QARAGÜNLÜ

sif. Bədbəxt, başıbəlalı, yazıq; həyatı, güzəranı çox ağır keçən.
[Səkinə xanım:] Sənin adına və abrına zərər yetişməsin deyən, mən gərək ömrüm olduqca özümü qaragünlü edim? M.F.Axundzadə.

// İs. mənasında.
Kim ki səninlə olmadı sübhiəzəldə aşina; Taəbəd ol qaragünün bəxti səhab içindədir. Nəsimi.
Hər yerdə qaragünlü xətadan uzaq olmaz. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARAGÜNLÜ bax: qaragün

Antonimlər (əks mənalı sözlər)

  • QARAGÜNLÜ QARAGÜNLÜ – AĞGÜNLÜ Hər yerdə qaragünlü xətadan uzaq olmaz (Q.Zakir); Ağgünlü olmuş məni bu yaşımda gör gətirib haralara çıxarırsan (Çəmənzəminli)
QARAGÜNÇÜLÜK
QARAGÜNLÜK

Digər lüğətlərdə