Arpadüzü (əvvəlki adı: Kolxozaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arpadüzü kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kolxozaşen kəndi Arpadüzü kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Arpadüzü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Arpadüzü | |
---|---|
39°45′07″ şm. e. 46°57′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 871 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdirildikdən sonra kəndin adı "Arbaduz" şəklini almışdır. 1939-cu ildən Kolxozaşen (Kilxoz kəndi) adlandırılmış,[3] 1992-ci ildə isə dəyişdirilərək Arpadüzü kimi rəsmiləşdirilmişdir. Kənd öz adını ərazidəki "arpa əkilən duz, col" mənalı eyniadlı sahədən almışdır.[4]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | XXXX | XXXX | XXXX |
2009[6] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.