Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarğıma
Qarğıma - türk, anadolu və altay xalq inancında qarğış, bəddua. Anadoluda Kargış (Karış) və monqolcada Harah olaraq da deyilər. Bir insan üçün pis xahişlərdə etmək və bu məqsədlə Tanrıya yaxarmaq. Anadoluda "Qarış Vermək" təbiri lənət oxumaq, bəddua etmək mənasında istifadə edilir. "Ah Etmək" də bənzər mənalara malikdir. "Ahım Çıxdı" cümləsində olduğu kimi. Qarğımak (Qarğış Etmək) feli ilə də istifadə edilər. Qarğa quşu, həm rəngi həm də Nuh tərəfindən özünə qarğındığı üçün bu adı almışdır. == İlənc == İlənc - türk və altay xalq mədəniyyətində və inancında lənət. Pis qədər, pis son, fəlakət kimi bir insanın başına gələn və arxasını buraxmayan mənfi hallar.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Qaraiman
Qaraiman — Ermənistanın indiki Geğarkunik mərzində kənd. Çarlıq dövründə keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sovet dövründə isə Basarkeçər (Vardenis) rayonuna aid idi. == Ərazisi == Kəndin eni 3 km, uzunluğu isə 2,5 km-dir. Kənd Basarkeçər şəhərindən 14 km şimal tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən 3 km Kəsəmən kəndi ilə, cənub qərb tərəfdən 6 km Bala Məzrə (Kiçik Məzrə) kəndi ilə, cənub tərəfdən 6 km Böyük Məzrə kəndi ilə, şərq tərəfdən isə 4 km Canəhməd kəndi ilə həmsərhəddir. Kəndin 1800 hektardan çox torpağı olmuşdur. Ondan 1200–1300 hektarı əkənək, 500 hektarı isə otaraq və biçənək sahələridir. Kənd ərazisində çox mənzərəli və gəzməli yurd yerləri vardır. Onlardan kəndin Kilsəlidərə deyilən alban kilsəsini və həmin ərazinin yaxında tarixi III–V əsrlərə təsadüf edən, üzərində qrabar əlifbası ilə yazı olan xaç daşları tarixi abidələr, Gödək Vəli sərnəsindəki "Ocaq təpəsi" adlanan müqəddəs pirə qonşu kəndlərin də əhalisi niyyət edər nəzir verərdilər. Kəndin ərazisindəki, qədim yurd yerləri aşağıdakılardır: Gödək Vəlinin sərnəsi və həmin sərnədəki Gödək Vəlinin çayı, Gödək Vəlinin otaraq yerləri, Gödək Vəlinin komları, Böyük Güney, Qıvla Güney, Ayılı dərə, Köç bulağı, Çölmək bulağı, Qarasu bulağı, İlanlı bulağı, Şırnöyux bulağı, Südlü bulağı, Camışölən suyu, Məşədi İsa bulağı, və yaxud Sədaqət bulağı, Qaragözlü bulağı, Noyçalı bulağı, Çoban bulağı, Sarılığın bulağı, Bollu yurd, Göy taxta, Şimşək dərə, Ayı düşən yurdu, Çənli yurd, Lalalı yurd, Zilfər ölən yurd, Ayvas vurulan yurd, Şəmilin ağılı, Cəbrayılın əkənəyi, Rzanın dəmgəsi, Balamolğunun dəmgəsi, Qamışlı əkənəyi, Hortunoy əkənəyi, Selaparan sərnə, Cərgələn əkənəyi, Höyuxlu sərnəsi, Qırmızı qayanın döşü, Bala və Böyük məzrələr sərnəsi, Taxtanın ayağı əkənəyi, Arxacın dalı, Kərbəlayı Sadığın dəmiyəsi, Dardərə sərnəsi, Yanıq komu, Kilsəli komu, Böyük dəhnələr komu, və Sarılıq komu.
Qarqucaq
Qarqucaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Qarqucaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Qarqucaq kəndi Qaraçayın sahilində, Gəncə-Qazax düzənliyindədir. 1823-cü il məlumatina görə, Qarqucaq Mirza Əli bəy adlı şəxsə məxsus əkin-torpaq sahəsinin adı olmuşdur. Bəyin həmin ərazidə yerləşdirdiyi doqquz ailədən ibarət icma da sonralar Qaraqucaq icmasi kimi qeydə alınmişdir. Bəzi tədqiqatçılara görə, bu ad qarğı/qarqu (bitki) sözündən və məkan bildirən -caq şəkilçisindən ibarət olub, “qarğı olan yer, qarğılıq” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 704 nəfər əhali yaşayır.
Qarqulaq
Qarqulaq, Getap — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1946-cı il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
Qarqışlaq
Qarıqışlaq — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd.Qarıqışlaq kəndi Minkənd çayının (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. XIX əsrin ortalarında 87 ailədən ibarət Qarıqışlaq kəndindən aşağıdakı məntəqələr yaranmışdır. Qızxanımatoyolan, Qılınclı, Quşçu, Mişni, Sadınlar, Soyuqbulaq və Hacılar. Oykonim “köhnə qışlaq, köhnə kənd” mənasındadır.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Bu kənd çar rusiyasının nəşr etdirdiyi, 1888-ci ilin coğrafi xəritəsində «Qarı-qışlaq» kimi göstərilir. Laçın rayonunun Qarıqışlaq kəndi rayonun ən qədim kəndlərindən biri idi. Kəndin köçkünlük ərəfəsində 365 ailədə 1600 nəfər əhalisi var idi. Hazırda 6000 nəfər. Kənd Laçın şəhərindən qərb tərəfdə, Laçın – Minkənd yolunun 33-cü kilometrliyində, Minkənd çayının sol sahilində yerləşırdi.
Qarqucaq bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.