Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırılı
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qırılı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı qərarı ilə Ağstafa rayonunun Qırılı kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırılı kənd Soveti yaradılmışdır. Qırılı kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənddə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Deyilənlərə görə bu kəndə gəlib ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olub. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. Bir başqa deyimə görə kəndin adı Dədə Qorqud kitabında və bir neçə Oğuz türklərindən bəhs olunan əsərlərdə sözü gedən "qurulu" tayfasından götürüldüyü bildirilir. Kənd ərazisi Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin əziz xatirəsinə verilmiş küçələrdən və bir çox məhəllələrdən ibarətdir: 1.
Qırılı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İsmət Giritli
İsmet Giritli (17 aprel 1924, Krım, SSRİ – 3 fevral 2007, İstanbul) — türk hüquq professoru və yazıçısı idi. 1924-cü ildə Krımda anadan olub. İbtidai təhsilini burada başa vurduqdan sonra Kabataş Oğlanlar Liseyində oxudu . Sonra İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu və 1964-cü ildə həmin fakültənin inzibati hüquq şöbəsində professor oldu. 1961 Konstitusiyasını hazırlayan elm adamlarından olan Giritli, Barolar Birliyinin Nümayəndəsi olaraq Təsis Məclisinin üzvü seçildi. Giritli həmçinin, Türk Milli Gənclər Təşkilatının başçısı və Birləşmiş Millətlər Təşkilatındakı Türk Nümayəndəliyində məsləhətçi olmuşdur. 1964–1968-ci illər arasında ilk TRT İdarə Heyətinin üzvü və sədri olmuşdur. Dr. Giritli, 1968-ci ilin yanvarında ilk televiziya yayımını edən komandanın başında idi. İsmet Giritli 1958–1959-cu illər arasında Nyu-Yorkdakı Kolumbiya Universiteti Hüquq Fakültəsində və 1968–1969-cu illər arasında Kolumbiya Universiteti Orta Şərq İnstitutunda qonaq professor olaraq çalışmışdır.
Giritli Əli Əziz Əfəndi
Giritli Əli Əziz (1749 - 29 Oktyabr 1798, Berlin ), Türk diplomat, səfir, yazıçı və şair . 1749-cu ildə Giritdə (Krit) anadan olub. Atası Giritin xəzinədarı və tarixçi Mehmed Əfəndidir. Təhsilini Giritdə etdi. Zəngin atasından miras qalan sərvəti xərclədikdən və istehlak etdikdən sonra İstanbula getdi. Hassa muşketyorlarına qoşuldu. Validə Kətxuda olan həmyerlisi Yusuf Ağaya bağlanmış və köməyi ilə Xiosa vergiyığan təyin edilmişdir. Bir müddət sonra Belqrada göndərildi. İki il orada qaldı və bəzi dövlət mülklərinin satışına uğurla nəzarət etdi. Vəzifə borcundakı bu müvəffəqiyyət sayəsində mir-i miran rütbəsi ilə 1797-ci ildə Berlin səfiri təyin edildi və Prussiya dövlətinin hüzurunda Osmanlı İmperiyasının ilk daimi və məskunlaşmış səfiri oldu.