Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaliçnik
Qalinçik (mak. Галичник, alb. Galiçnik/Galiçniku) — Şimali Makedoniyanın ərazisində yerləşən dağ kəndi. Lazaropolla birlikdə Miyasyaya aid ən iri və qədim kənddir. Qaliçnikdə ənənəvi arxitektura, həmçinin kənd meydanındakı anfiteatr öz mövcudluğunu qoruyub saxlayır. Kənd ətraf əraziləri və təbiət qoruğu ilə məşhurdur. Bölgədə istehsal edilən yerli sarı kaşkaval adlanan pendir yüksək qiymətləndirilir. Bununla yanaşı bölgədə ənənəvi olan duzlu yerli ağ pendir də vardır. == Yerləşməsi == Kənd Bıstraya dağının ətəklərində, Mavrov su anbarından və Lazarev Zori qış istirahət məkanından 10 km aralıda yerləşir. == Tarixi == Qəsəbə Miyasiya adlı tarixi etnoqrafik regionda yerləşir.
Qəriblik
Qəriblik — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Aleksandr Qalibin
Aleksandr Vladimiroviç Qalibin (rus. Александр Владимирович Галибин; 27 sentyabr 1955, Leninqrad) — sovet və Rusiya teatr, kino, dublyaj aktyoru, teatr və kino rejissoru, televiziya aparıcısı, Rusiya Federasiyasının xalq artisti.
Qaliçli Avraami
Qaliçli Avraami (rus. Авраа́мий Га́личский; XIV əsr – 20 iyul 1375) — Rus Kilsəsinin müqəddəsi. == Həyatı == Avraami XIV əsrdə yaşamışdır. O əvvəlcə Nijni Novqorod Peçerski Yüksəliş monastırının qardaşları arasında olmuş, sonra isə Radonejli Serginin yanına, Troitse-Sergi lavrasına köçmüş və onun şagirdi olmuşdur. Daha sonra Avraami onun xeyir-duası ilə Qaliç-Mer knyazlığına getmiş və yeni monastırların tikintisində iştirak etmişdir. XVIII əsrdə biri istisna olmaqla, onun tikintisində iştirak etdiyi bütün monastırlar ləğv edilmiş və prixod kilsələrinə çevrilmişdir.Avraami Qorodetski monastırında vəfat etmişdir. Ənənəvi olaraq onun ölümü 1375-ci ilə aid edilir. Avraaminin həyatında yalnız 1389-cu ildə Qalisiya knyazı olmuş knyaz Yuri Dmitriyeviçin müasiri adlandırılmasına əsaslanaraq, Dmitri Prilutski və Yevgeni Qolubinski onun ölümünü sonrakı dövrə aid edirlər. 1608–1631-ci illərdə Avraaminin qalıqları üzərində daşdan Şəfaət katedralı tikilmişdir. 1896-cı ildə onların üzərinə gümüş raka qoyulmuşdur.
Qaliçli Daniil
Danil Romanoviç Qalitski (ukr. Данило I Галицький) (1201-1264) — Qalitsiya-Volın knyazı. == Həyatı == 1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, memarlarını, ticarət adamlarını knyazlığa dəvət etdi. Əcnəbi mühacirləri cəlb etmək məqsədilə o, Maqdeburq şəhər hüququna müvafiq olaraq, onlara yerli idarəetmə, məhkəmə sistemində azadlıqlar vermiş, sosial-iqtisadi sahədə bir sıra imtiyazlar bağışlamışdı.Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman sənətkarlarının, inşaatçılarının, tacirlərinin fəal şəkildə Qərbi Ukraynada məskunlaşması ilə nəticələndi. Knyaz Vladimir Vasilkoviçin dəfn mərasimini təsvir edən Qaliç-Volın salnaməsinin müəllifi yazırdı: «Onun tabutu üstündə bütün vladimirlilər - kişilər, qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar. == İstinadlar == == Xarici keçidlər == Генеалогия Михайло Грушевський. ХРОНОЛОГІЯ ПОДІЙ ГАЛИЦЬКО-ВОЛИНСЬКОГО ЛІТОПИСУ Довідник з історії України. За ред. І.Підкови та Р.Шуста.- К.: Генеза, 1993. Котляр Н. Ф. ДВОР ГАЛИЦКИХ РОМАНОВИЧЕЙ (XIII в.) //Древняя Русь.
Qaliblər adası (film, 1947)
== Məzmun == Film Artyom adası (indiki Pirallahı) neftçilərinin əməkdə qazandıqları nailiyyətlərdən, burada salınmış ilk neft buruqlarından, əhaliyə göstərilən qayğıdan danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mikayıl Mikayılov Operator: Vladimir Zbudski Musiqi tərtibatı: German Krupkin Səs operatoru: Əziz Şeyxov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Qaliblər və Günahkarlar (film, 1983)
Qaliblər və Günahkarlar (ing. Winners and Sinners, çin. 奇謀妙計五福星) — film 1983 ildə Honq Konqda Sammo Hunun rejissorluğu ilə çəkilmişdir.Sammo Hun rejissorluğu ilə bərabər filmdə baş rolu oynayır. = Məzmun = Beş məhbus — Çaydan, Kıvırcık, İşlənmiş Boru, Vaseline və Başlayan dost olur. Bir təcrübəsiz şirkətdə liderlik rolunu oynayır, digərləri isə Çaynikə lağ edir. Həbsdən sərbəst buraxıldıqdan sonra beş dost buruq saçlı bacısı Şirley ilə bir araya gəldi və Beş Ulduz Təmizləmə Co adlı bir təmizlik şirkəti tapır. Beşinin bir çoxunun Şirliyə vurmağa çalışmasına baxmayaraq, Kettle nəticədə bu məsələdə müvəffəq olur. Altıncı məhkum, varlı Çan Çiu, eyni gündə beş dostu ilə birlikdə sərbəst gedir. Sərbəst buraxıldıqdan sonra növbəti cinayət layihəsi — Amerika kriminal avtoriteti ilə saxta Amerika və Honq Konq valyutası ticarəti üzərində işə başlayır. Çan Çiu oğlunu sürətli konkisürmə yarışında mübadilə etmək üçün göndərir, ancaq oğlanın diqqətsiz davranışı iki quldurun diqqətini çəkir.
Gəlinlik
Gəlinlik, Nikah paltarı, Toy paltarı və ya Gəlin donu — toy mərasimi zamanı gəlinin geydiyi geyim. Donun rəngi, üslubu və mərasimsəl əhəmiyyəti toy iştirakçılarının din və mədəniyyətinə asılı ola bilər. Qərb mədəniyyətlərində gəlinlər çox vaxt 19-cu əsrdə Kraliça Viktoriya tərəfində məşhur olduğu ağ gelinlik seçirlər. Şərq mədəniyyətlərində, gəlinlər ümumiyyətlə şans simvolu olan qırmızı gəlinlikləri seçirlər. == Mədəni xüsusiyyətlər == === Qərb mədəniyyətləri === Bir toy, iki şəxs, ailə və ya ölkə arasındakı bir birlikdir. Orta əsrlərdə nəciblik və cəmiyyətin yuxarı təbəqələri arasında, sevgi, siyasət, cəmiyyətdəki mövqe, sərvət, mülahizələrə əsaslanaraq bir toy haqqında razılaşdılar. Toy mərasimində yeni ailələri təqdim etmək üçün gəlinlik geyinilirdi. Varlı ailələrin gəlinləri üçün geyimlər eksklüziv parçalardan tikilib xəz ilə bəzədilib. Əsrlər boyu gəlinlik geyimləri sosial vəziyyətlərinə və dəblərinə uyğun olmalı idi. Bir gəlinlik tikməyə sərf olunan sayğacın sayı gəlinin sosial vəziyyətini əks etdirir və ailənin var-dövlətinin dərəcəsini göstərirdi.
Gəlirlik əyrisi
Asif Talıblı
Asif Arif oğlu Talıblı (26 aprel 1993, Zəhmətabad, Biləsuvar rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Talıblı 1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. == Hərbi xidməti == Asif Talıblı 2013-cü ildən Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Talıblı oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Böyükağa Talıblı
Böyükağa Mirqasım oğlu Talıblı (21 mart 1897, Salyan, Cavad qəzası – 13 oktyabr 1937, Bakı) — şair, publisist, dövlət xadimi, 1934-cü ildən AYB-nin üzvü. "Kommunist" qəzetinin ikinci rəsmi redaktoru olmuşdur (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək). == Həyatı == Böyükağa Mirqasım oğlu 1897-ci il martın 21-də Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Bakı real məktəbində təhsil almışdır (1909–1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir. Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir (1915–1920). 1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada xalq təsərrüfatı şurasının sədri olmuşdur. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923–1932). "Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olmuşdur. == Həbsi və ölümü == 8 yanvar 1937-ci il tarixdə 1934-1938-ci illərədə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuveliyan Sumbatov-Topuridzenin imzası ilə Böyükağa Talıblının həbsinə qərar qəbul olunub.
Savalan Talıblı
Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan SSR ) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015) == Həyatı == Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar. İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb. Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb.
Tahir Talıblı
Tahir Talıblı (tam adı:Maşayev Tahir İslam oğlu; 22 fevral, 1948, Evli, Cəlaloğlu rayonu, Loru mahalı, Ermənistan SSR ) — Şair, publisist, ssenari müəllifi, film üzərində işləyən, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1990), Əməkdar jurnalist == Həyatı == Tahir Talıblı 1948-ci ilin fevralın 22-də Ermənistan SSR-nin Cəlaloğlu rayonunun Evli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir. Sonra təhsilini 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirmişdir. 1974-cü ildə ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1975-1980-ci illərdə həmin orta məktəbin direktor müavini, 1980-1988-ci illərdə isə məktəbin direktoru vəzifəsində çalışmışdır. 1988-ci ildə erməni ekstremistlərinin təhdid və təzyiqi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olmuşdur. Həmin ildən Bakı şəhərində yaşayır. == Ailəsi == Ailəlidir, 3 övladı var. Azərbaycan Jurnalistlər Birliyinin üzvü Savalan Talıblı Tahir Talıblının oğludur. == Fəaliyyəti == 1970-ci ildən poetik əsərlərini, dövri və publisistik yazılarını mətbuatda çap etdirmişdir. İlk şeirləri "Azərbaycan gəncləri" qəzetinin səhifələrində dərc olunmuşdur.
Xaqani Qayıblı
Qayıblı Xaqani İsmayıl oğlu (1 mart 1964, Zemo Ləmbəli, Kaxetiya) — şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim. == Həyatı == Xaqani Qayıblı (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib. Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir. 2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. 1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir. 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.
İsmayıl Talıblı
İsmayıl Məmmədəli oğlu Talıblı (21 mart 1898, Bakı – 23 iyul 1967, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti.Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor məktəbindən şirələnib. Oynadığı çoxsaylı rollarının bədii xüsusiyyətlərini nəzərdən keçirəndə görürük ki, onun ifasında realist obrazlar daha çoxdur. Coşğun ehtirasa, daxili temperamentə, çoxçalarlı səsə malik olan aktyorun psixoloji ifadə vasitələri, oyun üslubu-nun fəlsəfi-estetik mahiyyəti realizmın güclü zəmininə əsaslanıb. == Həyatı == İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində doğulub. Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi yolunu müəyyənləşdirib. == Yaradıcılığı == 1919-cu ildə İsmayıl Talıblını yenicə yaranmış Hökumət Teatrosuna (hazırkı Akademik Milli Dram Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara səhnə ömrü verib. Amplua baxımından yaradıcılığını sərbəst istiqamətləndirməyi məharətlə bacaran, faciə, dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndərilib.
Qalılı (Urmiya)
Qalılı (fars. قليلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (65 ailə).