Qarıkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Qarıkənd | |
---|---|
40°34′ şm. e. 45°47′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qarıkənd oyk. Gədəbəy r-nunun Gərgər i.ə.v.-də kənd. R-n mərkəzindən 13 km qərbdə, dağlıq ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında Yanşaq kəndindən (Kəlbəcər r-nu) gəlmiş huydumlar nəsli köhnə (qarı) kənd yerinin yaxınlığında salmışdır. Bu toponim “Köhnə kənd” mənasındadır.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 374 nəfər əhali yaşayır.[2]