Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaracüzlü
Qaracüzlü — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd Baş Qafqaz silsiləsinin ətəyindədir. Əsl adı Qaraqozludur. XIX əsrdə Qozlu çayının sahilində maldarlıqla məşğul olan 13 ailədən ibarət kiçik elin adıdır. Sonralar Qaraqozlu adı qoz sözünün dialektlərdə həm də cöüzlcövüz formasında tələffüzünə görə Qaracövüzlü/Qaracüzlü şəklinə düşmüşdür. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 215 nəfər əhali yaşayır.
Qargülü
Xədicəgülü (lat. Galanthus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Acrocorion Adans.
Pəriçınqıl Qaragölü
Pəriçınqıl Qaragölü — Laçın rayonu ərazisində göl. Alagöllər dağının (Qarabağ yaylası) cənub-qərb yamacında, 2961 metr yüksəklikdə şirin sulu göldür. Mal-qaranın suvarılmasında istifadə olunur. Ərazidəki Qaragöl adlı bir neçə göldən fərqləndirmək üçün Pəriçınqıl dağının adından istifadə olunmuşdur. Gölün sahəsi 0,94 km², maksimal dərinliyi isə 5,4 metrdir.
Qaragözlü (Qoşaçay)
Qaragözlü (fars. قره قوزلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 702 nəfər yaşayır (177 ailə).
Qaragözlü (Əhər)
Qaragözlü (fars. قره گوزلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Qaragözlü oymağı
Qaragözlü oymağı — Bəydili boyunun Şamlı elinin oymağı. Əsasən Həmədan əyalətinin ətrafında yaşayırlar. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Bu oymağının nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur. Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda toponimlərə rast gəlinir. Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi. Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Qısaüzlü kenquru
Qısaüzlü kenquru (lat. Bettongia gaimardi) — kenqurular fəsiləsinə aid olan bir məməli heyvan.
Ağ qargülü
Krasnov qargülü
Voronov qargülü
Abdulla xan Qaragözlü
Abdulla xan Mustafaqulu xan oğlu Qaragözlü (Həmədan) — Şamlı elinin Qaragözlü oymağından olan İran ordusunun generalı. == Həyatı == Abdulla xan Mustafaqulu xan oğlu Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı. Yüksək rütbəli zabit kimi Fars, Xorasan əyalətlərində xidmət etmişdi. 1897-ci ildə Xuzistan əyalətinə dəyişilmişdi. 1909-cu ildə İran ordusunun silah-sursat üzrə rəisi idi. == Ailəsi == Oğlanları: Hüseynqulu xan İclaüddövlə, Möhtacəli xan İclaülməməlik == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Hüseyn xan Qaragözlü
Hüseyn xan Əli xan oğlu Qaragözlü (?-1894)—Fətəli şah Qovanlı-Qacarın qız nəvəsi, İran ordusunun generalı. == Həyatı == Hüseyn xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Əli xan Nüsrətülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu. Anası Zübeydə xanım Fətəli şah Qovanlı-Qacarın qızıdır. Hərbçi ailəsinə mənsubdur. Hüsamülmülk ləqəbini daşıyırdı. 1884-cü ildən 1894-cü ilədək Kirmanşah əyalətinin valisi olmuşdu. == Ailəsi == Oğlu Zeynalabdin xan onun vəfatından sonra bütün mənəvi sərvətinə yiyə durdu. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Mahmud xan Qaragözlü
Mahmud xan Qaragözlü (? — 1887) — Şamlı elinin Qaragözlü oymağından olan İran dövlət xadimi. == Həyatı == Dövlət xadimi Mahmud xan Həmədani Qacarlar səltənətini gorkəmli səxsiyyətlərindən olan Qaragözlü tayfasının böyüklərindən idi. O, Əbulqasim xan Nasirulmulk Naibussəltənənin babasıdır. Mahmud xan İran dövlətini bir sıra xarici dövlətlərdə təmsil edən bacarıqlı diplomatik numayəndə kimi fəaliyyət gostərmisdir. O, 1852-ci ildə İranın Sankt-Peterburqdaki səfirinin I muavini, sonra islər vəkili təyin edilmis və bu zaman ona "cənab" ləqəbi verilmisdir. (Cənab ləqəbi nazirlərə və bu vəzifəyə bərabər olan səxslərə verilirdi) O, bu vəzifədə 1855-ci-ilədək qalmıs, sonra Tehrana cağırılaraq, burada hərbci kimi fəaliyyət gostərmisdir. Ona Nasirulmulk ləqəbi isə (dövlətin koməkcisi-Ə. Ç.) mirpənc rütbəsini (general-leytenant-Ə. Ç.) aldıqdan sonra verilmisdir. (1858-ci il). Bu vaxtdan etibarən paytaxtın hərbi işləri, hərbi sənayesi ona tapsirilmis, Nasirəddin şah olkədə olmadığı muddətdə isə mərkəzi hərbi quvvənin ixtiyarı Mahmud xan Həmədanidə olmuşdir.
Mustafaqulu xan Qaragözlü
Mustafaqulu xan Qaragözlü (?-1891)—Şamlı elinin Qaragözlü oymağından olan hərbçi, Əmir tuman. Iran dovlətinin sərhədlərinin qorunmasında və asayişin bərpa olunmasında komandan, qosun rəisi Mustafaqulu xan Qaragözlünün xidmətləri böyükdür. Həmədanlı hərbi xadim cox vaxt qosun rəisi kimi bir cox ölkədaxili döyüşlərdə də istirak etmisdir. O, 1850-ci ildə Babın yaxın adamlarından olan Seyid Yəhya Darabini və onun tərəfdarlarını məğlub etmək ucun Sirazdan Təbrizə göndərilmiş və qələbə qazanmısdı. 1880-cı ildə Azərbaycanın cənub-qərbində və İran Kürdüstanında Seyx Abdulla Nəqşbəndinin başcılığı, xarici dövlətlərin təhriki ilə qiyam qalxdığı zaman onun tərəfdarları Azərbaycan ordusunun komandanı olan Mustafaqulu xan Qaragözlü tərəfindən zərərsizləsdirilmisdi. Iran dovləti tərəfindən Sainqalanı (Şahindeji) kürdlərdən təmizləmək də Mustafaqulu xan Qaragözlüyə və Hacı Mirzə Hüseyn xan Sipəhsaların göndərdiyi Həsənəli xan Gərrusiyə qismət oldu. Bir sozlə, Şahsevən və Gorus qosunlarının koməyi ilə Şeyx Abdullanın sərkərdələri Qadir ağa və Həmzə ağa olkədən xaric edildilər. Mustafaqulu xan 1298-ci ilin səvval ayında (1881, sentyabr) Urmiyada vəfat etmisdir. Tarixci coğrafiyasunas, marağalı Məhəmmədhəsən xan Etimadussəltənə öz xatirələrində onun mirpənc (general), əmir tuman (on minbaşı), Azərbaycan ordusunun komandanı kimi xatırlamıs, ondan bəhs etmis həmin tarixdə vəfat etdiyini bildirmişdir. Oğlu Abdulla xan Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Məhəmmədhüseyn xan Qaragözlü
Məhəmmədhüseyn xan Qaragözlü (?-?) —Şamlı elinin Qaragözlü oymağının başçısı, Qacarlar dövlətinin sərkərdəsi. Qacarlar hakimiyyəti dovrundə diqqəti cəlb edən Qaragözlü oymağı Cənubi Azərbaycanın Həmədan əyalətinda yasayan türk mənşəli Azərbaycan tayfalarındandır. Mənbələrdə adları XVI əsrdən etibarən çəkilən bu tayfa XVIII əsrdə İran və Azərbaycanın ictimai-siyasi həyatında nəzərə çarpacaq dərəcədə fəal iştirak etmisdir. Qacarlar sülaləsi yarandığı ilk dövrlərdən ona itaətkarlıq göstərmiş, Ağa Məhəmməd şah Qacarı müdafiə edənlərdən idilər. Bu tayfanın görkəmli, tanınmış başcılarından və xanlarından biri Məhəmmədhuseyn xan Həmədani Qaragözlüdür. Məhəmmədhüseyn xan Qaragözlü Şamlı elinin Qaragözlü oymağının Aşıqlı tayfasındandır. Ağaməhəmməd şah Qacarın tapşırığı ilə Əfqanıstana elçi getmişdi. Orda Dürranilər sülaləsindən olan Zaman şah Dürrani ilə görüşmüşdü. Cəfər xan Zənd 1199-cu ildə (1785) Şirazdan gələrək, İsfahanı isğal etdikdən sonra İranın digər səhərlərini tutmaq fikrinə dusdu. Bu məqsədlə Həmədən istiqamətində irəlilədiyi zaman Məhəmmədhuseyn xan Qaragozlu və Əli xan Avşar Xəmseyi Ağa Məhəmməd sah Qacarın gostərisi ilə doyusə girərək, torpağı mudafiə etdilər.
Məhəmmədəli xan Qaragözlü
Məhəmmədəli xan Əbdülhüseyn xan oğlu Qaragözlü (1847 - 1915) — Maarifçi, publisist, xəttat XIX əsrdə İran dovlətinin bir sıra idarələrində bacarıqlı katib-xəttat kimi calısan azərbaycanlı səxsiyyətlər olmuslar. Onlardan biri Mirzə Məhəmmədəli xan Qaragozlu Həmədanidir. O, 1847-ci ildə Həmədanda anadan olmusdur və Əbdulhuseyn xanın oğludur. Allahqulu xan Elxanı Həmədan hakimi təyin olunduğu zaman Məhəmmədəli xanı oz munsibasısı, (rəisi-dəftəri-hokumət), yəni Həmədan hokumətinin dəftərxana rəisi vəzifəsinə təyin etdi. O, gozəl xəttə malik idi və 1876-cı ildə Allahqulu xan basqa isə təyin olunaraq, Tehrana dəvət olunduqda onun yanında munsi-xəttat vəzifəsini icra etməyə baslamısdır. Allahqulu xan Elxanı 1881-ci ildə Zəncan hakimi təyin olunduğu zaman Məhəmmədəli xan da oz əvvəlki pesəsi ilə onun yanında xidmət etməyə basladı. Məhəmmədəli xan 1882-ci ildə Allahqulu xan vasitəsilə Londondan Tehrana qayıtmıs İranın səlahiyyətli numayəndəsi Mirzə Mülkum xanla tanıs olmus, sonra isə İngiltərə səfirliyinə munsi vəzifəsinə təyin olunaraq onunla Londona getmisdir, 6 il İranın Londonda fəaliyyət gostərən səfirliyində calısmısdır. O, bu muddət ərzində numayəndə kimi iki dəfə Tehrana gəlmisdir. Mirzə Məhəmmədəli xan burada fəaliyyət gostərərkən Mirzə Mülkum xanın İranın İslər Nazirliyinə gondərdiyi məlumat və raportları səlis xətlə yazır, eyni zamanda "Qanun" qəzetinin nəsrində fəal istirak edirdi. Mirzə Məhəmmədəli xan Londonda nəsr olunan və İrana gətirilməsi qadağan edilmis "Qanun" qəzetində fəaliyyətinə gorə Nəsrəddin şahın gostərisi ilə həbs olunmusdu.
Zeynalabdin xan Qaragözlü
Zeynalabdin xan Hüseyn xan oğlu Qaragözlü (1858-1927) — Kirmanşahın valisi, İran ordusunun generalı. Zeynalabdin xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Hüseyn xan Hüsamülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu. Zeynalabdin xan 1887-ci ildən 1894-cü ilədək Kirmanşah əyalətinin vali müavini olmuşdu. 1890-cı ildən Kirmanşaha vali təyin edilmişdi. Bu əyalətdən əlavə Lurestan, Burucerdin hakimiyyəti də ona tapşırılmışdı. O, Əmiri-Əfxəm ləqəbini də daşıyırdı. Zeynalabdin xanın Qulamrza xan adlı oğlu vardı. O, Müzəffərəddin şahın qızı Qəmərəssəltənə Məlaikə xanımla ailə qurmuşdu. Zeynalabdin xan İftixarülmülk ləqəbini daşıyırdı.
Əlirza xan Qaragözlü
Əlirza xan Əliqulu xan Qaragözlü (1884–1954) — Şamlı elinin Qaragözlü oymağından olan İranın maliyyə və ədliyyə naziri. Əlirza xan Əliqulu xan oğlu Qaragözlü 1884-cü ildə Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı. Əlirza xan Qaragözlü Bəhaülmülk ləqəbini daşıyırdı. Əlirza xan Milli Məclisin 3-cü çağrışında Həmədan əhalisi tərəfindən nümayəndə olmuşdu. 1922-ci ildə Həsən Mustovfinin təşkil etdiyi hökumətdə İranın maliyə naziri vəzifəsində çalışmışdı. 1942-ci ildə Əhməd Qəvamın hökumətində ədliyyə naziri olmuşdu. Mirzə Yəhya xanın qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi. Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Əbdüləli xan Qaragözlü
Əbdüləli xan Abdulla xan oğlu Qaragözlü (1870-?)—Şamlı elinin Qaragözlü oymağından olan iran ordusunun generalı. Azərbaycan xalqının vətəni müdafiə uğrunda hərbi şücaəti qədim və zəngin tarixə malikdir. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa xidmət etmişlər. Belə qəhrəman oğullardan biri də Əbdüləli xan Qaragözlüdür. Hərbçi ailəsində doğulan bu igid sərkərdə tez bir zamanda İran ordusunda nizam-intizamı, bilik-bacarığı, sərrast strategiyası ilə ad çıxarmışdı. Əbdüləli xan Qaragözlü Mənsurəddövlə ləqəbini daşıyırdı. Tanınmış Qaragözlü tayfa başçısı Nasirülmülkün nəvəsi idi. Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, № 5, səh.66–79.
Əbülqasım xan Qaragözlü
Əbülqasım xan Əhməd xan oğlu Nasirülmülk (1 aprel 1863, Həmədan ostanı – 26 dekabr 1927, Tehran) — İranın baş naziri, Sultan Əhməd şahın regenti olub. Əbülqasım xan ali təhsilini London şəhərində almışdı.Qacarlar sarayında müxtəlif vəzifələrdə çalışmışdı. Nаsеrülmülк 1898-ci ildə Əli xan Əminüddövlə hökumətində mаliyyə nаziri idi. Аrtur Hаrdinq İrandа səfir оlduğu müddətdə, Əminüssultаnın bаş nаzirliyi vахtındа Nаsеrülmülк nаzirliк vəzifəsindən кənаr еdilmişdi, Həmədаndа hakim vəzifəsi dаşıyırdı. 1905–1911-ci illər İran inqilabı ərəfəsində baş nazir Eynüddövlə ilə həmkarlıq etmişdi.1907-ci il baş nazir Mirzə Ələsgər xan Əminüssultan tərəfindən təşkil edilmiş nazirlər kabinəsində maliyyə naziri vəzifəsini icra etmişdi. 1908-ci ilin yanvarında Məhəmmədəli şaha qarşı baş vermiş qəsddən sonra nazirlikdən çıxarılmış Avropaya sürgün edilmişdi.1909-cu ildə Məhəmmədəli şah ölkədən qovulduqdan sonra, kiçik yaşlı Sultan Əhməd şah üçün əvvəlcə Əzdülmülk Əlirza xan Qovanlı-Qacar qəyyum və regent (naibəssəltənə-müvəqqəti şahın vəzifəsini icra edən) təyin edilmiş, o vəfat etdikdən sonra, Məclisin əksəriyyət qərarı ilə Nasirülmülk qəyyum və regent təyin edilərək, naibəssəltənə vəzifəsi də ona tapşırılmışdı. O, mürtəce bir şəxsiyyət idi. Vəzifəsindən istifadə edib Məclisi qovmuşdu. Burаdа təкcə Nаsеrülmülкun İran məşrutə inqilаbınа bəslədiyi münasibəti qısаcа nəzərdən keçirdiкdə ingilis diplоmаtiyаsının хаlq hərəкаtınа qаrşı frаmаsоndаn istifаdə еtməsi hаqqındа müəyyən təsəvvür əldə еtməк mümкün оlаr. Məşrutə inqilаbının bаşlаndığı vахtdа hərəкət bаşçılаrındаn Seyid Məhəmməd Təbatəbainin kütlələrə tə'sir göstərən nitqləri və fəаliyyəti mütləqiyyəti təşvişə sаlmışdı.
Qarqulu
Qarqulu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli məlumata görə, bu yaşayış məntəqəsini XIX əsrdə Naxçıvanda mövcud olmuş Qarqulu kəndindən gələn ailələr salmışlar. Kəndin adı çox güman ki, qarqu (qamış) sözü ilə bağlıdır. Kənd Mehri silsiləsinin ətəyində yerləşir.
Hacı Məhəmməd xan Qaragözlü
Qaragözlü Hacı Məhəmməd xan Hacı Abdulla xan oğlu (?-?) — Qaradağın hakimi (1811-?). == Həyatı == Hacı Məhəmməd xan Qaragözlü Şamlı elinin Qaragözlü oymağının Hacılı tayfasındandır. Həmədan ətrafında dünyaya gəlmişdi. Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi idi. 1811-ci ildən Cənubi Azərbaycanın Qaradağ vilayətinin hakimi təyin edilmişdi. Rus-İran savaşlarının fəal iştirakçısı olmuşdur. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar.
Mirzə Yəhya xan Qaragözlü
Mirzə Yəhya xan Qaragözlü (?-1938) — Şamlı elinin Qaragözlü oymağından olan İranın mədəniyyət naziri. Mirzə Yəhya xan Qaragözlü Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı. Mirzə Yəhya xan Qaragözlü Etimadəddövlə ləqəbini daşıyırdı. Mirzə Yəhya xan Qaragözlü Rza şah Pəhləvinin hakimiyyəti dönəmində İranın mədəniyyət naziri olmuşdu. Əlirza xan Bəhaülmülkün qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi. Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Xəzər qarasolu
Xəzər qarasolu (lat. Vimba vimba persa) — Qarasol növünə aid yarımnöv. Əsasən Cənubi və Orta Xəzərdə yayılmışdır. Samur çayının aşağı axarında Vələmir və Qusar çaylarında, Kürün aşağı axarında, Azərbaycanın cənub çaylarından Viləş, Qumbaşı və Lənkəran çaylarında yayılmışdı. Böyük və Kiçik Qızılağac körfəzlərində nisbətən çoxsaylıdır. Aqraxan və Araqum su hövzələrində, Türkmənbaşı körfəzinə qədər Həsənqulu rayonunda, Xəzərin qərb sahili çaylarından Terekdə, Rubasçayda qeydə alınmışdır. Bədən nisbətən alçaqdır. Beli göyümtül-boz, qarnı gümüşü-ağ, bədənin aşağı hissəsindəki üzgəclər solğun-sarımtıldır. Ağzı alt aypara formasındadır. Bel üzgəcində 8, anal üzgəcində 16–19 şüa var.
Fazil Qaraoğlu
Fazil Qaraoğlu (tam adı: Fazil Qara oğlu İsmayılov; 1947, Qaradonlu, İmişli rayonu) — Quran kitabını ilk dəfə iki dilə həm Azərbaycan, həm də rus dilinə çevirən tək mütərcim, professor.[mənbə göstərin] == Fəaliyyəti == Quran kitabını ilk dəfə hər iki dilə — həm Azərbaycan, həm də rus dilinə çevirən tək tərcüməçidir. "Tarixi həqiqətlər", "Erməni saxtakarlığını ifşa edən əsər", "Soyqırım yalanını təsdiq edən ermənilər və ruslar", "Soyqırım yalanını təsdiq edən ermənilər və ruslar, "Ağlasığmaz xəyanət", "Erməni məsələsi və türk-müsəlman soyqırımı", "Erməni məsələsinə dair tarixi həqiqətlər", "Vətənə, xalqa həsr olunmuş ömür", "Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı", "Mikologiya elmi bizə nələr deyir" əsərlər ilə yanaşı "Ermənilər və həqiqətlər sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib. === Haqqında === On dörd il Ankarada Qazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. Fazil Qaraoğlu bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır. == Kitabları == Коран. Перевод проф. Ф. Караоглы. [б.м.]: Управления по делам религии Турецкой Республики, 1994.
Qarqulu (Cəlilabad)
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarqulu (Zəngilan)
Qarqulu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli məlumata görə, bu yaşayış məntəqəsini XIX əsrdə Naxçıvanda mövcud olmuş Qarqulu kəndindən gələn ailələr salmışlar. Kəndin adı çox güman ki, qarqu (qamış) sözü ilə bağlıdır. Kənd Mehri silsiləsinin ətəyində yerləşir.
Qarqulu (dəqiqləşdirmə)
Qarqulu (Zəngilan) — Zəngilan rayonunda kənd. Qarqulu (Cəlilabad) — Cəlilabad rayonunun Qarğılı kəndinin 27 mart 2001-ci ilə qədərki adı.
Qarqulu Çəm
Qarqulu Çəm (az-əbcəd. قارقولو چَم‎, fars. قارقلی‌چم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 609 nəfər yaşayır (192 ailə).