Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Qarbalaca
Qarbalaca — Cəlilabad rayonu ərazisində çay. Rayon ərazisindən axıb, Qızılağac körfəzi ətrafındakı meyillikdə itir. Hidronim "yeraltı qara (içməyə yara­mayan) sulardan qidalanan balaca çay" məna­sını bildirir.
Barmaqlama (seksual akt)
Barmaqlama ― adətən vulva (klitoris daxil olmaqla) və ya vaginanı cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan və ya əllərdən istifadə prosesi/ Barmaqlama insan anusunu cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan istifadəni də əhatə edə bilər. Barmaqlama təkbaşına (masturbasiya), cinsi partnyor tərəfindən və ya onunla müştərək formada edilə bilər. Cinsi partnyor tərəfindən vulva və ya vagina üzərində həyata keçirildikdə, bu, qarşılıqlı masturbasiya formasıdır.
Hidravlik parçalama üsulu
Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu. == Sağlamlığa və ekologiyaya təsiri == Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə səbəb ola bilər. Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Frekinq metodunun tətbiqi 2013-cü ildə ABŞ-nin Ohayo ştatında çoxsaylı zəlzələlərə gətirib çıxarıb.
Söndürmə və qaraltma
Söndürmə, Qaraltma (Blanking) -görüntünün displeyə verilməsi zamanı elektron şüasının bir sətirdən o birinə keçid anında siqnalın qısa müddətli söndürülməsidir. Kompüterin monitorunda elektron şüası ritmik olaraq ekran boyunca qaçaraq şəkil “çəkir”. Şüa soldan sağa və yuxarıdan aşağıya dəqiq sinxronlaşdırmış sxem üzrə hərəkət edir. Sətrin sağ ucuna çatdıqda siqnal ani olaraq sönür ki, şüa növbəti sətrin başlanğıcına qayıtsın. Bu qayıdış üfüqi qayıdış, bu yerdəyişmə zamanı siqnalın verilməsindəki ani fasilə isə üfüqi qaraltma intervalı adlanır. Anoloji olaraq, siqnal displeyin sağ aşağı küncündə elə sönür ki, elektron şüası sol yuxarı küncə qayıtsın. Mövqenin belə dəyişilməsi şaquli qayıdış, uyğun fasilə isə şaquli qaraltma intervalı adlanır. Görüntünün ekrana verilməsi zamanı elektron şüası geri dönərkən iz qoymasının qarşısının alınması üçün qaraltma zəruridir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.