SATQIN

sif. Özünü, öz əqidəsini, məsləkini, heysiyyətini pula satan; şərəfsiz, alçaq, rəzil, xain, namərd.
Bəndalı Mərəzədə satqın bir qarının evində necə gecələməli olduğunu anasına danışdı. Mir Cəlal.
[Aslan Məzluma:] Hələlik öz işindir.
Ancaq sonralar belə satqın başın qiyməti ucuz olacaqdır. S.Vəliyev.

// İs. mənasında.
[Nüşabə:] Satqını sürüyün cıdır düzünə; Hər görən tüpürsün murdar üzünə… A.Şaiq.
Niyə qara yaxır bu satqın bizə? B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SATQIN xain — dönük — namərd — xəyanətkar
  • SATQIN SATQIN Satqınlar əlləşdilər boğmağa gur səsini (M.Rahim); ADAMSATAN, XAİN (bax)
SATQI
SATQINLIQ
OBASTAN VİKİ
Satqın ürək (hekayə)
Satqın ürək (ing. The Tell-Tale Heart) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1843-ci ildə The Pioneer nəşriyyatında nəşr edilmişdir.

Digər lüğətlərdə