Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təzəkənd-i Qatırçı (Urmiya)
Təzəkənd-i Qatırçı (fars. ‎‎تازه كندقاطرچي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (78 ailə).
Bağırçı
Bağırçı (qaq. Baurçu) Moldovanın Qaqauziya muxtariyətində Bələdiyyə və kənddir, Çadır şəhərindən 12 kilometr (7.5 mil) qərbdə yerləşir. Göy Oğuz Yerinin üçüncü ən böyük kəndidir. 2004 ildə Bağırçıda 8,783 nəfər yaşayırdı.
Naxırçı
Naxırçı (latınca, Bootes) — Göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu Arkturdur. Azərbaycandan görünür.
Qanırğı
Qanırğı — mismar çıxartmaq, bərk yeri qırmaq, qanırmaq üçün dəmir əl aləti. Millət içində "montirovka" kimi tanınır.
Şatırlı
Şatırlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Şatırlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. == Qatır nəqliyyat vasitəsi kimi == Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Camal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Cəmal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Naxırçı (bürc)
Naxırçı (latınca, Bootes) — Göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu Arkturdur. Azərbaycandan görünür.
Qaşıqçı (Məlikan)
Qaşıqçı (fars. قاشقچي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (99 ailə).
Qaşıqçı almazı
Qaşıqçı almazı — 86 karat çəkiyə malik və ətrafdan iki sıra 49 ədəd brilyantla bəzədilmiş dünyanın ən məşhur 22 almazından biri. Hazırda Topqapı sarayı muzeyində sərgilənir. Topqapı muzeyindəki bu almaza niyə "Qaşıqçı almazı" deyildiyi haqda bir neçə rəvayət vardır. Bunlardan ən ağla batanı brilayntın quruluşunun oval olması və qaşığa bənzəməsidir. Almazın Osmanlı Sarayına necə gəlməsini bir neçə rəvayətlə bağlayırlar. Əfsanəyə görə 1774-cü ildə Pijo adlı bir fransız hərbçisi, bu almazı Hindistanın Mədrəs Mihracesinden pulla alaraq Fransaya aparmışdır. Burada satışa çıxarılan almazı Napoleon Bonapartın anası alır ve uzun illər paltarının sinəsində gəzdirir. Lakin Napoleon sürgünə göndərildiyi zaman oğlunu xilas edə bilmək üçün almazı məcburən satır. Həmin vaxt Fransada olan Təpədələnli Əli Paşanın adamlarından biri paşanın adından 150 min qızıl pula almazı alır və paşaya gətirir. Sultan II Mahmudun dövründə Təpədələnli Əli Paşa dövlətə qarşı çıxdığı üçün öldürülür və paşanın bütün əmlakı müsadirə olunaraq Osmanlı xəzinəsinə göndərilir.
Şatırlı (Bərdə)
Şatırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Şatırlı (Cəlilabad)
Şatırlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Şatırlı oyk, sadə. Bərdə r-nunun eyniadlı i.ə.v.-də kənd, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə el arasında Şatır ləqəbi ilə tanınan şəxs və onun övladları salmışlar. Şatır sözü “çörəkbişirən, çörəkçi” kimi izah edilir. Rəvayətə görə isə, həmin şəxsin dizinin kündəsi (oynaq sümüyü) olmadığından ona bu ləqəb verilmişdir. Şatı- rın qəbri hazırda Şatır ocağı adı ilə tanınır və yerli dindar müsəlman əhalisinin sitayiş yerlərindəndir; Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi qədim dövrlərdə salınmışdır.
Şatırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Avtomobil qatarı
Başqırdıstan qatarı
«Başqırdıstan» — keçmiş sürətli sərnişin qatarı (№ 039/040). Rusiya dəmir yollarına məxsus olan qatar, gün aşırı olaraq fəaliyyət göstərirdi. Ufa-Moskva-Ufa xətti ilə hərəkət edirdi. Qatarın yolda olma müddəti 26 saat idi. Xəttin nömrəsi 9/40-dır. Məsafə isə 1567 km-dir. 40 il öncə təsis edilmişdir. 1965-ci ildə «Başkiriya» adı ilə fəaliyyət göstərirdi. 1993-cü ildə isə adı «Başqırdıstan» olaraq dəyişdirilmişdir. İlk əvvəllər maşrut Ulyanovskdan keçirdi.
Elektrik qatarı
Elektrik qatarı — şəhərlərdə yol üstündə döşənmiş xüsusi relslərdə hərəkət edən sərnişin nəqliyyat vasitəsidir.
Qapıçı (futbol)
Qapıçı və ya Qolkiper (ing. Goalkeeper sözündən; Goal – qapı, keeper – tutan) — futbolda müdafiənin ən arxasında dayanan və ilk vəzifəsi topun qapıya girməsinin qarşısını almaq olan futbolçu. Qapıçılar, əksəriyyətlə GK qısaltması ilə göstərilir. Azərbaycanca qısaltması QK-dir. Qapıçılar çox vaxt 1 nömrəsini daşıyırlar.Dünyada bir çox məşhur qapıçı var.Qapıçılar bəzən kapitan da olurlar.
Sürət qatarı
Sürət qatarı — köhnə sistemli relslərdə sürət həddi 200-250 km/s (bəzı Avropa ölkələrində 190-250 km/s), təzə sistemli relslərdə isə 250 km/s və daha yüksək olan qatar. == Şəkillər == == Xarici keçidlər == Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?
Sursat qatarı
Sursat qatarı — XIX və XX əsr müharibələrində orduların elementi. Onlar hər bir diviziyanın artilleriya və piyada döyüş sursatlarının sursat doldurma məntəqəsindən döyüş sahəsinə daşınmasına cavabdeh idilər. Qatar burada hərfi mənada qatar ola bilərdi, lakin əksər hallarda deyildi və "karvan" mənasında işlədilirdi. Dövrdən asılı olaraq, onun daşınması atlı vaqon və ya motorlu nəqliyyat vasitələri olmuş, və rolları yerinə yetirmək üçün lazımi işçi heyəti və avadanlıqlar təyin edilmişdir.Onların ənənəvi qabiliyyəti müasir döyüşlərdə böyük ölçüdə əvəz edilmişdir. Birləşmiş Ştatlar Hərbi Qüvvələrində hər bir döyüş diviziyasının öz sahə artilleriya briqadasına təyin edilmiş sursat qatarı olmalı idi.
Qadirli
Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Qayıqçı Qul Mustafa
Qayıqçı Qul Mustafa (türk. Kayıkçı Kul Mustafa; 1580, Aydın – 1658, Konstantinopol) — Türkiyə xalq ədəbiyyatının bəktaşi qolunun xalq ozanı. Ozanın doğum və vəfat tarixləri haqqında dəqiq məlumat olmamasına baxmayaraq, onun XVII əsrdə yaşadığı müəyyən edilmişdir. Bəzi mənbələrə görə, o, 1658-ci ildə vəfat etmişdir, lakin bu iddianın əksinə olaraq onun 1659-cu ildən sonra vəfat etdiyini irəli sürən araşdırmalar da mövcuddur. Ədəbiyyatçı Əhməd Kabaklı Qayıqçı Qul Mustafanın 1646-cı ildən sonra vəfat etdiyini iddia etmişdir. == Həyatı == Qayıqçı Qul Mustafanın harada anadan olduğu haqqında kifayət qədər məlumat yoxdur. Buna baxmayaraq, Osman Şövqi Uludağın Aydın vilayəti ətrafında tərtib etdiyi "Gənc Osman" türküsündə mövcud olan "bencileyin, sencileyin" kimi arxaik sözlərin Nazillidə hələ də işlədilməsi, ozanın ilk növbədə bir dənizçi olması və Aydın bəyliyi dənizçilik ənənəsi ilə tanınmış olması Qayıqçı Qul Mustafanın Aydın–Nazilli ətrafında doğulması ehtimalını gücləndirmişdir. Bundan əlavə, incəsənətdə böyük təsir bağışladığı Aşıq Ömərin əslən Aydından olması ilə bağlı iddialar da bu arqumenti əhəmiyyətli bir məlumat halına gətirir. Ədəbiyyat tarixçilərinin əksəriyyəti "Gənc Osman" dastanının Qayıqçı Qul Mustafanın ən mühüm əsəri olması ilə həmfikirdir. "Gənc Osman" dastanı əvvəlcə şeir olsa da, ictimaiyyət tərəfindən anonimləşdirilərək onun türkü və dastan variantları ortaya çıxmışdır.
Qatır Məmməd
Qatır Məmməd (Məmməd Əli oğlu Məmmədov; 1887, Goranboy, Yelizavetpol qəzası – 18 sentyabr 1919) — Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin başçısı. 1918-1919-cu illərdə Yelizavetpol quberniyasıda kəndli qiyamının lideri. Müxtəlif tarixi dövrlərdə Qatır Məmmədin hərəkətinə münasibət göstəricilərindən fərqlənirdi. O illərdə rəsmi hesabatlarda o, soyğunçuluq hesab edilmişdir; Sovet dövründə ədəbiyyatda Qatır Məmməd milli qəhrəman adlandırıldı və onun adı əfsanəvi oldu. Tarixçi E. İsmayılovun fikrincə, o, hər hansı bir nüfuza qarşı çıxan yeganə güləşçi idi. == Həyatı == Adam öldürdüyü üçün sürgün olunmuş, ancaq qaçaraq bolşeviklər ilə dostlaşmışdır. Yenidən həbs olunaraq sürgün olunmuş, 1917-ci il Rusiya inqilabından sonra geri dönmüş və öz dəstəsi ilə ADR müsavat hökumətinə qarşı mübarizə aparmışdır. Hərbi nazir Fətəli xan Xoyskinin başçılıq etdiyi dəstəyə ağır zərbə endirmiş, bölgədə varlıların malikənələrini viran qoyub, dəmir yol hərəkətini pozmuşdur. Qatır Məmməd ölkənin paytaxtı ilə qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarmış, Bakı-Gəncə dəmiryolunu partlatmışdır. Müsavat qoşunu tərəfindən mühasirəyə alınaraq öldürülmüşdür (Teymur bəy Mirzə Hacı bəy oğlu tərəfindən).
Bakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı — Bakı şəhəri ilə Sumqayıt şəhərini birləşdirən, Bakı şəhərində və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişində və şəhərdaxili hərəkətində mühüm əhəmiyyət kəsb edən marşrut xətti olan Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu üzrə hərəkət edən nəqliyyat vasitəsi. == Tarixi == Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyətdə olmuşdur. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmağa başlamışdır. Həmin vaxta qədər isə bu sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılmışdır. === Açılış mərasimi === Bakı-Sumqayıt qatarının fəaliyyəti ölkə başçısının diqqət mərkəzində olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 iyun 2015-ci ildə Bakıya gətirilən yeni elektrik qatarı ilə və Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda həyata keçirilən yenidənqurma işləri ilə tanış olmuş, 12 sentyabr 2015-ci ildə isə Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edərək qatarın yola salınmasını bildirən rəmzi lenti kəsmiş və zəngi vurmuşdur. == Qatarlar == Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə tutulmuşdur.Bakı-Sumqayıt marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün 2015-ci ildə İsveçrənin "Stadler Rail Group" şirkətinin "EŞ2" markalı sürətli elektrik qatarları istismara verilmişdir. Həmin şirkətin "Stadler Minsk" zavodunda istehsal olunmuş "KISS" markalı elektrik qatarlarının hər birində 4 vaqon var. İki mərtəbədən ibarət olan bu qatarların hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. Qatarların 1 vaqonu biznes-sinfə aiddir ki, onun da 84 oturacağı var.
Qayıqçı evi (Petropavlovsk qalası)
Qayıqçı evi (rus. Ботный дом) - Rusiyanın Sankt-Peterburq şəhərində, Petropavlovsk qalası daxilində, Pyotr və Pavel kafedralı yaxınlığında yerləşən Müqəddəs Nikolay adlı I Pyotr botikinin saxlandığı yer. == Tarixi == Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700-1721-ci illərdə baş vermiş Şimal müharibəsi (1700-1721)Şimal müharibəsi bitdikdən sonra imperator I Pyotr öz botikini (yəni qayığını) Moskvadan Sankt-Peterburqa gətirməyi qərara alır. 1723-cü ildə botik təntənəli şəkildə paytaxta daxil olur. Əvvəlcə onun üçün qalada kiçik sipər tikilir. 1761-ci ildə "Rus donanmasının babası" adlanan Pyotrun qayığı Pyotr və Pavel zəng qülləsinin yaxınlığında memar A.F. Vist tərəfindən inşa edilən və Qayıqçı evi adı ilə tanınan kiçik pavilyona köçürülmüşdür. Memar açılan qapıların ölçüsünü düzgün hesablamadığından, inşaatçılar qayığı otağa yerləşdirmək üçün qapı və divarları sökməyə məcbur olmuşdular. Evin memarlığında dekorativ barokko üslubundan ciddi klassisizmə keçid öz əksini tapmışdır. Binanın sadə fasadı və bəzəksiz portikləri mürəkkəb formalı tağlı dam və hündür pəncərələrlə birlikdə harmoniya təşkil edir. Damın üzərinə Naviqasiya tanrısının alleqorik heykəli quraşdırılmışdır (1891-ci il, heykəltaraş David Yensen).
Qadirli (Meşkinşəhr)
Qadirli (fars. قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (27 ailə).
Rəcəb Baxırcı
Qatır Məmməd (komandir)
Yaqub Ələsgər oğlu Rzayev — Birinci Qarabağ müharibəsi iştirakçısı. "Qarabağ şahinləri" batalyonunun komandiri. Qatır Məmməd və Ala Yaqub ləqəbləri ilə də tanınıb.Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atasıdır. == Həyatı == Yaqub Ələsgər oğlu Rzayev 4 oktyabr 1944-cü ildə Ağdam rayonu Xıdırlı sovetliyinin Çuxurməhlə kəndində anadan olmuşdur. Orta təhsilini Əhmədavar kənd orta məktəbində almışdır. Sənətkar idi, qəbir daşları yonmaqla ailəsini dolandırırdı. Evli idi, iki oğlu və iki qızı var idi. Yaqub Rzayev 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatına ilk qoşulanlardandır. Artıq 1991-ci ildə Qarabağda müharibənin labüd olduğunu hamı başa düşürdü. Yaqub özü kimi qeyrətli, vətənsevər oğulları başına yığaraq iki oğlu ilə bərabər 1991-ci ilin yazında Ağdamda ilk döyüşən dəstələrdən birini "Qarabag şahinlərini" yaradaraq ona başçılıq elədi.
Alp satiri
Amasiya satiri
Amasiya satiri — Kəpənək növlərindən biridir, marigold ailəsinə aiddir. == Latın adı etimologiyası == Amasinus (toponimik) — Amasya — Türkiyədə yerləşib. == Alan == Bu sahə Kiçik Asiyadan Orta Şərqə, Qafqaz, Dağıstan, Azərbaycan və Türkiyə daxil olmaqla Transkafkasiyaya qədər uzanır.Şərqi Avropaada bu dağətəyi və dağlıq Dağıstanda yerləşir: Sarykum barxanı, Talqa dərəsi, Chonkatau sırtı, s. Kaka-Şura, qonşuluq kəndləri Ahty. Kəpənəklər dəniz səviyyəsindən 200–2000 m yüksəkliklərdə yüksəkliklərdə və daşqın ağacları ilə yaxşı istılanilen dağlıq çöllərdə yaşayır. == Biologiya == Bir il ərzində bir nəsil inkişaf edir. Uçuş vaxtı iyun ayının əvvəlindən Avqustun birinci gününə qədər davam edir. Eyni zamanda, kəpənəklər geniş yayılmış qanadları ilə titrəyirlər ki, bu da onların çox yavaş-yavaş uçmasına imkan verir. Kəpənəklər sığınacaqdakı müxtəlif çiçəklərin nektarı ilə bəslənirlər.
Tank qatili
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.