Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırmızıqarın kərtənkələ
Qırmızıqarın kərtənkələ (lat. Darevskia parvula) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Ümumi == Kiçik heyvan olub, uzunluğu 60 mm təşkil edir.[mənbə göstərin] Quyruğu isə iki dəfə uzundur. Boğaz nahiyəsində 22–35 pulcuq vardır. Bədəninin mərkəzi hissəsində 50–69 pulcuq olur. Rəngi müxtəlif olur. Bədəninin orta hissəsi işıqlı-yaşıl, zeytuni-yaşıl və ya çirkin-yaşıl olur. Dişilər işiqlı-qəhvəyi, qəhvəyi-boz və ya zeytuni-boz rəngdə olurlar. Qarın nahiyəsi qəhvəyi-qırmızı rəngdə olur.[mənbə göstərin] Növ Acarıstan, Gürcüstanın qərbi, Qara dəniz sahillərindən Borjomi dərəsinə qədər olan ərazilərə qədər yayılmışdır. Türkiyənin şimal-şərq sərhədləri boyunca rast gəlinir.
Qırmızıqarın təlxə
Qırmızıqarın təlxə(lat. Dolichophis schmidti) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Müasir zamana qədər bu növ Xəzər təlxəsinin bir yarımnövü hesab edilirdi. Onların əsas fərqləri ondadır ki, Qırmızıqarın təlxə əsasən Qafqazda yayılmışdır. Digər fərqi isə qarın nahiyəsi isə qırmızı olmasıdır. Onların bədənindəki pulcuqlar hamarlığı ilə seçilir. == Yayılması == Onlara Mərkəzi Anadoludan İranın şimalına qədər olan ərazilərdə, Dağıstanın cənubunda, Azərbaycanda, Gürcüstanda, Ermənistanda və Türkmənistanın Bir çox çaylarının kənarlarında yayılmışdır. Yarımnövləri yoxdur. == Həyat tərzi == Onlar düzən çaylarının kənarlarından başlayaraq, hündürlüyü 1000–1500 metr olan dağ çaylarının dərələrində belə rast gəlinir. Gün zamanı aktiv olur.