1. İri gözlü, girdə başlı, çirkin səsli, qarmaqburun, yırtıcı gecə quşu. Bayquş xərabəlik, qurd dumanlıq sevər. ( Ata. sözü ).
Axşamtərəfi yağış havası, bayquş da ulayır.
Qəflətən bir qorxulu səs meşəni götürdü. Faytonçu dedi: – Qorxma, xanım, bayquşdur, ulayır.
2. Mənhusluq, uğursuzluq simvolu kimi.
[Gülnaz] bayquş kimi həyətlərinə kədər və qüssə gətirmiş bu adamların yaxasından tutub, çölə atmaq … istəyirdi.
Nə etmək ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər.
□ Bayquş yuvası məc. – xarabazarlıq, əhalisi tərk olmuş yer; mənhus yer, şükümsüz yer.
Bir neçə ildən sonra [qoçuların] sayəsində Zabrat kəndi bayquş yuvasına döndü.
[Maral:] Ah, [bu] bayquş yuvasından qurtula bilsəydim.
3. məc. Cəmiyyət sevməyən, insanlardan qaçıb təkcə yaşayan adam haqqında. O lap bayquşdur, adam arasında görünmür. Bayquş kimi həyat keçirmək.