Qədəmgah mağarası
Qədəmgah mağarası (fars. غار قدمگاه) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında yerləşən mağara. Qübbə formasında olan bu mağara qədimdə atəşpərəstlər tərəfindən gün çağırma ritiallarında istifadə edilirmiş. Tarixi abidə 1968-ci ildə İranın Mədəniyyət və Elm nazirliyi tərəfindən 779 nömrəsi ilə milli irs siyahısına qeydə alınıb. Mağara ərazisinin yaxınlığında eyni adlı qəbiristanlıq yerləşir.
Qədəmgah mağarası Şərqi Azərbaycan ostanının Azərşəhr şəhərinin 12 km cənub-şərqində, Badamyar bir digər adı ilə Qədəmgah kəndi yaxınlığında yerləşir. Mağara insanlar tərəfindən dağın içərisində oyularaq inşa edilib. Mağaranın tarixi ilə bağlı dəqiq məlumat olmasa da, islamdan əvvəlki dövrə aid edilir. Bəzi tarixçilərə görə isə məbədin 12 min il yaşı var. Atəşpərəst məbədi olaraq inşa edilən mağaranın tarixin müxtəlif dövrlərində müxtəlif istifadə məqsədləri olub.