Qaronna

coğ. Garonne f

qarnizon
qarov
OBASTAN VİKİ
Qaronna çayı
Qaronna (fr. Garonne, lat. Garumna, oks. Garona) — Fransa və İspaniya sərhədində çay. 1872 m hündürlükdən Priney dağlarından başlayıb, Atlantik okeanının Biskay körfəzinə tökülür. == Coğrafiyası == Priney dağları ətəkləri ilə dar, dərin dərələrlə yüksək meyillikli ərazilərdən axır(meyilliyi 67 ‰. Düzənlik hissələrdə isə artıq geniş dərələrlə axır ki, Bordo şəhərində onun eni 500 m keçir. Bordo şəhərinin aşağı hissələrində Dordon çayına qarışır və uzunluğu 75 km olan Jironda estuarisini yaradır. Çayın uzunluğu 647 km (523 km-i Fransa ərazisindən keçir),sahəsi isə 56 min km²-dir(Doron çayı ilə birlikdə isə 84 811 km², su sərfi isə 680 m³/san). Qidalanmasında yağış suları və qar suları başlıca yer tutur.
Yuxarı Qaronna
Yuxarı Qaronna (fr. Haute-Garonne, oks. Nauta Garona, Auta Garona) — Fransa cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 31. İnzibati mərkəzi — Tuluza. Əhalisi - 1,268,370 nəfər (departamentlər arasında 14-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Sahəsi — 6309 km². Qaronna çayı departametin ərazisində axır. Cənub bölgələri Pireney dağıdır. Ən yüksək nöqtəsi — Perdiger dağıdır (3222 m).
Lo və Qaronna
Lo və Qaronna (fr. Lot-et-Garonne, tələffüzü /lɔt‿e.ɡa.ʁɔn/, oks. Òlt e Garona) — Cənub-qərbi Fransada departament, Yeni Akvitaniya regionun departamentlərindən biridir. Sıra nömrəsi — 47. İnzibati mərkəzi — Ajen. Əhali sayı — 342.500 nəfər (departamentlər arasında 70-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Departamentin sahəsi 5361 km². Departamentin ərazisindən Qaronna , Lo, Baiz, Jeliz, Oss çayları axır. Department 2 rayonu və tərkibinə 293 kommun daxil olan 54 kantonu birləşdirir. == Tarixi == Lo və Qaronna — 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 departamentdən biridir.
Tarn və Qaronna
Tarn və Qaronna (fr. Tarn-et-Garonne, oks. Tarn e Garona) — Fransanın cənubunda yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 82. İnzibati mərkəzi — Montoban. Əhalisi — 248 227 nəfər (departamentlər arasında, 81-ci yer, məlumatlar 2010-cu ilin melumatları). == Coğrafiyası == Ərazisi — 3718 km². Departamentin ərazisində Tarn və Qaronna çayları axır. Departamentə 2 rayon, 30 kanton və 195 kommun daxildir. == Tarixi == Departament Napoleonun 4 noyabr 1804-cü il tarixli fərmanı ilə yaradılmışdır.