Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anal qaşınma
Anal qaşınma (ing. pruritus ani) — ilə birlikdə perianal nahiyədə ağrılar, qızartı, masserasiya, sulanma, yanma hissi və perianal dərinin sərtləşməsi müşahidə olunur. Bu əlamətlər cinsi orqanlara və qasıq nahiyəsinə sirayət edir.
Bayılma
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Qasımlar
Qasımlar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Bu kəndin əvvəlki adı Kilisə idi. Kəndin ərazisində qədim alban kilsələri olduğuna görə belə adlanırdı. 1992-ci ildə kəndin adı dəyişdirilib.Kənd əhalisi Əfşarların Qasımlı qoluna mənsubdur. == Yaylaqlar == Behbud bəyin Ağqayası yurd, Sudəyənqaya yurdu, Şahnəzər yurdu, Qonur yurd, Baxacaq yurd. == Bulaqlar == Pir bulaq, Cahanın bulağı, Qoluqırıq bulaq, Qaçaqların dərəsində Şırran bulaq, Fürüsün bulağı, Yarpızlı bulaq. == Məşhur yerlər == Əkinlər, Dikinyer, Kalafalı tala, Armudluq, Biçənəklər, Nəcəfölən, Gərdən, Motalyolu, Məşədi Şamil taxta qıran çüxur, Uzuntala, Cahanlıq, Bənövşəli güney, Qozludərə, Dəlikdaş, Ağqayanın üstü, Kilsənin dərəsi, Kilsə çayı, Qara qaya, Gicitkənli çüxur, Köhnə kənd yeri, Əkinlər tayı, Yaxşıyazılan daş, Çüxurlar, Pöhrəlik, Avdının dam yeri, Kərimin dəyirman yeri, Palçıqlı yurd, Başıəvəlikli, Göy qumluq. == Binələr-Qışlaqlar == Sədrin binəsi.
Qasımlı
== Kəndlər == === Azərbaycanda === Qasımlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. === Gürcüstanda === Qasımlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qasırğa
Qasırğa — isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100–150 km-ə qədər çıxa bilən çox şiddətli küləklər. Zəlzələdən sonra ikinci yerdədir. == Küləklər Necə Yaranır? == Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir. Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və "nizamlamalar" sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi. Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir.
Qasım
Qasım — kişi adı. Qasım Qasımov Qasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı) Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Adil Qasımlı
Qasımlı Adil Möhsün oğlu (12 mart 1938, Naxçıvan) — şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü(1978), SSRİ Jurnalistlər İttifaqının üzvü(1986), Əməkdar İncəsənət Xadimi (1989). == Həyatı == Adil Qasımlı 12 mart 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri 2№-li orta məktəbi bitirib, Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində və Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır. Əsərləri və ərsəyə gətirdiyi televiziya verilişləri ilə milli ideyaların yayılmasına xidmət etməklə bərabər, müstəqillik uğrunda başlayan Azərbaycan Milli-Azadlıq Hərəkatında (1988–1991) aktiv mübarizə aparmışdır. == Yaradıcılığı == Gənclik dövrü sənət adamları üçün böyük sıçrayış və inkişaf dövrü kimi səciyyələnən ötən əsrin 60-cı illərinə təsadüf edən, yeni ruhlu şeirləri ilə görkəmli qələm ustalarının diqqətini özünə çəkən, ustad şair Adil Qasımlı müasir poeziyamızda əsərlərinin bədii-fəlsəfi yükü və özünün orijinal deyim tərzi ilə seçilib. Hələ sovet dönəmində "Azərbaycan", "Ulduz" kimi populyar bədii jurnallarda, "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Bakı" və "Baku" , "Sovet Naxçıvanı", "Şərq qapısı", "Ağrıdağ", "Güney" kimi qəzetlərdə mütəmadi olaraq şeir, rəy, ədəbi-tənqidi və publisistik əsərləri müntəzəm olaraq dərc edilmişdir. "Oqni nad Araksom" ("Огни над Араксом"), Ukraynada nəşr olunan "Bakinski voqni" ("Бакинсъкi вогнi"), Türkiyədə çap edilən "Nəqş-i Cahan Naxçıvan" ("Nakş-ı Cihan Nahçıvan"), "Sabir poeziya günləri", "Araz", "Araz nəğmələri", və müəllifin şeirindən adını almış "Qoy tanısın dünya səni" ədəbi almanaxlarına şairin bir çox şeirləri daxil edilmişdir."Əllər" şeiri Azərbaycan poeziyasından seçmələr—"Ən yaxşı 101 şeir" kitabına daxil edilmişdir. "Pıçıltılar", "Biz görüşəndə", "Dağlar, qalalar, babalar", "Qaranquş ömrü", "Sənə dönərəm", "Salam, sevgi" kitabları çap olunmuşdur.
Aslan Qasımlı
Aslan Qasımlı Murtuz oğlu (Aslan Kənan. d.1952 Bakı, Azərbaycan) — == Həyatı == 1952-ci ildə Bakıda anadan olub. == Təhsili == 1969-cг ildə Bakıda 240 nömrəli orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1983-cü ildə AEA-nın Ədəbiyyat institutunun dissertantı olub. 1986-cı ildə elmi işini birtirib. 1991-ci ilin iyun ayından Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi işçi, şöbə müdiri və director müavini vəzifələrində işləyib. == Əmək əaliyyəti == 1973–1975-ci illərdə təyinatı üzrə Neftçala rayonu Qaçaqkənd kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1975–1976-cı illərdə ordu sıralarında xidmət edib. Ordu sıralarından tərxis olandan sonra maarif sahəsində işini davam etdirib.
Aydın Qasımlı
Aydın Qasımlı (Mədətoğlu) — türkoloq, filologiya elmləri namizədi, dosent. == Həyatı == 1946-cı ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, elə həmin il Şərqşünaslıq fakültəsinin Elmi Şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunun (indiki M. Füzuli Adına Əlyazmalar İnstitutu) əyani aspiranturasına müsabiqə yolu ilə daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edərək "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır. 1980-ci ilə qədər Əlyazmalar Fondunda baş elmi işçi vəzifəsində çalışmış, 1980-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili müəllimi seçilmiş, 1993-cü ilə qədər orada əvvəl müəllim, sonra isə baş müəllim və dosent kimi "Azərbaycan ədəbi dili tarixi" və "Müasir Azərbaycan dili" fənlərindən dərs demişdir. 1993-cü ildə özü tərəfindən saxta hesab olunan ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilmiş, Avropa Şurası tərəfindən siyasi məhbus statusu aldıqdan sonra 2002-ci ildə dövlət başçısının əfv fərmanı ilə vaxtından əvvəl (8 il yarımdan sonra) azadlığa buraxılmışdır. Həbsdən sonra çoxsaylı şifahi müraciətlərinə baxmayaraq heç bir yerdə işlə təmin olunmamışdır. == Elmi və publisistik yaradıcılığı == Türk tarixi və mədəniyyəti, həmçinin fəlsəfi və milli-ideoloji mövzularda dəyərli əsərləri var və öz tədqiqatlarını davam etdirir. Yüzlərlə elmi, elmi-metodiki və publisistik məqalənin və 7 kitabın müəllifidir. 2006-cı ildən "Türküstan qəzeti"nin daimi yazarıdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur.
Azər Qasımlı
Azər Qasımlı (siyasətçi)
Gülnar Qasımlı
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Qasımlar (Kəlbəcər)
Qasımlar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Bu kəndin əvvəlki adı Kilisə idi. Kəndin ərazisində qədim alban kilsələri olduğuna görə belə adlanırdı. 1992-ci ildə kəndin adı dəyişdirilib.Kənd əhalisi Əfşarların Qasımlı qoluna mənsubdur. == Yaylaqlar == Behbud bəyin Ağqayası yurd, Sudəyənqaya yurdu, Şahnəzər yurdu, Qonur yurd, Baxacaq yurd. == Bulaqlar == Pir bulaq, Cahanın bulağı, Qoluqırıq bulaq, Qaçaqların dərəsində Şırran bulaq, Fürüsün bulağı, Yarpızlı bulaq. == Məşhur yerlər == Əkinlər, Dikinyer, Kalafalı tala, Armudluq, Biçənəklər, Nəcəfölən, Gərdən, Motalyolu, Məşədi Şamil taxta qıran çüxur, Uzuntala, Cahanlıq, Bənövşəli güney, Qozludərə, Dəlikdaş, Ağqayanın üstü, Kilsənin dərəsi, Kilsə çayı, Qara qaya, Gicitkənli çüxur, Köhnə kənd yeri, Əkinlər tayı, Yaxşıyazılan daş, Çüxurlar, Pöhrəlik, Avdının dam yeri, Kərimin dəyirman yeri, Palçıqlı yurd, Başıəvəlikli, Göy qumluq. == Binələr-Qışlaqlar == Sədrin binəsi.
Qasımlı (Ağdam)
Qasımlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qasımlı (Gədəbəy)
Qasımlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qasımlı oyk., sadə. Ağdam r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayından 2 km. aralı* dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi 1820-ci ildə Cənubi Azərbaycandan köçüb gəlmiş qasımlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır; Gədəbəy r-nunun İnəkboğan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Hacıqasımlıdır. Yaşayış məntəqəsini təqribən XIX əsrdə Çobankərə (indiki Ermənistan ərazisində) kəndindən gəlmiş Hacı Qasım adlı şəxs saldığma görə belə adlanmışdır; Masallı r-nunun Yeddioymaq i.ə.v.-də kənd. Kəndin Qasımlı adlanması, Qasımın bu kəndə gəlişi ilə bağlıdır.
Qasımlı (Marneuli)
Qasımlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci il yanvar tarixinə olan məlumata görə 2921 nəfər 2014-cü ilin məlumatına görə isə kənddə yaşayanların sayı 2299 nəfərdir (1162 kişi,1137 qadın). === Tanınmış sakinləri === Bürcəli Əsgərov — Azərbaycan aktyoru, Azərbaycan Respublikası əməkdar artisti.
Qasımlı (Masallı)
Qasımlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin Qasımlı adlanması, Səfəvi soyundan olan – Qasım Mirzə Toğrul oğlunun bu kəndə gəlişi ilə əlaqədardır. Əldə etdiyimiz Şəcərnamədən və arxiv sənədlərdən məlum olur ki, Qasım Mirzə Toğrul oğlu 1702-ci ildə Ərdəbildə anadan olmuşdur. Qasım Mirzə Toğrul oğlunun qardaşının adı – Tağı Mirzə Toğrul oğlu (1709-1766), əmisinin adı isə Hüseyn Hacı İsmayıl Mirzə oğlu (1681-1765) olmuşdur. Yazılı Mənbələrə və şifahi dildən-dilə keçən məlumatlara görə Qasımlı kəndinin ərazi vahidi kimi tanınması Qasımın bu əraziyə gəldikdən sonra, elmi-dini mədrəsə yaratması olmuşdur. == Tarixi == Xorasan mənbələrinə əsasən demək olar ki, Səfəvilər dövləti süquta yetdikdən sonra yaranmış Əfşarlar dövlətinin banisi – Nadir şah Cavad kəndinin yaxınlığında tacqoyma mərasimindən sonra Səfəvilər nəslindən olanların yenidən hakimiyyətə gəlmələrindən narahat olaraq onlara divan tutmaq qərarına gəlir. Nadir şah – Aslan Mirzənin nəslindən olanların yaşamasından xəbər tutaraq, 1742-ci ilin sonlarında onları öldürmək üçün sui-qəsd hazırlatdırır. Sui-qəsdin olacağını anlayan Hüseyn, böyük qardaşının övladlarını nökərləri ilə birgə Talış xanının yanına yola salıb özü bir gün sonra üç oğlu ilə onların arxasınca Talış mahalına getmək üçün yola düşür. Yolda sui-qəsdçilərlə rastlaşır. Sui-qəsd nəticəsində Hüseyn sol qolundan yaralansa da qaça bilir.
Qasımlı (Sarvan)
Qasımlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci il yanvar tarixinə olan məlumata görə 2921 nəfər 2014-cü ilin məlumatına görə isə kənddə yaşayanların sayı 2299 nəfərdir (1162 kişi,1137 qadın). === Tanınmış sakinləri === Bürcəli Əsgərov — Azərbaycan aktyoru, Azərbaycan Respublikası əməkdar artisti.
Qasırğa (povest)
Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir. == Məzmun == Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu. İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi.
Sidik qaçırma
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. == Növləri == Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) == Diaqnostika == Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar == Müalicə == Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. == Qaynaqlar == == Xarici keçidlər == Enurez nədir?
Anal dəlik ətrafında qaşınma
Anal qaşınma (ing. pruritus ani) — ilə birlikdə perianal nahiyədə ağrılar, qızartı, masserasiya, sulanma, yanma hissi və perianal dərinin sərtləşməsi müşahidə olunur. Bu əlamətlər cinsi orqanlara və qasıq nahiyəsinə sirayət edir.
Mirhəmid Qasımlı
Qasımlı Mir Həmid Nazim oğlu (29 sentyabr 1994, Bakı – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mir Həmid Qasımlı 29 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə 240 nömrəli orta məktəbi bitirib. == Hərbi xidməti == Mir Həmid Qasımlı 2017-2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Mir Həmid Qasımlı 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qatılıb Sentyabr ayın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Cəbrayıl və Füzuli - Xocavənd rayonları istiqamətində döyüşmüşdür. Mir Həmid Qasımlı 2020-ci il oktyabrın 21-də Füzuli uğrunda döyüşlər zamanı şəhid olub. Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mir Həmid Qasımlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə , "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Musa Qasımlı
Qasımlı Musa Cəfər oğlu (28 oktyabr 1957, Hamarkənd, Yardımlı rayonu) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor (1992), Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru (2016), AMEA-nın müxbir üzvü (2017),Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı. == Həyatı == Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Yardımlı rayonunda işləmişdir. 1982–1985-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil almışdır. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-cı ildə namizədlik, ardınca doktorluq dərəcəsini müdafiə edərək tarix elmləri doktoru olmuşdur. 1986–1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. 1992–1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləmişdir.
Muxtar Qasımlı
Muxtar Əli oğlu Qasımlı (23 fevral 1993, Bakı – 2 oktyabr 2020, Füzuli rayonu) — Fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür. Subay idi == Uğurları == Fitnes üzrə Azərbaycan çempionatı — 2019 == Hərbi xidməti == Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılır.
Qasımlı (Urmiya)
Qasımlı (fars. مبارك اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 447 nəfər yaşayır (93 ailə).
Qaçılmaz xəta
Qaçılmaz xəta (ing. fatal error) – tətbiqi proqramın, yaxud bütöv sistemin işini davam etdirməyə imkan verməyən aparat, sistem və ya tətbiqi proqram xətası; çox zaman verilənlərin, tranzaksiyaların, faylların və s. itməsi kimi xoşagəlməz nəticələrə səbəb olur. Təəssüf ki, adi istifadəçinin qaçılmaz xətalarla mübarizə yolları çox azdır: komputeri yenidən yükləmək, tətbiqi proqramı və ya əməliyyat sistemini yenidən quraşdırmaq, proqram təminatını yeniləmək,hansı hallarda qaçılmaz xətanın meydana çıxması ilə bağlı statistikanı toplamaq və müşayiət xidmətinə müraciət etmək və s..
Qaçınma zonası
Qaçınma zonası səmanın Bizim Qalaktika tərəfindən gizlənmiş hissəsidir. Qaçınma zonası Süd yolunun Qalaktika mütəvisindən hər iki tərəfdə təxminən 10°-dir. 1878-ci ildə İngilis astronomu Riçard Proktor öz məqaləsində Con Hersşelin Dumanlıqların Ümumi Kataloqundakı "dumanlıq" ifadəsinə əsaslanaraq Qaçınma zonasını Bir neçə Dumanlığın Zonası olaraq qeyd etmişdi. == Arxa fon == Yerdən müşahidə zamanı Süd Yolunun müstəvisindəki( qalaktika müstəvisi) sönən rəqslər, kosmik toz və ulduzlar vizual oblastda ekstraqalaktik səmanın təxminən 20%-inin görünməsinə mane olur. Nəticədə optik qalaktik kataloqlar adətən qalaktika müstəvisi ətrafında əskikdir. == Müasir inkişaflar == Son illərdə bir çox layihələr Qaçınma zonasının yaratdığı bilik boşluğunu doldurmağa yönəlmişdir. Qalaktikamızdakı qaz və toz optik dalğa uzunluğunda udulmaya səbəb olur və buda ön plandakı ulduzların arxa fondakı qalaktikalarla qarışdırılmasına gətirib çıxarır. Eyni zamanda, dalğaların sönməsi effekti infraqırmızı oblast kimi uzun dalğa uzunluqlarında xarakterikdir və Süd yolu radiodalğa oblastında effektiv şəkildə şəffafdır. İRAS və 2MASS kimi infraqırmızı oblastda müşahidlər ekstraqalaktik səmanın daha tam təsvirini verdi. İki böyük qonşu qalaktikada Maffei 1 və Maffei 2 qalaktikalarında Qaçınma zonası Paolo Maffei tərəfindən 1968-ci ildə infraqırmızı oblasta müşahidələr zamanı aşkar edilmişdir.
Rəşad Qasımlı
Rəşad Qasımlı (31 dekabr 1991, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Rəşad Qasımlı 1991-ci il 31 dekabr tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. HHQ qüvvələrinin N saylı aviasiya bazasında təyyarəçi vəzifəsində xidmətinə davam edir. Vətən müharibəsi zamanı SU-25 tipli hücum təyyarəsində döyüş uçuşları icra edərək, düşmənə məxsus canlı qüvvəni və texnikanı məhv etməklə Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Suqovuşan, Kəlbəcər kimi yaşayış məntəqələrinin azad edilməsində əməyi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Yaşılca
Yaşılca (lat. Callophrys) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Aşınma
Asila
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Kiko Kasilla
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Kiko Kasilya
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Simsiz qoşulma
Simsiz şəbəkə (azərb. wireless network‎) — şəbəkə qovşaqları arasında simsiz məlumat bağlantılarından istifadə edən kompüter şəbəkəsi. Simsiz şəbəkə evlərə, telekommunikasiya şəbəkələrinə və biznes qurğularına kabellərin binaya daxil edilməsi kimi bahalı proseslərdən yayınmağa imkan verir. Bu, həmçinin müxtəlif avadanlıq yerləri arasında əlaqə kimi xidmət edir. Admin telekommunikasiya şəbəkələri ümumiyyətlə radio rabitəsindən istifadə etməklə həyata keçirilir və idarə olunur. Bu icra OSI model şəbəkə strukturunun fiziki səviyyəsində (qatında) baş verir. == Simsiz kommunikasiyanın tarixi inkişafı == Bu inkişaf çox uzun mərhələləridir. Bir neçə əsas kəşfləri sadalayaq: 1807 – Fransız riyaziyyatçısı J. B. J. Furye Furye teoremini yaratdı 1847 – Alman psixoloqu və fiziki Hermann Ludwig Ferdinand von Helmholtz elektrik rəqsi ideasını irəli sürdü. 1857 – Feddersen 1847-ci ildə Helmholtz-un irəli sürdüyü dövrənin elektrik rezonansı tezliyini ekperimental olaraq təsdiqlədi 1864 – Şotlandiyalı riyaziyyatçı və fizik Maksvel İşığın nəzəriyyəsi və elektromaqnit sahəsinin ümumi tənliklərini inkişaf etdirmişdi. O bu haqda 20 tənlik yaratmışdı.