Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andre Qanon
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. == Tarixi == Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. == Tarix == === Müstəmləkə dövrü === Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. == Qanunun növləri == Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar.Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür. Belə ki, əgər adi qanun norması ilə məcəllənin norması arasında ziddiyət (kolliziya) yaranarsa, bu halda məcəllədə təsbit edilmiş normaya üstünlük verilir.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Qazon
Qazon — bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və Mavritaniya növləri var. Parter qazonu çiçəklik, dekorotiv ağaclıq,guller hs code 0602905000 həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park qazonu park, bağça, bulvar və b. yerlərdə salınır. == Qazona qulluq == === Əkin === Erkən payız, yaz və yazın əvvəli torpaq daha isti və hava daha sərin olduqda əkin, çəmənlik üçün əsas mövsümdür. Əkindən dərhal əvvəl havalandırma köklərin daha dərin böyüməsinə və daha sıx çəmənliyə kömək edə bilər.Çəmənlik demək olar ki, ani çəmənlik verir və ilin istənilən vaxtında əksər mülayim bölgələrdə edilə bilər, lakin daha bahalı və quraqlığa daha həssasdır.
Andre Qaqnon
Banon (kommuna)
Banon (fr. Banon, {{dil-oc|Banon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Banon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 635 nəfər (15-64 yaş) arasında 448 nəfər iqtisadi cəhətdən fəal, 187 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.6%, 1999-cu ildə 70.9%) idi. Fəal 448 nəfərdən 396 nəfər (223 kişi və 173 qadın) işləyir, 52 nəfər işsizdir (24 kişi və 28 qadın). 187 hərəkətsiz 56 nəfər arasında şagird və ya tələbə, 62 nəfər təqaüdçü, 69 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Bill (qanun)
Bill (ing. "qanun") — Böyük Britaniya, ABŞ və bir sıra digər ölkələrin qanunverici orqanlarına hökumət və ya parlament üzvünün baxılmaq üçün təqdim etdiyi qanun layihəsi. Billin və ona edilən düzəlişlərin taleyi parlamentdə çoxluğa malik olan partiyaların mövqeyindən asılı olur. Parlament tərəfindən qəbul edilmiş və dövlət başçısı tərəfindən təsdiqlənmiş bill qanun qüvvəsinə malik olur.
Biogenetik qanun
Biogenetik qanun – orqanizmlərin fərdi inkişafı (ontogenez) və növlərin təkamül tarixinin (filogenez) qarşılıqlı münasibətlərini izah edən konsepsiya. Biogenetik qanunun E.Hekkel (Haeckel) orqanizmlərin fərdi və tarixi inkişafı arasındakı asılılığı belə ifadə etmişdir: hər bir orqanizmin ontogenezi onun əcdadının filogenezinin qısa və yığcam təkrarını (rekapitulyasiya) təmsil edir. Hekkelə görə, təkamül prosesində yeni əlamətlərin yaranması orqanizmlərin fərdi inkişafının sonunda yeni mərhələlərin əlavə olunması yolu ilə baş verir, əvvəlki yaşlı vəziyyət isə ondan (sonuncudan) əvvəlki embrional mərhələyə çevrilir. Ontogenezdə əcdad əlamətlərinin təkrarlanması bununla əlaqədardır. Beləliklə, ontogenezin formalaşmasının səbəbi filogenezdir. Fərdi inkişaf sonsuz uzana bilməz, buna görə də filogenetik mərhələlərin embriogenezdə təkrarlanması tədricən qısalmış olur. Ç.Darvin (1859) göstərmişdir ki, təbii seçmə orqanizmlərin ontogenezinin bütün mərhələlərinə təsir edərək onların hər birinin xarici şəraitin xüsusiyyətlərinə uyğunlaşmasına səbəb olur. E.Hekkel rüşeym və sürfələrin spesifik uyğunlaşmasını senogenez adlandırmış, bunların arasında embrional rüşeymlərin formalaşma yerinin dəyişilməsini (heterotopiya), onların inkişafının müddət və templərini (heteroxroniya) ayırd etmişdir. Fərdi inkişafda senogenezin yaranması sayəsində konservativ əlamət və proseslərin təkrarlanma qaydası pozulur. E.Hekkel güman edirdi ki, bütöv filogenetik mərhələlər ontogenezdə ardıcıl təkrarlanır və bunun sayəsində növün tarixi inkişafının gedişini yenidən yaratmaq olar.
Dövri qanun
Dövri qanun — 1869-cu ildə Dmitri Mendeleyev tərəfindən o dövrdə məlum olan kimyəvi elementlərin xassələri və onların atom kütlələrinin qiymətləri müqayisə edilərkən kəşf edilmiş əsas təbiət qanunu. == Təriflər == Dövri qanunun kəşfindən sonra Dmitri Mendeleyev iki il onun tərtibini təkmilləşdirdi və nəhayət, aşağıdakı formada rəsmiləşdirdi (1871): Atom fizikası və kvant kimyasının inkişafı ilə Dövri Qanun ciddi nəzəri əsas əldə etdi. C.Rıdberqin (1897), A.Van den Brukun (1913), Q.Mozelinin (1913) klassik əsərləri sayəsində elementin sıra (atom) nömrəsinin fiziki mənası açılmışdır. Daha sonra kimyəvi elementlərin atomlarının nüvələrinin yükləri artdıqca elektron strukturunun dövri dəyişməsi üçün kvant mexaniki modeli yaradılmışdır. Hal-hazırda D. I. Mendeleyevin Dövri Qanunu aşağıdakı formadadır: Dövri qanunun digər fundamental qanunlar arasında özəlliyi ondan ibarətdir ki, onun riyazi tənlik şəklində ifadəsi yoxdur. Dövri qanun Kainat üçün universaldır: məşhur rus kimyaçısı N.D.Zelinskinin obrazlı şəkildə qeyd etdiyi kimi, dövri qanun “kainatdakı bütün atomların qarşılıqlı əlaqəsinin kəşfi” idi. Qanunun qrafik (cədvəl) ifadəsi Mendeleyev tərəfindən işlənmiş kimyəvi elementlərin dövri sistemidir. Ümumilikdə dövri sistemin təsvirinin bir neçə yüzvariantı (analitik əyrilər, cədvəllər, həndəsi fiqurlar və s.) təklif edilmişdir. == Tarixi == Kimyəvi elementlərin təbii təsnifatı və sistemləşdirilməsi üçün əsasların axtarışı Dövri Qanunun kəşfindən çox əvvəl başlamışdır. Bu sahədə ilk dəfə işləyən təbiət alimlərinin qarşılaşdıqları çətinliklər eksperimental məlumatların olmaması ilə əlaqədar idi: XIX əsrin əvvəllərində məlum kimyəvi elementlərin sayı az idi və atomun qəbul edilən dəyərləri çoxlu elementlərin kütlələri yanlışdır.
Kanon adası
Kanon adası (ing. Canyon) — ABŞ-nin Alyaska ştatının Cuno dairəsində yerləşən ada. Rayt çayının mənsəbindən 4 km şimal-şərqdə, Cuno şəhərindən 51 km şimal-şərqdə yerləşir. Adanın adı ilk dəfə 1960-cı ildə yayımlanmışdır. Adanın sahəsi 1,3 km², ən yüksək hündürlüyü 21 m-dir. == Tarix == Əvvəllər adada Taku qəbiləsi yaşayırdı. 1930-cu illərdə radio stansiyası fəaliyyət göstərirdi. Adada qızılbalıqların tədqiqi üçün tədqiqat stansiyası var.
Manon Flier
Manon Nummerdor-Flier (d. 8 fevral, 1984, Uithoorn, Niderland) — Niderlandlı qadın voleybolçu. == Karyerası == Manon Flier 2009 Avropa çempionatının gümüş mükafatçısı və ən dəyərli oyunçusudur. 2012-ci ildən Azərreyl Bakının formasını geyinir, 2013-cü ildə isə digər bir Bakı klubu İqtisadçıya transfer olmuşdur.
Manon Lesko
«Manon Lesko» — fransız yazıçı Antuan Fransua Prevonun, ilk dəfə 1731-ci ildə nəşr etdiyi, məşhur romanı.
Oskar Danon
Oskar Danon (serb. Оскар Данон; 7 fevral 1913[…], Sarayevo – 18 dekabr 2009, Belqrad) — Yuqoslaviya bəstəkarı və dirijoru. İkinci dünya müharibəsi davam edərkən 1943-cü ildə Vladimir Nazorun yazdığı yuqoslav partizanlarının marşı olan "Uz marşala Tita"nın (azərb. "Marşal Tito ilə"‎) bəstəkarıdır. == Gəncliyi və təhsili == Bir boşnak-serb yəhudisi olan Oskar Danon 7 fevral 1913-cü ildə, həmin zaman mövcud olan Avstriya-Macarıstan imperiyasına aid (indiki vaxtda Bosniya və Herseqovinaya aid) Sarayevo şəhərində anadan olmuşdur. Yuqoslaviya Krallığında musiqi təhsili bölməsində oxumuş və Çexoslovakiyanın paytaxtı Praqa şəhərində Musiqişünaslıq sahəsi üzrə doktorluq işini müdafiə etmişdir. == Karyerası == Sarayevoda dirijor kimi fəaliyyət göstərmiş və İkinci dünya müharibəsindən sonra, 1944–1965-ci illər arasında Belqrad Operasının dirijoru və rejissoru olmuşdur. 1970–1974-cü illərdə Sloveniya Filarmoniya Orkestrında dirijorluq etmişdir. Həmçinin, o, həmin dövrdə Belqrad Filarmoniya Orkestrınında da dirijor idi. Bu orkestrlarla həm Yuqoslaviyada, həm də ölkə xaricində (Paris, Visbaden, Florensiya və s.
Qabon Respublikası
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. == Tarix == === Müstəmləkə dövrü === Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qabon bayrağı
Qabon bayrağı — Qabonun Dövlət bayrağı
Qabon mətbəxi
Qabon mətbəxi - Mərkəzi Afrikanın qərb sahillərində suveren dövlət olan Qabon ilə bağlı kulinariya ənənələri, təcrübə, qida və yeməklərdir. Qabon mətbəxinə fransız mətbəxinin böyük təsiri olmuşdur , və böyük şəhərlərdə müxtəlif fransız xörəkləri bişirilir. Kənd yerlərində - provinsiya ərazilərində adətən manioka, düyü və yams kimi qida məhsulları çox istifadə olunur.Ət yeməkləri - toyuq, balıq, eləcə də antilop, çöl donuzu (vəhşi qaban) və meymun ətlərindən hazırlanır. Souslar tez-tez istifadə edilir, acı qırmızı bibər pastası ilə hazırlanan souslar daha geniş yayılıb. Meyvələrə banan, papayya, guava, mango, ananas, kokos, avokado və araxis daxildir. Balqabaq, pomidor, qarğıdalı və badımcan da istifadə olunur. == Ənənəvi xörəklər və yeməklər == Atanqa (Atanga) - meyvədir, qaynadılır və istifadə edilir, çox vaxt çörəyin üstünə yaxmaq üçün istifadə edilir. Bəzən atanqanı "taxta yağ" da adlandırırlar." Beinye qızardılmış peçenye (geniş yayılıb) Broşets - şişə çəkilmiş ət, bir növ kabab Qurudulmuş ət - xüsusilə kənd yerlərində.
Qannon Universiteti
Qannon Universiteti (ing. Gannon University) — ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində yerləşən katolik universitet. == Tarixi == Qannon Universiteti Eri Roman Katolik Yeparxiyası tərəfindən ikiillik Kafedral kolleci kimi yaradılmışdır. 1944-cü ildə bura kişilər üçün dördillik Qannon İncəsənət və Elm Kollecinə çevrilmişdir və kollec adını onun açılmasında və tikilməsində aparıcı rol oynamış Con Mark Qannonun adını almışdır. 1964-cü ildə kollecdə həm qadınlar, həm kişilər təhsil almağa başlamışdır. 1979-cu ildə isə kollec universitet statusu almışdır. == Təhsil == Universitet öz tələbələrinə dosent, bakalavr, magistr və doktorantura dərəcələrini təklif edir. Hazırda universitetdə 4.238 nəfər təhsil alır. == İdman == Universitetin tələbələri həmçinin müxtəlif idman yarışlarında iştirak edir. Universitetin 18 atletika idmanı üzrə proqramı var.
Qanun (dəqiqləşdirmə)
Qanun
Qanun (hüquq)
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. == Qanunun növləri == Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar.Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür. Belə ki, əgər adi qanun norması ilə məcəllənin norması arasında ziddiyət (kolliziya) yaranarsa, bu halda məcəllədə təsbit edilmiş normaya üstünlük verilir.
Qanun (nəşriyyat)
Qanun nəşriyyatı – 1995-ci il 6 oktyabr tarixindən fəaliyyət göstərir, hal-hazırda Tbilisi prospekti 76 ünvanında yerləşir. Nəşriyyat ilk illərdə, əsasən, hüquq ədəbiyyatı nəşr edirdi. Sonralar isə bədii və tərcümə ədəbiyyatının nəşrinə üstünlük vermişdir. == Fəaliyyəti == “Qanun” nəşriyyatı bütün sahələrdə: bədii ədəbiyyat, fəlsəfə, tarix, iqtisadiyyat, tibb, coğrafiya, elmi-fantastika, uşaq ədəbiyyatı, din, mətbəx və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir. “Qanun” nəşriyyatının gənclərlə bağlı başladığı “birinci kitab” və “ən yeni ədəbiyyat” seriyası cəmiyyətdə populyarlıq qazanmışdır. “Qanun” nəşriyyatı bir çox Nobel mükafatı laureatının: Gabriel Garcia Marquez, Orhan Pamuk, Herta Müller, J.M.G. Le Clezio, Jose Saramago, Albert Camus və s. ilə yanaşı, Bernhard Schlink, George Orwell, Marc Levy, Paulo Coelho, Dan Brown, Richard Branson, David Eagleman, Yuval Noah Harari, Eckhart Tolle, Salman Rushdie, J.R.R.Tolkien, Rhonda Berne, Stephen Hawking, Franz Kafka kimi dünyaca oxunan yazarların əsərlərini türk, rus, ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə tərcümə etmişdir. “Qanun” nəşriyyatı “Dünya klassikləri” seriyasında Fyodor Dostoyevski, Lev Tolstoy, Toni Morrison, Anton Çexov, Victor Hugo, Theodore Dreiser, Jane Austen, John Steinbeck, Jack London, İvan Turgenev, Thomas Mann, Aleksandr Puşkin, Charles Dickens, “Azərbaycan klassikləri” seriyasında isə Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, İsmayıl Şıxlı və digərlərinin əsərləri çap olunmuşdur. == Kitab satışı == Kitab satışı, əsasən, nəşriyyatın özündə yerləşən “Qanun” mağazada həyata keçirilir. Həmçinin nəşriyyat məşhur kitab mağazaları ilə – “Əli və Nino” kitab şəbəkələri, “Baku Book Center”, “Kitabevim.az”, “Kitabxana Kollektoru” və s.
Qanun Nəşriyyatı

Qanun naminə
Qanun naminə (film, 1968) — kinorejissor Muxtar Dadaşovun lentə aldığı Azərbaycan filmi. Qanun naminə (teleserial, 2013) — rejissor Xanlar Ağayevin lentə aldığı Azərbaycan teleserialı.
Qanın laxtalanması
Qanın laxtalanması və ya koaqulyasiya — qan plazmasında həll olmuş fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsi. Qanın laxtalanması qan damarlarının zədələnməsi hallarında qanaxmanın qarşısını almaq üçün orqanizmin qoruyucu reaksiyasıdır. Qanın laxtalanmasında qan plazması və qan lövhəciklərinin müxtəlif komponentləri (tromboplastin, protrombin, kalsium ionu, K vitamini və s.) iştirak edir. Qanın sürətlə laxtalanması üçün plazmada AC-qlobulin də olmalıdır. Qanda heparinin artması laxtalanmanın qarşısını alır. Bəzi xəstəliklərdə, məs. hemorragik diatezlərdə, hemofiliyada qanın laxtalanması azalır, bəzilərində isə (məsələn, sətəlcəm, tromboflebit) artır.