1. Müxtəlif şeylərdən və ya növlərdən ibarət olan, başqa şey və ya şeylər qatılmış olan; yekcins olmayan, saf və xalis olmayan, müxtəlif ünsürlərdən ibarət olan. Qarışıq yun. Qarışıq yağ.
// Qoşma mənasında. Başqa bir şeylə qarışmış.
2. İs. mənasında. İki cinsdən olan, iki soydan əmələ gəlmiş, mələz. Bu itin canavarla qarışığı vardır.
3. İs. mənasında. Bir şeyə qarışdırılmış şey, bir şeyin içində olan başqa şey; qatışıq. Bu buğdanın qarışığı var. Yun və ipək qarışığından toxunmuş parça.
4. zərf Bir yerdə, birlikdə, birgə, bərabər.
5. Bir-birinə keçmiş, qarmaqarışıq, tərtibsiz, nizamsız. Qarışıq saç. Bu kitablar çox qarışıqdır.
6. Anlaşılmaz, dolaşıq, aydın olmayan, qeyri-müəyyən. Qarışıq yazı. Qarışıq fikir. Qarışıq yuxu.