Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaradırnaq
Qaradırnaq — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qırxçıraq
Orta əsrlərə aid yaşayış yeridir. Bakı-Salyan şose yolunun 117 km-də, Kür çayının köhnə yatağının sol sahilindədir. Çay kənarında və karvan yolu üstündə olması Qırxçıraq əhalisinin təsərrüfat həyatına mühüm təsir göstərmişdi. Qırxçıraq ərazisində təpəcik şəkilli ev qalıqları vardır. Ərazinin küllə örtülmüş olması Qırxçırağın yanğın nəticəsində məhv olduğunu göstərir. Yerüstü tapıntılar XIII-XIV əsrlərə aid saxsı məmulatı, fayans qab qırıqları, Elxanilər, Altun Orda, Cəlairilər və Qaraqoyunluların mis sikkələridir.
Qırxçıraq yaşayış yeri
Qırxçıraq yaşayış yeri — Azərbaycan Respublikasının Salyan rayonu ərazisində qədim yaşayış yeri. Qırxçıraq yaşayış sahəsi, Bakı- Astara magistral avtomobil yolunun 117-ci km-də, Salyan rayonu ərazisində, Xələc kəndindən cənub-şərqdə yerləşir. Burada 1960-cı ildən 2001-ci ilə kimi fasilələrlə qazıntı işləri aparılmışdįr. Arxeoloji araşdırmalar göstərir ki, sahəsi 16 kv.km olan yaşayış yeri Mahmudabad şəhərinin qalığıdır. Burada arxeoloji axtarışlar zamanı aşkarlanan tapıntılar şəhərdə XIV-XVI əsrlərdə iqtisadi-mədəni həyatın mövcudluğunu sübut edir. Buradan torpağın üst qatından bir çox tarixi əhəmiyyətli nümunələr tapılıb. Xüsusən XII-XIV əsrlərə aid şirli və şirsiz saxsı məmulatlar, fayans qab qırıqları, Elxanilər, Qızıl Ordu, Cəlairlər və Qaraqoyunluların mis sikkələrindən ibarət pul nümunələri arxeoloji tapıntılar içərisində daha çox üstünlük təşkil edir.