Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızılqaya
AzərbaycandaQızılqaya (Xankəndi) — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. Qızılqaya (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qızılqaya (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qızılqaya (Göygöl) — Azərbaycanın Göygöl rayonunda qəsəbə. Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Qızılqaya (dağ)Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızılqaya (Göygöl)
Qızılqaya — Azərbaycan Respublikasının Göygöl rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Quşqara kənd inzibati-ərazi vahidi tərkibindəki Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qızılqaya qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1932-ci ildə 7-ci sovxozun malikanəsi yanında salınmış və 7-ci Sovxoz qəsəbəsi adlandırılmışdır. 1950-ci illərdən qəsəbə yaxınlığındakı Qızılqaya adı ilə tanınan qayanın adı olmuşdur. Qaya xırda mamırla örtülüdür və bu mamırdan təbii üsulla xınanı xatırladan maddə alınır. Qayanın adı da buradan yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə Gəncə şəhəri yaxınlığında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən qəsəbədə 988 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qızılqaya (Gədəbəy)
Qızılqaya — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çobankənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Çobankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Yenikənd kəndi Qızılqaya kəndi adlandırılmışdır. == Toponimikası == Kənd Kiçik Qafqaz dağının ətəyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 119 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qızılqaya (Kəlbəcər)
Qızılqaya (əvvəlki adı: Arutunaqomer) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Arutunaqomer kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Arutunaqomer kəndi Qızılqaya kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Artunaqomer kəndinin keçmiş adı Qızılqaya olmuşdur. Keçən əsrdə ermənilərin dəyişdirdikləri adlardandır. XX əsrin 1930-cu illərində kəndin ərazisində erməni ailələri məskunlaşdıqdan sonra onu Arutyunoqomer (Aryutun şəxs adı və qomer erm. "tövlə, sığırxana" sözündən) adlandırmışdılar. Ermənicə Artunaqomer "Artun pəyəsi" deməkdir. Kənd ərazisindəki Qızılqaya adlı oroqrafik obyektin adını daşıyır.
Qızılqaya (Qürvə)
Qızılqaya (fars. گزل قايه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 182 nəfər yaşayır (36 ailə). Əhalisini kürdlər təşkil edir.
Qızılqaya (Sərab)
Qızılqaya (fars. قزلقيه‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (13 ailə).
Qızılqaya (Xankəndi)
Qızılqaya — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. 1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == Qızılqayada ilkin yaşayışın eramızdan əvvəlki dövrlərə aid olduğu bildirilir. Çünki həmin dövrlərə məxsus qoça bənzər kiçik heykəllər, qəbirlər tapılmışdır. Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunələr bu kənddə də mövcuddur. 1933-cü ildə kənd Xankəndi şəhərinin tabeliyinə verilmişdir. Kəndin 12 məhəlləsi, 1 məscidi, 1 kümbəzi, 3 hamamxanası var. 1991-ci ilin dekabrında kənd işğal edilib. İşğal zamanı kənd 2 şəhid vermişdir == Coğrafiyası və iqlimi == Kənd Xankəndi şəhərinin şimal ərazilərində yerləşir.
Qızılqaya (dağ)
Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızılqaya (Çaroymaq)
Qızılqaya (fars. قزل قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 106 nəfər yaşayır (17 ailə).
Qızılqaya (Ərdəbil)
Qızılqaya (fars. قزل قيه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,095 nəfər yaşayır (217 ailə).
Qızılqaya dağı
Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızılqaya silsiləsi
Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-şərqindədir. Şimal-şərqdən cənub-qərbə doğru 4 km məsafəyə uzanır. Cənub-şərq yamacları sıldırımlıdır. Ən yüksək zirvəsinin hündürlüyü 1117,6 m-dir. Naxçıvan çokəkliyinin Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Aşağı Qızılqaya (Sayınqala)
Aşağı Qızılqaya (fars. قزل قيه سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (48 ailə).
Orta Qızılqaya (Sayınqala)
Orta Qızılqaya (fars. قزل قيه وسطي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (36 ailə).
Qızılqaya (dağ, Laçın)
Qızılqaya — Laçın rayonu ərazisində dağ. Mıxtökən silsiləsinin cənub yamacında, Şəlvəçay və Qozluçay çaylarının suayrıcında yerləşir. Hündürlüyü 2440 m. Dağın süxurları qızılı (qırmızı) rəngə çalan qaya parçalarından ibarət olduğuna görə belə adlandırılmışdır. Eyniadlı dağ Ermənistanın İcevan və Gürcüstanın Marneuli rayonlarında da mövcuddur.
Qızılqaya (dağ, Şərur)
Qızılqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcısındakı Yağargədik (2049,8 m) yüksəkliyindən cənub-şərqə ayrılan eyniadlı şaxədə, Arpaçayın sağ qolları Zərnədərə və Payadərə çaylarının suayrıcında dağ (hünd. 1683,0 m). Üst Permin Kuberqandı və Murqab (alt hissəsi) regiomərtəbələrinə aid eyniadlı lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının şimal sentriklinalında yerləşir. Şimal-şərq yamacından keçən Ağsal-Qızılqaya dərinlik qırılması boyu Üst Permin əhəngdaşıları Üst Tabaşırın Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat törəmələrilə təmasa gətirilmişdir. Cənub-qərb yamacından şimal-qərb istiqamətli əks-fay qırılma pozulması keçir. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Lakin 2018-ci ilin may ayında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində dağ tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keşmişdir.
Yuxarı Qızılqaya (Sayınqala)
Yuxarı Qızılqaya (fars. قزل قيه عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (34 ailə).
Qızılqala
Qızılqala (Xorasan) —
Qızılqala (Qırxbulaq)
Qızılqala — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalında, kənd. Kənd 1728 ci ildə Əli Əbdürrəhman oğlunua məxsus olduğu yazılır. Digər adı Ampert. Yaxınlığında, Ambert dağında "Qız qala" qalasının adındandır. == Əhalisi == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gələn ermənilər yerləşdirilmişdir.
Qızılqala-i Kuranlu (Çaroymaq)
Qızılqala-i Kuranlu (fars. قزل قلعه كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (33 ailə).
Qızılqala-i Musulanlı (Çaroymaq)
Qızılqala-i Musulanlı (fars. قزل قلعه موسولانلو‎‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 216 nəfər yaşayır (38 ailə).
Qızılboya
Boyaqotu; Qızılboya (lat. Rubia) – boyaqotukimilər fəsiləsindən bitki cinsi. Heç şübhəsiz, Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biri də boyaqotu bitkisi olmuşdur. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Qızılqazma
Qızılqazma (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Qızılqazma (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd.
Qızılqaz
Qızılqaz (lat. Phoenicopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qızılqazlar (qırmızı flaminqolar) nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Eləcə də İranda Urmiya və Maharlı göllərində. Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır. Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır. == Çoxalması == Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır.
Qızqaya
Qızqaya — Zəngilan rayonunun ərazisində dağ. Dağ Zəngilan rayonunun cənub-qərbində, Araz çayının yaxınlığındadır. Hündürlüyü 1022 m. Zirvəsində Qız qalası adlı qalanın yerləşməsinə görə dağ belə adlandırılmışdir.
And qızılqazı
Ceyms qızılqazı
Ceyms qızılqazı (lat. Phoenicoparrus jamesi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.