Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarıkənd
Qarıkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qarıkənd oyk. Gədəbəy r-nunun Gərgər i.ə.v.-də kənd. R-n mərkəzindən 13 km qərbdə, dağlıq ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında Yanşaq kəndindən (Kəlbəcər r-nu) gəlmiş huydumlar nəsli köhnə (qarı) kənd yerinin yaxınlığında salmışdır. Bu toponim “Köhnə kənd” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 374 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarıtəpə
Qarıtəpə (əvvəlki adı: Paravatumb) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qağartsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Paravatumb kəndi Qarıtəpə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarıtəpə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Paravatumb kəndi XIX əsrin ortalarında Zəngəzurdan gəlmə erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Tam adı Qişi Paravatumb olmuşdur. Arsakda xristian albanların Kiş məbədi xarabalıqlarının olduğu təpə (tumb) ermənilərin verdiyi addır. Erməni dilində parava "əski", "qədim" və tump sözlərindən ibarətdir. Erməni dilinə daxil olmuş bu söz qədim türk mənşəlidir. Gədəbəy rayonunda Qaravul tomba (kənd adı) və Şəki rayonunda Dumbatəpə (təpə adı) toponimləri ilə bir sıradadır.
Polygonum marinense
Polygonum marinense (lat. Polygonum marinense) — qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü.
Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir. == Məzmun == Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.