Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaratorpaq
Qaratorpaq (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd. Qaratorpaq (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Qaratorpaq — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ilə Çəmbərək (Krasnoselo) rayonunun Gölkənd kəndi arasında kənd.
Qaratorpaq (Vedi)
Qaratorpaq — İrəvan qubrniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Başqa adı Xunut-Qaratorpaq. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гараторпаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 265.1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür və kənd ləğv edilmişdir.. Kəndin adı ərazisinin qaratorpaq olması ilə əlaqədardır. XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında Qaratorpaq dağı, Zəngəzur qəzasında Qaratorpaq dağı, Qazax qəzasında da Qaratorpaq çayı, Şəki qəzasında Qaratorpaq kənd adları ilə mə'naca eynidir.
Qaratorpaq (Şəki)
Qaratorpaq — Azərbaycan Respublikasının Şəki rayonunun Bolludərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Qaratorpaq qəsəbəsi Qaratorpaq kəndi hesab edilmişdir. Kəndin əhalisi 446 nəfər təşkil edir ki, onun da 236 nəfəri kişi, 210 nəfəri isə qadındır.
Qaratorpaq bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaratorpaq dağı
Qaratorpaq dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2903 m). Dərələyəz silsiləsinin suayırıcında zirvə. Günbəzvarı formadadır. Tektonik cəhətdən Ordubad sinklinoriumunun Kolanı-Remeşin tektonik blokunun şimal hissəsində yerləşib, Erkən Pliosen vulkanizminin andezit-dasit tərkibli subvulkan fasiyasının törəmələrindən təşkil olunmuşdur.
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 30 sentyabr 1977-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq (Zahid Lətif oğlu Məmmədov; 11 may 1957, Şamaxı rayonu) — şair, yazıçı və tərcüməçi. İlk şeiri 11 yaşında Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olub. 1981–1987-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Şeirləri "Ulduz", "Azərbaycan", "Ədəbiyyat və incəsənət" və digər ədəbi orqanlarda çap olunub. "Üfürülmüş çırağın ruhu", "Tək işığın haləsi" və İranın Tehran şəhərindəki "Yaşmaq" kitab evinin təşəbüsüylə "Avaz" nəşriyyatında Azərbaycan dilində çıxmış "Qürbət qaysaqları" (şeirlər) və "Kül" (nəsr) kitablarının müəllifidir. Müxtəlif illərdə nəşr olunmuş "Dərdin sarı çəpkəni", "Quşların intiharına ağlamayın" nəsr kitablarının, eləcə də, "Əlifba bayramında qətl", "Dərdin sarı çəpkəni", "Kül", "Qarğa marşrutu", "Quşların intiharına ağlamayın", "Köhnə mücrüyə elegiya", "Qiyamət Qaziləri" romanlarının və "Qaranquş səsli sevgili" povestinin müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyaları toplu halında çıxıb. Artür Rembonun şeirlər toplusu, Fransua Moriakın seçilmiş əsərləri ("Keçmiş zamanların yeniyetməsi", "Sevgi səhrası" romanları) kitabı, Nikolay Qoqolun "Şinel", Lev Tolstoyun "İvan İliçin ölümü", "İnsanı yaşadan nədir?", "Saxta kupon" kitabları, Fyodor Dostoyevskinin "Gülməli adamın yuxusu" kitabı, "Bobok", "Milad yolkasındakı oğlan" hekayələri, "Ölü evdən qeydlər" povesti, Anton Çexovun "6 nömrəli palata" kitabı və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri ("Qoca" romanı və hekayələr) kitabı, Aleksandr Soljenitsının üç cildlik "QULAQ Arxipelağı" əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri kitabı, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri kitabları nəşr olunub. Eləcə də çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət "Kişi, qadın və çətir" adlı şeirlər kitabı (Salam Sarvan və Mahir Qarayevlə müştərək), Dmitri Çistyakın "Şüşə ulduz" şeirlər kitabı (Salam Sarvanla müştərək), eləcə də Höte, Valter Skott, Ceyms Coys, Marsel Prust, Ejen İonesko, Con Steynbek, Boris Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb. Onlarla kitabın bədii və texniki redaktorudur.
Sarıtorpaq məhəlləsi (Şamaxı)
Sarıtorpaq məhəlləsi — Şamaxının böyük məhəllələrindən biri olub. Xəritədə onun ərazisi Ağsunun Qırlar kəndinə qədər gedib çıxdığı göstərilir. Bu məhəllədə ziyalılar, ədiblər yaşayıb. Torpağı sarı rəngli, qumsal torpaq olduğundan məhəllənin adı da Sarıtorpaq olub. Hazırda məhəllələrin adları rəsmən dəyişdirilsə də ancaq 20-si hələ də köhnə adı ilə adlandırılır. Türk səyyahı E. Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S. Qmelin Şapuran məhəlləsinin adını şəkir.