...(4). Videos on the portal FizKapu (mac.).
Mavi Qığılcım
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
Həyat qığılcımı
Həyat qığılcımı (alm. Der Funke Leben) — Erix Mariya Remarkın 1952-ci ildə nəşr edilmiş romanı. Əsər Remarkın 1943-cü ildə nasistlər tərəfindən başı kəsilmiş bacısı Elfridə həsr edilmişdir. Hadisələr uyğurulmuş Mellern şəhərində yerləşən konslagerdə baş verir. Həqiqətdə belə bir düşərgə olmamışdır, lakin onun təsviri zamanı Remark Buhenvalda dair məlumatlardan istidafə etmişdir. Mellern şəhərini isə özünün doğma şəhəri olan Osnabrük kimi təsvir etmişdir. Remark özü heç vaxt konslagerdə olmamışdır. Lakin romanda rəsmi hesablardan və şahidlərin ifadələrindən istifadə etmişdir. Əsərin konsepsiyası 1944-cü ildən hazır olsa da, o, işlərə 1946-ci ildə - bacısının cəzalandırılmasına dair məlumat əldə etdikdən sonra başlamışdır. Beş illik fəaliyyətindən sonra Remark başa düşür ki, o, bu mövzular üzrə həmin dövr üçün Almaniyada qüvvədən olan prinsipləri pozmuşdur.
Ağ-qırmızı Qığılcımlar
Ağ-qırmızı Qığılcımlar (pol. Biało-Czerwone Iskry) Polşa Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 1969-cu ildə qurulmuşdur. Uçuşlar üçün PZL TS-11 Iskra təyyarələri istifadə olunurdu. 2022-ci ildə komanda son aviauçuşunu həyata keçirdi.
Qızılcıq
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Qızılcıq (Sisyan)
Qızılcıq və ya İşxanasar (erm. Իշխանասար) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə rayonunda kənd. Həmçinin kənd 2021-ci ildə yaradılmış Göyçə-Zəngəzur Respublikasının ərazisinə daxildir. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim torpağın rəngini bildirən qırmızı mənasında işlənən qızıl sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 165 nəfər, 1886-cı ildə 287 nəfər, 1897-ci ildə 407 nəfər, 1908-ci ildə 450 nəfər, 1914 - cü ildə 441 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz yurdlarına dönə bilmişdir.
Mayil qızılcıq (qırxbuğum)
Mayil qızılcıq (qırxbuğum) — (lat. Polygonum patulum) == Qısa morfoloji təsviri == Birillik bitkidir. Gövdəsi düz, adətən əsasında möhkəm budaqlarla budaqlanan, 60 sm-ə qədər hündürlükdədir; budaqları çəpinə yuxarı yönələn, nazikdir. Yarpaqları oturaq və ya qısa saplaqlı, yuxarı yarpaqlar lansetvari və ya xətvaridir. Çiçəkləri qırmızımtıl rənglidir. Çiçəkyanlığı demək olar ki, boruvari, bölümləri qırmızıtəhər, bel hissəsi yaşıldır. Toxumcaları 2 mm uzunluqda, yumurtavari, sivri, üçtinli, nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.