QARĞIŞ

is. Birisinin haqqında pis arzu, nifrin, bəddua.
Gər mənə nifrin edər düşmən, mən ondan qəm yeməm; Kim münafiqdən gələn qarğış dua nisbətlidir. Xətayi.
Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afatdı, vurğudu, qarğışdı, nədi, bilmirəm. Mir Cəlal.
□ Qarğış etmək (eləmək, tökmək və s.) – bax qarğımaq.
[Şamxal] “Ağlıma gələn dağlara, daşlara, mən nə fikirləşirəm? Allah, mənə ölüm ver, gör necə sarsaq xəyallara düşürəm”, – deyə özünə qarğış etdi. İ.Şıxlı.

Qarğış tutmaq – qarğışın təsiri keçmək.
Mənim qarğışım onu tutmasa, mən heç nə bilmirəm. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARĞIŞ QARĞIŞ (birisinin haqqında pis arzu) [Göyərçin:] O qarğış deyil, bu camaatın ağzına dil atmaqdır (S.Rəhimov); BƏDDUA Tərəf saxlasan, qarabağlılığı göz
  • QARĞIŞ söyüş — bəddua

Antonimlər (əks mənalı sözlər)

  • QARĞIŞ QARĞIŞ – ALQIŞ Mənim qarğışım onu tutmasa mən heç nə bilmirəm (M.Hüseyn); Alqış deyir mənim doğma yurdum Azərbaycan da (R

Etimologiya

  • QARĞIŞ Qayğı sözü ilə bağlıdır. Qarğamaq “qayğı arzu etmək”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QARĞIMAQ
QARĞIŞLAMA
OBASTAN VİKİ
Karib dənizinin quldurları: Qara mirvarinin qarğışı (film, 2003)

Digər lüğətlərdə