is. 1. Yanar, yaxud qızarmış bir şeydən sıçrayan od zərrələri; çırtdaq, cılğam, çınqı.
O ki qaldı “qığılcım” kəlməsinə, azərbaycanca qığılcım ən kiçik od şərarələrinə deyilir. M.F.Axundzadə.
Yoğun elektrik kabelinin mis qabığında, çeçələ barmağının ucu enində bir yer sürtülüb açılmış və iki xətt bir-birinə toxunub qığılcım vermiş, bundan da havaya hopan qaz od tutmuşdu. M.Hüseyn.
// Parlaq, işıldayan zərrə; parıltı, bərq. Almazın qığılcımları. Brilyant qığılcım saçır.
2. məc. Bir şeyin çox qüvvətli təzahürü, əlaməti, nişanəsi, işartısı mənasında.
[Kərim babanın] … qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: – Qızılquş, balasını bu səslə çağırır, – dedi. A.Şaiq.
Bu şeirlər Sabir satirasının zəif bir qığılcımını andırsa da, orijinal xüsusiyyətə malik idi. M.İbrahimov.
Lakin bu ümid qığılcımı bir an parlayıb yenə də söndü. M.Rzaquluzadə.