Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quləbənd
Quləbənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 1080 nəfərdir. == Toponimikası == Xalq etimologiyasına görə, oykonim "Qulu bəndi" deməkdir. Guya vaxtilə Qulu adlı şəxs bənd tikdirmiş, həmin ətrafda salınmış yaşayış sahəsi də Qulubəndi adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində qula "ağ, sarı rəng" mənasında, bən isə "xal, ləkə" mənasında işlənir. Güman etmək olar ki, oykonim kəndin yerləşdiyi ərazinin ümumi görünüşü ilə bağlı yaranmışdır və "səthi ağ-sarı torpaq örtüyündən ibarət yer" mənasındadır.
Lələkənd
Lələkənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansara (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Ehtimal ki, XVIIəsrin əvvəllərinə aid mənbədə İrəvan xanı Lələbəkə məxsus kənd olmuşdur. == Toponimi == Toponim "böyük tərbiyəçi" mənasında işlənən lələ sözünə qədim türk dilində "yaşayış mənəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəbdir. Türk dillərində lələ- "həddi-buluğa çatmamış şahzadələrin tərbiyəçisi" və kənd sözlərindən ibarətdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vazaşen qoyulmuşdur.
Rəzəbənd
Rəzəbənd (az-əbcəd. رزه‌بند‎, fars. رزه‌بند‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 625 nəfər yaşayır (191 ailə).
Kəlbənd
Kəlbənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəlbənd rayon mərkəzindən 26 km cənub qərbdə, Burnovuldağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıq ilə məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. == Əhalisi == Əhalisi 385 nəfərdir ki onunda 188 nəfəri kişi, 197 nəfəri qadındır. === Şəhidləri === 1. Azər Əsgər oğlu Mürsəlov 1974-05.07.1993 2.
Qələbin
Qələbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 334 nəfərdir. == Toponimiyası == Toponim qələ (qala) və bin (alt, dib) sözlərindən ibarət olub, “qala altı, qalanın dibi” mənasındadır. Kəndin yerləşdiyi coğrafi mövqe də bunu təsdiq edir. Kənd qədim Zəməqalanın ətəyində yerləşir. Yerli əhali arasında Qalaaltı da adlanır. Rayonun Mistan inzibati ərazi vahidində eyniadlı köçəbə də vardır.
Qərbənd
Qərbənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində "Yıxılmış" və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində "Şahbad" adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda "Qərvənd" formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd. == Toponimikası == Qərbənd oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd, Qarabağ silsiləsinin ətəyindədir. == Tarixi == 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.
Qələbə
Qələbə (lat. victoria) — əvvəlcə müharibəyə şamil edilir və şəxsi döyüşdə, ümumilikdə hərbi əməliyyatlardan sonra və ya əlavə olaraq istənilən yarışda əldə edilən uğur. İnsan duyğularına gəldikdə, qələbə güclü bir sevinc hissi ilə müşayiət olunur və insan davranışı, hərəkətləri və duruşları ilə bunu göstərir. Mifologiyada qələbə çox vaxt ilahiləşdirilir, məsələn: yunan dilində bu ilahə Nika, Romada Viktoriya adlandırılır. Qalib qəhrəmanın bir əjdaha ilə döyüşə girdiyi variantlar da var. Antik dövrdə dəfnə çələngi qələbənin simvolu idir. == Qələbə jesti == Qələbə simvolu ✌ — "qələbə əli" və ya sülhü bildirən ümumi jestdir.
Bələmənd Universiteti
Bələmənd Universiteti (ərəb. جامعة البلمند‎ Camiʿət əl-Bələmənd) — Livanda xüsusi universitet, əsası 1988-ci ildə qoyulub. Bələmənd Universitetinin prezidenti İlyas Vərraqdır.
Pir qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə rəğmən, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Pirr qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə rəğmən, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Kəlbənd bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qələbin şəlaləsi
Qələbin — Azərbaycannın Lerik rayonunda Veri ərazisinin Qələbin kəndində yerləşən şəlalə. Talış dağlarının zirvəsində olan şəlalə yuxarı və aşağı şəlalələrdən ibarətdir. == Şəlalə haqqında == Mənbəyi təqribən dəniz səviyyəsindən 1000 metr hündürdə yerləşən Talış dağları olan şəlalənin hündürlüyü təqribən 65–70 metrdir.
"Qələbə" ordeni
Qələbə ordeni (rus. Орден «Победа») — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni. SSRİ-də ən ali hərbi orden.
Qələbə Günü
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qələbə Paradı
1945 Moskva Qələbə Paradı
Qələbə abidəsi
Qələbə abidəsi (Xankəndi)
Qələbə bayrağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən göylərə ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. == Haqqında == Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150.Tüfəng, II.Кutuzov sinfi, İdrissa bölüyü, 79.Tüfəng Korpusu, 3.Zərbə Ordusu 1.Belarus Cəbhəsi" Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil.
Qələbə mağarası
Kinderle mağarası ( və ya Qələbə mağarası, Qələbənin 30 illiyi mağarası) — Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Qafuri rayonu, Taş-Astı kəndi yaxınlığında yerləşən mağara. Mağara Kinderle çayının sol sahilində yerləşir. Mağara 1940-cı illərdə aşkarlanmışdır. Bununla belə mağarada ilk araşdırma işləri 1974-cü ildə gerçəkləşdirlmişdir. Araşdırma işləri A. Andreyevin rəhbərliyi ilə aparılmışdır. Mağara Faşist Almaniyası üzərində qələbənin 30 illiyi münasibətilə Qələbə mağarası olaraq adlandırılmışdır. == Təsviri == Mağarada 4 yarusludur. Çıxış 94 metr hündürlükdə yerləşir və buradan enişli bir tunelə çıxışı vardır. Burada buzlaqlar və çoxlu sayda stalaqmitlər müşahidə edilir. Bundan əlavə aşağı enərkən Çılçıraq zalını görmək mümkündür.
Qələbə soğanı
Qələbə soğanı (lat. Allium victorialis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
"Qəbələnd" əyləncə mərkəzi
"Qəbələnd" əyləncə mərkəzi — Qəbələ şəhərində yerləşir. Ümumi ərazisi 16 hektardır. Azərbaycanın Disneylandı adlandırılır. Uşaqlar və böyüklər üçün Britaniya, İtaliya, Almaniya və İsrail istehsalı olan 60-dan artıq oyun aparatları, 6D attraksionu, "LaserMaxx", yarış avtomobilləri üçün iki trek, motosikllər üçün yol, buz meydançası, voleybol, basketbol və futbol üçün oyun meydançaları, fitnes-mərkəz, istər Azərbaycan, istərsə də dünya mətbəxinin xörəklərini təklif edən qəhvəxana və restoranlar, suvenir mağazası fəaliyyət göstərir. "Qəbələnd" əyləncə mərkəzində yeddi süni göl yaradılmışdır. Bura Azərbaycanlı turistlərdən başqa İran, Türkiyə və Rusiyadan da turistlər gəlir.
Qələbənin Yolları (1976)
Qələbə Günü (Azərbaycan)
Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. == Tarixi == 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. == Zəfər Gününün təsis edilməsi == Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi.
Qələbə Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. == Arxa plan == Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. == Bayramın tarixi == 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
Qələbə Günü (dəqiqləşdirmə)
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qələbə abidəsi (Ankara)
Qələbə abidəsi (türk. Zafer Anıtı, həmçinin Ulus Atatürk Anıtı olaraq tanınır) — Türkiyənin Ankara şəhərində Mustafa Kamal Atatürkün monumental atlı heykəli. Abidə 24 noyabr 1927-ci ildə açılmışdır. Ulus meydanında, Qurtuluş müharibəsinin qəhrəmanları şərəfinə Yenigün qəzeti rəhbərliyində türk xaqlının vəsaiti hesabına inşa edilmişdir. Abidə Türkiyədə reallaşdırdığı monumental heykəlləri ilə tanınan avstriyalı heykəltaraş, rəssam, xalkoqraf və illüstrator Heinriç Krippel tərəfindən hazırlanmışdır. == Yerləşməsi == Abidə Ulus meydanında yerləşir. Bu meydan 1950-ci illərə qədər Ankaranın mərkəzi meydanı sayılırdı. Atatürk bulvarından şərqdə yerləşir. == Tarixi == Türk hökumətinin elan elədiyi beynəlxalq yarışmada birinci olan avstriyalı heykəltaraş Heinriç Krippelə 1925-ci ildə sifariş edilən heykəl. Heykəltəraşın Türkiyədə sifariş edilən ən əhatəli işidir.
Gəzənbənd (Vərziqan)
Gəzənbənd (fars. گزان بند‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 255 nəfər yaşayır (51 ailə).
Gələsən Görəsən (Meşkinşəhr)
Gələsən Görəsən (fars. گلسن گورسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (9 ailə).