Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karandaş
Karandaş (rus. Карандаш əsli qara daş sözündən götürülmüşdür) — Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit, yaxud quru boyaq çubuğu. == Karandaşların əcdadları == İlk variantı XIII əsrdə hazırlanıb. Qrafitin (qələmin içində olan qara hissə) taxtanın arasına qoyulmasını fransız kimyagəri Nikola Konte təklif edib. Əslində bu qrafiti qənaət ilə sərf etmək üçün hazırlanmışdı. Ancaq sonra fikir verildi ki, bu üsulla hazırlanan qələmlər daha yaxşı yazır. == İlk əsil karandaş == Barroudeyl gölü ətrafında qoyunlarını otaran çobanlar fikir verirlər ki, qoyunların dəriləri yerli qayalara sürtünəndə qaralır . Bu barədə yerli alimlərə bildirəndə, onlar düşünüblər ki, Borroudeyldə üzə "qara daş" yataqları çıxır. Yerli əhali tezliklə burada yazı üçün müxtəlif ləvazimatlar hazırlamağa başlayır, adını isə "qara daş" qoyurlar. Türkcə( "qara" və "taş" sözlərindən "karandaş2 adı alınır.) İlk karandaşlar barədə yazılar 1565-ci ilin minerallar barədə yazılan traktatında olub.
Qaradaş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Darandaş (Mərənd)
Darandaş (fars. دارانداش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (64 ailə).
Karandaş (dəqiqləşdirmə)
Karandaş — Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit. Karandaşyonan — Karandaşların uclarını taraş etmə üçün istifadə edilən dəftərxana ləvazimatı. Karandaş (kloun) — tanınmış sovet sirk artisti (kloun).
Karandaş (kloun)
Karandaş (tam adı: Mixail Nikolayeviç Rumyantsev ; d.1901, Sankt-Peterburq – ö.1983, Moskva) —Görkəmli sovet sirk artisti (kloun), aktyor. Sosialist Əməyi Qəhrəmanı (1979) SSRİ xalq artisti (1969). == Həyatı == Mixail Nikolayeviç Rumyantsev 1901-ci il noyabrın 27-də bəzi mənbələrdə 10 dekabrda Sankt-Peterburqda anadan olub. == Sovet çizgi filmində Karandaşın rolu == Sirk(Soyuzmultfilm,1942). Sirkdəki qız (Soyuzmultfilm, 1950).
Rəngli karandaş
Rəngli karandaş — bir rəngli piqment minası olan rəngli rəsm və yazı üçün istifadə olunan karandaş.
Qaradaş (Qaraqoyunlu)
Qaradaş — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Kəndin ərazisində azərbaycanlıların həyatı ilə bağlı XVII-XVIII əsrlərə aid tarixi abidələrin, eləcə də oğuz qəbiristanlığın qalıqları qalmaqdadır. Toponim rəng bildirən qara sözü ilə Azərbaycan dilində «qaya» mənasında işlənən daş sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Sevkar (Qaradaş) qoyulmuşdur.
Qaradaş (Tovuz)
Qaradaş — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsi kimi 1786-cı ildən məlumdur. Hələ qədimdən Xanbulaq dağında Armudluq adlı sahədən mis filizinin çıxarılmasına və torpağın qara rəngə çalmasına görə əraziyə Qaradaş deyirdilər. Sonralar mədənin yerləş­diyi dağ da Qaradaş adlandırılmışdı. Burada salınmış kənd də adını həmin dağın adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Qaradaş kənd kitabxana filialı, Qaradaş kənd klubu, Qaradaş poçt şöbəsi (AZ6029) fəaliyyət göstərir. == Təhsil == Kənddə Qaradaş kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qaradaş (dağ)
Qaradaş — Sədərək rayonu ərazisində dağ (hünd. 1213,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-qərb qurtaracağında zirvə. Sədərək kəndindən 7 km-dək cənub-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst hissəsinə aid Arpaçay lay dəstəsinin karbonat-terrigen çöküntülərindən ibarət yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikincidərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Qaradaş (Çaroymaq)
Qaradaş (fars. قره داش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (4 ailə).
Qaradaş bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradaş ocağı
Qaradaş ocağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndinin mərkəzində ziyarətgah. == Tarixi == Ахurа kəndinin içərisində yеrləşir. Qаrаdаş оcаğınа indi də inаm vаr. Öz ürəyində аrzu və istəyinin həyаtа kеçməsini istəyən şəхslər оcаğа nəzir dеyir və аdаmlаr аrzu, istəklərinə çаtdıqdа nəziri оcаğа аpаrırlаr. Qаradаş оcаğının mərkəzində nəhəng prizmаtik-kоnusvаri fоrmаlı qаrа dаş vаr. Dаşın ətrаfınа bir nеçə kiçik ölçülü dаşlаr düzülmüşdür. Əfsаnəyə görə iri qаrа dаşlаr göydən gəlmiş аnа, ətrаfındа оlаn kiçik dаşlаr isə оnun övlаdlаrıdır. Оdur ki, оcаğа аncаq qаdınlаr və uşаqlаr girə bilər. Kişilərin оcаğа gəlməsi qаdаğаndır. Оcаğа qаb-qаcаq dа gətirilir.
Qaradaş piri
Qaradaş piri — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Tivi kəndində ziyarətgah. == Tarixi == Ziyarətgahdakı armud ağacının dibində qara daş vardır. Azərbaycan türklərində armud ağacı müqəddəs sayılır. Qara daş isə bütün müsəlman dünyasında müqəddəs hesab edilir. Etnoqrafik materiallar təsdiq edir ki, yerli əhali arasında bu cür daşların göydən gəlməsi, bu səbəbdən də müqəddəs sayılması haqqında fikirlər vardır.
Qaradaş (Mahnişan)
Qaradaş (fars. قره داش‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 510 nəfər yaşayır (105 ailə).
Qaradaş (Duzluca)
Qaradaş — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Qaranas (Mahnişan)
Qaranas (fars. قره نا س‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 656 nəfər yaşayır (143 ailə).
Qabandağ
Qabandağ — Abşeron rayonu ərazisində dağ. Hündürlüyü 670 m. Qabandağ — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2210 m.
Qaranquş
Qaranquşlar (lat. Hirundinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Köçəri quşdur. Afrikanın tropik bölgələrində qışlar, yaz aylarında Avropa ərazisində görünür.Qaranquşun 4 növü (kənd, şəhər, sahil və dağ qaranquşu) dağ çaylarının dərələrində, qayalarda, insan məskənlərindən, daş tikililərdə yuvalayırlar. İldə 2–3 dəfə yumurtlaya bilir. 2, ən çoxu 6 yumurta üstündə kürt yatarlar. Kürt yatma (balaçıxarma yatışı) müddəti 13–19 gündür. 19 gün müddətinə tüklənir.Büzdüm və alt tərəfi ağ olan quş yalnız qaranquşdur. Bu xüsusiyyəti ilə o, qırmızı qaranquşa bənzəyir. Üst tərəfi tünd- göydür, qəhvəyisi də vardır.
Qarabaş
Qarabaş (və yaxud Qarabaşlar) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd. Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb. == Adı == Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir.1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi farslar kimi göstərilib.
Qaradam
Qaradam — dam örtüyünün formasına görə piramidal-pilləli dam örtüklü ev. Süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin bariz nümunəsidir. XVIII-XIX və XX əsrin əvvəllərində qaradam tipli yaşayış evləri yayılma arealına görə Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisini, qismən Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin əhatə etmişdir. Naxçıvan bölgəsinin qaradamları yerüstü tikilməsi ilə fərqlənirdi. Qaradamlar Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrində də mövcud olmuşdur. Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası və təyinatı haqqında bir çox mənbələrdə, Azərbaycana gəlmiş səyyahların yol qeydlərində ətaflı məlumatlara rast gəlinir. X əsrin sonlarında ərəb coğrafiyaşünası əl-Məqdisi belə evlərin Ərdəbil mahalında da mövcud olduğunu qeyd edir. XVII əsrdə Naxçıvan vilayətinin Culfa şəhərində olmuş məşhur səyahətçi J. Şarden buranın yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və mağaralardan ibarət olduğunu göstərmişdir.
Qaradağ
Qaradağ rayonu — Bakı şəhərində rayon. Qaradağ (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaradağ (Soyuqbulaq) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (Bukan) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (İcrud) — Zəncan ostanında kənd. Qaradağ (dağ) — Şahbuz rayonu ərazisində dağ. Qaradağ vilayəti — İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən tarixi bölgə.
Qaranaz
Qaranaz (İraq) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Qarandi
Qarandi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qarandi Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 13 nəfər əhali yaşayır.
Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Konte karandaşı
Konte — fransız təbaşirinin bir növü. Gil, su və rəngləyici maddədən ibarətdir. Bu tərkib hissələr preslənir və bişirilir. Aşağıdakı rəngləri vardır: sangina sepiya bistr ağ qaraKonte karandaşı kaolin (gil) və rəngləyici maddədən hazırlanmış rəngli karandaşlardan fərqlənir.
Gümandaş
Gümandaş (az.-əbcəd گۆمان‌داش‎, fars. گمان‌دشت‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 65 nəfər yaşayır (23 ailə).