Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırmızılı
Qaraburun, Qırmızılı, Karakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Talin rayonunda kənd. İrəvan xanlığında kənd. == Tarixi == Qaraburun rayon mərkəzindən 18 km məsafədə, Alagöz dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözündən və «irəli çıxan və ya suya doğru uzanan», «dağ çıxıntısı, dağın qolu, sıldırımlı qaya» mənasında işlənən burun sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Karmraşen (Qırmızı kənd), 21.l.1965-cı il fərmanı ilə yenidən dəyişdirilib Karakert (daş tikintisi) qoyulmuşdur. == İstinadlar == == Xarici keçidlər == Qaraburun (Talin) GEOnet Names Server-də.
Qırmızılı (Talin)

İstanbul qırmızısı
İstanbul qırmızısı (roman)
İstanbul qırmızısı (roman)
İstanbul qırmızısı (it. Rosso Istanbul; türk. İstanbul Kırmızısı) — Türkiyə–İtaliya rejissoru, ssenaristi və yazıçısı Fərzan Özpətəyin ilk romanı. Roman 29 oktyabr 2013-cü ildə İtaliyanın "Arnoldo Mondadori" nəşriyyatı tərəfindən satışa çıxarılmış, 2014-cü ilin fevralında isə Türkiyədə buraxılmağa başlamışdır.Kitabın orijinal dili italyancadır və türk dilinə Eren Cendey tərəfindən tərcümə edilmişdir. Kitabın üz qabığında anasının şəklini istifadə edən Fərzan Özpətək kitabın adının "İstanbul qırmızısı" olmasının səbəbini anasının ondan istədiyi qırmızı dırnaq boyasına görədir. O, əlavə etmişdir: "Lakin əslində bunun içində çoxlu qırmızı var. Kitabı oxuyanların orada tapacağı qırmızılar bunlardır. Mən kitabı yazarkən, məsələn, Gəzi hadisələri baş verirdi, orada qırmızı paltarlı bir qadın var idi. Həm də İstanbuldakı evimdən gördüyüm İstanbulun mavi ilə qırmızının qarışdığı bir səması var. Əslində biz İstanbulu həmişə mavi kimi düşünürük.
İstanbul qırmızısı (film)
İstanbul qırmızısı (türk. İstanbul Kırmızısı, it. Rosso Istanbul) — 2017-ci ildə Fərzan Özpətəyin rejissorluğu ilə həmin müəllifin eyniadlı romanı əsasında çəkilmiş Türkiyə dram filmi. Film tamamilə türk aktyorlardan ibarət heyəti ilə türk dilində çəkilmişdir. Filmin ilk beynəlxalq tanıtımı Roma Film Festivalında keçirilmişdir. == Süjeti == Yazıçı Orxan Şahin uzun illərdən sonra tanınmış rejissor Dəniz Soysalın ilk romanını yazmağa kömək etmək üçün İstanbula qayıdır. Orxan doğulub boya-başa çatdığı yerlərə nostalgiya ilə baxmağa başlayır, dostları, ailəsi və keçmiş sevgilərini yenidən yaşayır. == İstehsal == Çəkilişlərin 2015-ci ilin sentyabrında başlayacağı gözlənilirdi, lakin bir neçə gecikmədən sonra İstanbul şəhərindəki ictimai-siyasi vəziyyət ilə əlaqədar çəkilişlər rəsmi olaraq 12 aprel 2016-cı ildə başlamış və ümumilikdə yeddi həftə davam etmişdir. == Distribusiya == Film 2 mart 2017-ci ildə İtaliyada italyan dilində, Türkiyədə isə növbəti gün nümayiş olunmuşdur. İtaliyada "01 Distribution", Türkiyədə isə "Mars Dağıtım" tərəfindən distribusiya olunmuşdur.
İstanbul qırmızısı (film, 2017)

Qırmızılar, Qaralar və Başqaları (1969)
Qırmızılar, qaralar və başqaları (rus. Красные, черные и другие) == Məzmun == Karl Marksdan soruşmuşlar: Sizin ən sevdiyiniz rəng? Qırmızı deyə cavab vermiş... Fəzanın ənginliklərində kiçik rəngli kürə fırlanır. Diqqətlə baxdıqda bunun Yer kürəsi olduğu bilinir. Bizim dünyamız, insanların dünyası... Yer üzündə ağ, sarı, qaradərili insanlar yaşayır. Onların arasında yalnız qırmızılar yoxdur. "Qırmızılar, qaralar və başqaları" — bu film-alleqoriyadır. Dünyada kommunist ideyaları yarananda, özünü təsdiq edəndə ekranda dövrün obrazı mücərrəd rəngli rəmz-fiqurlar görünür, eyni zamanda geniş tamaşaçı kütləsinə tanış olan kino sənədləri canlanır, radio verilişləri, mahnı və nitqlər səslənir.
Qırmızılar, qaralar və başqaları (film, 1969)

No 1 (kral qırmızısı və mavi)
No. 61 (pas və mavi) (ing. No. 61 (Rust and Blue)) — rus-amerikalı abstrakt ekspressionist rəssam Mark Rotko tərəfindən 1954-cü ildə çəkilmiş rəsm əsəri. Rəng sahəsi üslubu ilə çəkilmişdir. 2012-ci ilin noyabrında bu rəsm əsəri Sotbis hərracında 75,1 milyon ABŞ dolları qarşılığında satılmışdır.
Qırmızıdağ
Qırmızıdağ-1 (Qızıldağ)
Qırmızıbağ (Çaroymaq)
Qırmızıbağ (fars. قرمزي باغ‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 209 nəfər yaşayır (36 ailə).
Qırmızıdağ (dağ)
Qırmızıdağ - Babək rayonu ərazisində dağ (hünd. 1004,2 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 4,5 km cənub-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.

Qırmızıdağ-2 (Qızıltəpə)
Qırmızıdağ-2 (Qızıltəpə) - Babək rayonu ərazisində dağ (hünd. 945,9 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 3 km-dək cənub-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.