Qasımlar (Kəlbəcər)

QasımlarAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Qasımlar
40°08′ şm. e. 46°06′ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Qasımlar xəritədə
Qasımlar
Qasımlar

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Bu kəndin əvvəlki adı Kilisə idi. Kəndin ərazisində qədim alban kilsələri olduğuna görə belə adlanırdı. 1992-ci ildə kəndin adı dəyişdirilib.Kənd əhalisi Əfşarların Qasımlı qoluna mənsubdur.[2]

Behbud bəyin Ağqayası yurd, Sudəyənqaya yurdu, Şahnəzər yurdu, Qonur yurd, Baxacaq yurd.

Pir bulaq, Cahanın bulağı, Qoluqırıq bulaq, Qaçaqların dərəsində Şırran bulaq, Fürüsün bulağı, Yarpızlı bulaq.

Məşhur yerlər

[redaktə | mənbəni redaktə et]

Əkinlər, Dikinyer, Kalafalı tala, Armudluq, Biçənəklər, Nəcəfölən, Gərdən, Motalyolu, Məşədi Şamil taxta qıran çüxur, Uzuntala, Cahanlıq, Bənövşəli güney, Qozludərə, Dəlikdaş, Ağqayanın üstü, Kilsənin dərəsi, Kilsə çayı, Qara qaya, Gicitkənli çüxur, Köhnə kənd yeri, Əkinlər tayı, Yaxşıyazılan daş, Çüxurlar, Pöhrəlik, Avdının dam yeri, Kərimin dəyirman yeri, Palçıqlı yurd, Başıəvəlikli, Göy qumluq.[2]

Binələr-Qışlaqlar

[redaktə | mənbəni redaktə et]

Sədrin binəsi.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. 1 2 3 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.