Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arpadüzü
Arpadüzü (əvvəlki adı: Kolxozaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arpadüzü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kolxozaşen kəndi Arpadüzü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Arpadüzü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. == Toponimikası == 1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdirildikdən sonra kəndin adı "Arbaduz" şəklini almışdır. 1939-cu ildən Kolxozaşen (Kilxoz kəndi) adlandırılmış, 1992-ci ildə isə dəyişdirilərək Arpadüzü kimi rəsmiləşdirilmişdir. Kənd öz adını ərazidəki "arpa əkilən duz, col" mənalı eyniadlı sahədən almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.