QÖVSİ-QUZEY

QÖVSİ-QUZEY (yağışdan sonra göydə görünən rəngarəng yarımdairə şəkilli qurşaq) Göy üzündə bir qəşəng; Tağ görünür yeddi rəng; Gözəl qövsi-quzeylər; Qəlbə verir fərəhlər (A.Səhhət); GÖY QURŞAĞI İrəlidə görünən böyük çayın sakit-sakit axan suları qızıl şüaları ilə əks edərək, göy qurşağı kimi rəng verib rəng alırdı (M.Hüseyn); NƏNƏ QURŞAĞI Bir toy xələti kimi; çiynimdən sallanıb nənə qurşağı (R.Rza); FATMA-NƏNƏ, QARINƏNƏ ÖRKƏNİ (QURŞAĞI).

QÖVS
QRADUS
OBASTAN VİKİ
Quzey
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Qövsi Təbrizi
Əlican İsmayıl oğlu Qövsi Təbrizi (1568, Təbriz – 1640, Təbriz) — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, Təbrizdə anadan olmuş, ilk təhsilini atasından almış, İsfahanda oxumuş, sonradan Təbrizə qayıdaraq burada din xadimi kimi həyatını davam etdirmişdir. Şair Füzuli ədəbi məktəbinin görkəmli davamçılarından hesab olunur. Qövsi Təbrizi həm köhnə Azərbaycan dilinin klassik şeir dili mərhələsini (XV əsr), həm də yeni Azərbaycan dilinin xəlqiləşməsi dövrünü (XVII əsr) öz yaradıcılığında inikas etdirə bilmişdir. == Həyatı == Əlican İsmayıl oğlu Qövsi Təbrizi XVII əsrin ikinci rübündə, o dövrdə Səfəvilər dövlətinin bir hissəsi olan Təbriz şəhərində sənətkar və şair ailəsində anadan olmuşdur. Onun dəqiq doğum və ölüm tarixi məlum deyil. Qövsi Təbrizinin ailəsi haqqında ətraflı məlumatı Hind təzkirələrini tədqiq etmiş professor Həmid Araslı vermişdir. Azərbaycan ədəbiyyatı tarixində Qövsi təxəllüslü üç yazıçı vardır ki, akademik Həmid Araslı onların hamısının eyni ailədən olduğunu irəli sürmüşdür. Tarixçinin fikrincə, Qövsi təxəllüsü ilə yazıb-yaratmış bu müəlliflər baba, ata və nəvə idilər. Araslı “Rəvzətül-Cahan” əsərinin müəllifi Dərviş Hüseynin Qövsi təxəllüslü iki Təbrizli şairdən bəhs etdiyini bildirir və əlavə edir ki, onlar oğul Əlican Qövsi və ata İsmayıl Qövsidir.
Quzey Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Quzey nekropolu
Quzey nekropolu — Şahbuz rayonunun Kolanı kəndi ərazisində orta əsrlərə aid abidə. == Ümumi məlumat == Yaşayış sularının yuması nəticəsində qəbirlərin xeyli hissəsi dağıdılmışdır. Qəbirlərin istiqamətindən müsəlman qəbiristanlığı olduğu müəyyənləşdirilmişdir. Abidənin təxminən 11–12-ci əsrlərə aid olması ehtimal edilir.
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. == İqtisadiyyatı == İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin.
Quzey (Ağsu)
Quzey — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Şiş Quzey mağarası
Şiş Quzey — paleolit dövrünə aid olan Tovuz şəhərindən qərbdə yerləşən mağara. Mağara 1965-ci ildə М. М. Mansurovun rəhbərliyi ilə təşkil edilən arxeoloji ekspedisiya zamanı (1962-1965) aşkarlanmışdır. Tapıntılar Aşel mədəniyyəti dövrünə aid edilir. Tapıntılar sahəsi 60×20 m ərazini əhatə edir. Ümumilikdə isə burada 1075 tapıntı aşkarlanmışdır ki, onlarında 146 ədədi əmək alətləri idi. Burada o dövrün əhalisi mergeldən əmək aləti kimi yararlanırdılar. Yaşayış məntəqəsi qayanın başında yerləşirdi. Paleolit dövrünə aid tapıntılar 80 m uzunluğa malik terrasda yayılmışdır. N. Şirinova görə terraslat Xəzər epoxasını əhatə edir. == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası.
Quzey Qıbrıs Türk Cümhuriyyəti
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.