Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qımırlı
Qımırlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qımır kəndində milli tərkibi muğallardan ibarət 153 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 14 təsərrüfatda hər iki cinsdən toplam 27 nəfər əhali yaşamaqdadır. Qımırlı oyk., düz. Qax r-nunun Qax İngi- loy i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Şəki r-nundakı Aşağı Göynük və Yuxan Göynük kəndlərindən gəlmiş ailələr Qımır adlı yerdə salmışlar. Görünür, kəndin ilk sakinləri bir vaxtlar Zaqatala r-nunun Qımır kəndindən köçüb gəlmiş ailələr olmuşlar.
Çığırtı
Çığırtı (həmçinin qışqırıq, bağırtı) — yüksək səs siqnalı yaratmağa yönəlmiş psixomotor fəaliyyət. Heyvanlarda çığırtı informasiyanın ötürülməsinin vacib formalarından biri olduğu halda, insanlarda çığırtı orqanizmin stressə yönəlmiş ümumi fizioloji reaksiyası və diskomfortu ifadə etməklə yanaşı, emosiyaların ifadə formasıdır. Çığırtının yaranması prosesində əsas rolu tənəffüs sistemi oynayır. İnsan çığırtılarının səslənməsi onların yaş və cins xüsusiyyətlərindən asılıdır. Körpələrin qışqırıqları strukturlaşdırılmışdır və spektroqramda normal ağlama ilə bağlı kənarlaşmalar patologiyanı göstərə bilər. Uşaqların çığırtısının ümumi səbəbi diqqəti cəlb etməkdir. Yetkin insanlarda, normal nitqlə müqayisədə, çığırtı formantları daha yüksək tezliklərdə ifadə edilir, e və u kimi sait cütləri üçün baş məsafələri isə azalır. Kişilər tərəfindən çıxarılan çığırtı səsinin tezliyi orta hesabla qadın çığırtılarından daha aşağıdır . Yaşlı insanlar öz eşitmə itkisini aradan qaldırmaq üçün çox vaxt çığırtıdan istifadə edirlər . Normal söhbət zamanı yaranan səs-küy səviyyəsi 60-70 dB, qışqırarkən isə onun dəyərləri 90-110 dB diapazonuna çatır .
Zikirti
Zikirti, həmçinin Zikirta, Zikurti, Zekertu və ya Zikertu — Zaqros dağlarının şimalında yerləşən qədim padşahlıq. E.ə. 750-521-ci illərdə mövcud olmuşdur. Manna dövlətinin ən şərq hissəsini təşkil edirdi. Zikertu padşahlığı müasir Miyanə–Ərdəbil şəhərləri arasındakı ərazi ilə lokalizə edilir.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Bicirli (Miyanə)
Bicərli (fars. بيجرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, bölgə mərkəzindən 18 km. qərbdə, Təbriz-Miyanə avtomobil yolunun üstündədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (37 ailə).
Lorenso Giberti
Lorenso Giberti (1378[…], Florensiya – 1 dekabr 1455, Florensiya) – italyan heykəltaraş və zərgər. Zərgərliyi atalığı Bartolo di Mikeledən öyrənib. Yaradıcılığı Florensiyadan başqa Venesiya, Siena və Roma ilə də bağlı olub. Antik incəsənətin təsirilə, mənsub olduğu beynəlmiləl qotika ənənəsini dəf edərək, intibah mədəniyyətinin banilərindən birinə çevrilib. Antik heykəltaraşlıq nümunələrinə əsaslanmış, monumental heykəltaraşlığın bürüncdən tökmə texnikasını dirçəltmiş və təkmilləşdirmişdir. Donatello ilə paralel olaraq yastılanmış relyef üsulunu işləyib hazırlamışdır. 1401–1402-ci illərdə Florensiya kilsəsinin baptisterisinin ikinci (şimal) qapılarının tərtibatı üzrə keçirilən müsabiqə üçün "İbrahimin qurban kəsməsi" bürünc relyefini hazırlamış, Filippo Brunelleski ilə bərabər qalib olmuşdur. Ömrünün sonlarında incəsənət tarixinin antik dövrdən öz dövrünə qədər ilk şərhini, öz avtobioqrafiyasını, perspektiv, optika, anatomiya və s. haqqında elmi sübutları əhatə edən "Şərhlər" traktatını yaratmışdır.
Cənnət qapısı (Giberti)
Cənnət qapısı (it. Porta del Paradiso) — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" (it. del Paradiso) adlandırılmışdır. Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır. == Tarixi == Florensiya vəftizxanasının cənub fasadında yerləşən ilk qapısı 1336-cı ildə Andrea Pizano tərəfindən hazırlanmış və quraşdırılmışdır. 1401-ci ildə vəftizxananın şimal qapısının hazırlanması üçün müsabiqə keçirilmiş, Filippo Brunelleski də daxil olmaqla, bir çox sənətkarın iştirak etdiyi müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir. 1424-cü ildə Giberti tərəfindən hazırlanmış qapılar vəftizxananın şimal fasadında quraşdırılmış, bundan sonra, işin keyfiyyətindən razı qalan şəhər şurası, vəftizxananın Santa Maria del Fiore kafedralına yönələn və əsas hesab edilən şərq fasadında qapının hazırlanması işi də yenicə Venesiyadan qayıtmış Gibertiyə həvalə edilmişdir (müqavilə 2 yanvar 1425-ci ildə imzalanmışdır). Sənətkarın işləməli olduğu mövzular respublika kansleri və dövrün böyük humanisti olan Leonardo Bruni tərəfindən Əhdi-ətiq mövzuları arasından seçilmiş, lakin, Gibertiyə seçilmiş mövzuları müstəqil təfsir etmək imkanı verilmişdir.