Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaraburun
Qaraburun (Talin)
Qaraburun (Talin)
Qaraburun, Qırmızılı, Karakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Talin rayonunda kənd. İrəvan xanlığında kənd. == Tarixi == Qaraburun rayon mərkəzindən 18 km məsafədə, Alagöz dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözündən və «irəli çıxan və ya suya doğru uzanan», «dağ çıxıntısı, dağın qolu, sıldırımlı qaya» mənasında işlənən burun sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Karmraşen (Qırmızı kənd), 21.l.1965-cı il fərmanı ilə yenidən dəyişdirilib Karakert (daş tikintisi) qoyulmuşdur. == İstinadlar == == Xarici keçidlər == Qaraburun (Talin) GEOnet Names Server-də.
Qaraburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Qaraburun (Əhər)
Qaraburun (fars. كقالققره ب‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Qaraburun dağı
Qaraburun dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 945,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən qərbə ayrılan eyniadlı qolun qurtaracağında zirvə. Sədərək kəndindən 4 km şimal-qərbdədir. Orta Devonun Eyfel mərtəbəsinin orta və üst yarımmərtəbələrinə aid Danzik və Qurdqapısı lay dəstələrinin karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış Heydərabad sinklinalının qərb qanadında yerləşir.
Qaraburun yarımadası
Qaraburun yarımadası və ya Çeşmə yarımadası (türk. Karaburun Yarımadası, türk. Çeşme Yarımadası) — Türkiyənin qərbində, İzmir ili ərazisində yerləşən yarımada. Xios adasının qarşı tərəfində, İzmir və Bozdağlardan qərbdə yerləşir. Şimal-şərqdən İzmir körfəzi ilə əhatələnir. Sahəsi 550 km²-dir. Kiçik Asiyanın ən böyük yarımadalarından biridir. Burada İzmir Texnologiya İnstitutu yerləşir. Yarımadada yerləşən qədim şəhərlər: Erifrı, Klazomen və Teos. Ən böyük yaşayış məntəqəsi Çerşmədir.
Karaburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Karaburun yarımadası
Karaburun (alb. Gadishulli i Karaburunit) — Albaniyanın ən böyük yarımadasıdır. Yarımada ərazisində həm milli par həmdə hərbi baza yerləşir. Yarımadada məskunlaşma yoxdur. == Coğrafiyası == Albaniyanın ən böyük yarımadası olan Karaburun ölkənin cənub-qərbində yerləşir. Yarımadanın uzunluğu 16 km, eni 3-4,5 km, sahəsi isə 64 km² təşkil edir. İnzibati cəhətdən Vlyera dairəsi ərazisinə daxildir. Sahillərini Adriatik dənizinin suları yuyur (Otranto boğazının suları). Sahil sahəsi Karaburun-Sazan milli parkının ərazisinə daxildir. Yarımadadan 5 km şimalda Albaniyanın ən böyük adası olan Sazan adası yerləşir.
Secale ancestrale var. karaburun
Əkin çovdarı (lat. Secale cereale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. == Sinonimləri == === Homotipik sinonimləri === Secale cereale var.
İncə və Qalaburun toqquşmaları
İncə və Qalaburun toqquşmaları — 1946-cı ilin aprel ayında Tikantəpə və Sayınqala yolları arasındakı İncə və Qalaburun kəndlərində Məhəmməd Rza Şah Pəhləviyə yaxın qüvvələr ilə Azərbaycan Milli Hökuməti qüvvələri arasında baş vermiş hərbi toqquşmalar nəzərdə tutulur. == Zəmin == 1944-cü ilin sonlarında SSRİ ilə İranın münasibətləri pisləşdi. SSRİ-yə neft güzəştinin verilməsindən imtina edildikdən sonra SSRİ Cənubi Azərbaycanda olan etnik şikayətlərdən yararlanmaq qərarına gəldi. Nəticədə formalaşan Azərbaycan Demokrat Firqəsi 3 sentyabr 1945-ci ildə yaradıldığını elan etdi. 1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADF-nin I qurultayı keçirildi. Noyabr ayının sonların Cənubi Azərbaycan boyunca Azərbaycan Xalq Məclisinə seçkilər keçirildi. Eyni zamanda şah ordusuna qarşı da eyni anda tədbir görüldü və bu ordu birləşmələri zərərsizləşdirildi. 1-19 dekabr tarixlərində Cənubi Azərbaycanın böyük bir hissəsi faktiki olaraq ADF-nin əlinə keçdi. Dekabr ayında Xalq Konqresi özünü Qurucular Məclisi elan etmiş, o da Milli Heyət üzvlərini seçmişdi. 12 dekabrda Cənubi Azərbaycanın muxtariyyəti elan edildi.
Qarğabükən
Qarğabükən, qusdurucu qoz (lat. Strychnos nux-vomica) - loqaniyakimilər fəsiləsinin strychnos cinsinə aid bitki növü.