QARABURUN

сущ. с.-х. карабурун (позднеспелый сорт винограда)
QARABUĞDAYILIQ
QARACA
OBASTAN VİKİ
Qaraburun
Qaraburun (Talin)
Qaraburun (Talin)
Qaraburun, Qırmızılı, Karakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Talin rayonunda kənd. İrəvan xanlığında kənd. Qaraburun rayon mərkəzindən 18 km məsafədə, Alagöz dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözündən və «irəli çıxan və ya suya doğru uzanan», «dağ çıxıntısı, dağın qolu, sıldırımlı qaya» mənasında işlənən burun sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Karmraşen (Qırmızı kənd), 21.l.1965-cı il fərmanı ilə yenidən dəyişdirilib Karakert (daş tikintisi) qoyulmuşdur. Qaraburun (Talin) GEOnet Names Server-də.
Qaraburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Qaraburun (Əhər)
Qaraburun (fars. كقالققره ب‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Qaraburun dağı
Qaraburun dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 945,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən qərbə ayrılan eyniadlı qolun qurtaracağında zirvə. Sədərək kəndindən 4 km şimal-qərbdədir. Orta Devonun Eyfel mərtəbəsinin orta və üst yarımmərtəbələrinə aid Danzik və Qurdqapısı lay dəstələrinin karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış Heydərabad sinklinalının qərb qanadında yerləşir.
Qaraburun yarımadası
Qaraburun yarımadası və ya Çeşmə yarımadası (türk. Karaburun Yarımadası, türk. Çeşme Yarımadası) — Türkiyənin qərbində, İzmir ili ərazisində yerləşən yarımada. Xios adasının qarşı tərəfində, İzmir və Bozdağlardan qərbdə yerləşir. Şimal-şərqdən İzmir körfəzi ilə əhatələnir. Sahəsi 550 km²-dir. Kiçik Asiyanın ən böyük yarımadalarından biridir. Burada İzmir Texnologiya İnstitutu yerləşir. Yarımadada yerləşən qədim şəhərlər: Erifrı, Klazomen və Teos. Ən böyük yaşayış məntəqəsi Çerşmədir.

Digər lüğətlərdə