Orta əsrlərə aid yaşayış yeridir. Bakı-Salyan şose yolunun 117 km-də, Kür çayının köhnə yatağının sol sahilindədir.
Çay kənarında və karvan yolu üstündə olması Qırxçıraq əhalisinin təsərrüfat həyatına mühüm təsir göstərmişdi. Qırxçıraq ərazisində təpəcik şəkilli ev qalıqları vardır.
Ərazinin küllə örtülmüş olması Qırxçırağın yanğın nəticəsində məhv olduğunu göstərir.
Yerüstü tapıntılar XIII-XIV əsrlərə aid saxsı məmulatı, fayans qab qırıqları, Elxanilər, Altun Orda, Cəlairilər və Qaraqoyunluların mis sikkələridir.