Midhəd Qəfərov
Midhəd Qəfərov (1966, Salyan rayonu) — hüquq elmləri doktoru, professor.
Midhəd Seyidəhməd oğlu Qəfərov 1966-cı ildə Azərbaycan Respublikasının Salyan rayonunun Noxudlu kəndində anadan olmuşdur. 1973–1983-cü illərdə Salyan rayonunun Noxudu kəndindəki orta məktəbdə təhsil almışdır. O, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə ilə bitirmiş, 1994–1999-cu illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının aspirantı olmuşdur. M. Qəfərov 1993–1994-cü illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının baş laborantı vəzifəsində işləmişdir. 1994-cü ildən BDU-nun "Cinayət prosesi" kafedrasının müəllimidir.
Midhəd Qəfərov 1999-cu ildən hüquq elmləri namizədi, dosent, 2009-cu ildən hüquq elmləri doktorudur. 2004–2011-ci ildən BDU-nun hüquq fakültəsinin magistratura üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2012-ci ildən "Cinayət prosesi" kafedrasının professorudur.
Təhqiqat sahəsi: Cinayət prosesində müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsi; Müqayisəli cinayət prosessual hüquq;AR-in hüquq-mühafizə orqanları; Təhqiqat; Appelyasiya və kassasiya instansiyalarında icraat.