Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaynama
Qaynama — mayenin bütün həcmində buxar əmələgəlmə hadisəsi. Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici təzyiqdən asılıdır. Məsələn, su 1 atmosfer təzyiqində 100°C-də qaynadığı halda 15,5 amosfer təzyiqdə 200°C-də qaynayır. Xarici təzyiq sabit olduqda qaynama zamanı mayenin temperaturu dəyişmir və ona verilən istilik miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. Həmin təzyiq artdıqca qaynama temperaturu da artır (əksi də doğrudur) və onun ən böyük qiyməti böhran temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan yuxarı temperaturlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir. Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni tərpətdikdə və ya ona başqa qatışıqlar əlavə etdikdə qaynama dərhal başlayır.
Qaynama nöqtəsi
Qaynama nöqtəsi — buxar təzyiqi xarici təzyiqə bərabər olduqda mayenin əldə etdiyi temperaturudur. Yüksək buxar təzyiqi olan mayelər uçucudur və aşağı qaynama nöqtələrinə malikdir. Yüksək qaynama nöqtələri olan mayelərin, vakuum prosesi ilə buxar təzyiqini artıraraq otaq temperaturunda qaynadılması mümkündür.
Qaynarca
Qaynarca (Sayınqala) Qaynarca (Tikantəpə) Qaynarca (Meşkinşəhr) ‎Qaynarca (Xudabəndə) Aşağı Qaynarca (Çaroymaq) Yuxarı Qaynarca (Çaroymaq)TəxəllüslərOqtay QaynarcaDigərKiçik Qaynarca sülhü Qaynarca — Dəvəçi rayonu ərazisində palçıq vulkanı. Qaynarca — Mingəçevirdə, Kür çayı ilə Yevlax-Şəki avtomobil yolu arasında algaq dağ silsiləsinin bir hissəsinin adı. Qaynarca — Xızı rayonu ərazisində şirinsulu, axarlı kiçik göl.
Qaytarma
Potentilla və ya qaytarma - bitki cinsi.
Çaxnaşma
Çaxnaşma, bir affekt növü, doğru ya da yalan təhlükə ilə birgə gələn dəhşət duyğusudru. Çaxnaşmaya düşdüyü zaman insan keçirdiyi böyük qorxu nəticəsində özünü düşüncəli kontrol edə bilmir.
Qanaxma
Qanaxma — hər hansı travma zamanı qan damarlarının zədələnməsidir. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. == Qanaxmanın növləri == Arterial Venoz Kapilyar === Kapilyar qanaxmalar === Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür. === Venoz qanaxmalar === Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır. Əlamətlər: Qan yaradan sakit axır. Qan tünd-qırmızı rəngli olur. Kapilyar qanaxmada yara qan verir və axan qan tez laxtalaşır.
Ağ qaytarma
Ağ qaytarma (lat. Potentilla alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Düzqalxan qaytarma
Düzqalxan qaytarma (lat. Potentilla erecta) - qaytarma cinsinə aid bitki növü.Potentilla erecta (L.) Raeuschel (=Potentilla tormentilla Stokes) - Düzqalxan qaytarma (Dikduran qaytarma, meşə qaytarması, bağlama kök, sarınma, ensiz qaytarma, göbək ot, ishal otu, qaytarma) == Botaniki xarakteristikası: == Düzqalxan qaytarma çoxillik ot bitkisidir. Gövdə yarpaqları oturaq və ya çox qısa saplaqlı, üç hissədən ibarət qovuşuq, iri, dərin bölünmüş yalançı zoğları, uzunsov-tərsyumurtavari və ya neştərşəkilli, damarlı, sıxtükcüklü, bəzən çılpaq və kənarları bölünmüş dişciklidir. Rozetəbənzər yarpaqları üç hissədən ibarət qovuşuq, bəzən yarılmış, şaqqalanmış, ikiyə bölünmüş, 4 və ya 5-ə çatan, uzun saplaqlı olub, çiçəkləmə zamanı ölüşkəyir və quruyur. Nazik, incə və zərif olan çiçəkli gövdəsi aprel və ya may ayında inkişafa baslayır. Yuxarı hissəsi budaqlanan və azca tükcüklüdür. Çiçəkləri sarı, diametri 1sm-ə qədər olub, ləçəkləri 4 ədəddir. Kökümsovu adətən 5-10 sm, əyri və ya düz formalı olub, silindrik, demək olar ki, şarşəkilli, uzunluğu 2-15 sm, yoğunluğu isə 1-3 sm-ə bərabərdir.Dağ-meşə, meşə-çöl, meşə kənarı və bataqlıq kənarlarında bitir.Düzqalxan qaytarmanın 5-10 sm dərinlikdə kökümsovu çiçəkləmə zamanı, xüsusən yazda və son baharda toplanılır. Sonra toplanılan gövdə və kökü soyuq suda yuyularaq tamamilə qurudulur. Xammal havalı yerlərdə, yaxşı ventiliyasiyalı çardaxlarda parça və ya brezent üzərində sərilməli və ya 60оС temperaturda quruducu şkafda qurudulmalıdır.
Gümüşü qaytarma
Gümüşü qaytarma (lat. Potentilla argentea) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Fragaria argentea (L.) Crantz Hypargyrium argentatum (Jord.) Fourr. Hypargyrium argenteum (L.) Fourr. Hypargyrium confine (Jord.) Fourr. Hypargyrium decumbens (Jord.) Fourr. Hypargyrium demissum (Jord.) Fourr. Hypargyrium tenuilobum (Jord.) Fourr. Pentaphyllum argenteum (L.) Nieuwl. Potentilla argentata Jord.
Kiçik qaytarma
Kiçik qaraqaytaran (lat. Thalictrum minus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraqaytaran cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları saplaqlıdır, görünüşünə görə enli-üçbucaqlı, üçqat-dördqat-lələkvaridir, böyük qismi dəyirmi yumurtaşəkilli və ya əksinəyumurtaşəkilli, qaidə hissəsi pazşəkilli və ya dəyirmiləşmiş yarpaqcıqlı, təpə hissədə 2–3 ədəd dişli bölümləri olan üçbölümlü və ya üçdişlidir, alt tərəfdən nəzərə çarpan damar şəbəkəsi vardır. May ayında çiçəkləyir. Çiçək qrupu qollu-budaqlı, çoxçiçəkli, piramidaşəkilli süpürgədir. Çiçəkləri adətən aşağı əyiləndir. Çiçəkyanlığı yarpaqcıqları yaşılımtıl-qonur və ya qırmızımtıl rəngdədir. May-iyul aylarında meyvə verir. Meyvələri 4 mm uzunluqdadır, yumurtaşəkilli-elliptikdir, qabırğalıdır. == Yayılması == Azərbaycanın bütün rayonlarında.
Qaynarca (Meşkinşəhr)
Qaynarca (fars. قينرجه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 192 nəfər yaşayır (37 ailə).
Qaynarca (Sayınqala)
Qaynarca (fars. قينرجه‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Qaynarca (Tikantəpə)
Qaynarca (fars. قينرجه‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 907 nəfər yaşayır (201 ailə).
Qaynarca (Xudabəndə)
Qaynarca (fars. قينرجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 597 nəfər yaşayır (121 ailə).
Qaytarma (bitki)
Qaytarma (lat. Potentilla) - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Qaytarma (dəqiqləşdirmə)
Potentilla və ya qaytarma - bitki cinsi.
Qaytarma (rəqs)
Qaytarma (krımtat. Qaytarma) — Krım tatarlarının milli rəqsi. O, təbiət dövriyyəsinin sonsuz hərəkətini simvolizə edir və toylarda və bayramlarda ifa olunur. Krım tatarlardan yanaşı bu rəqsinin müxtəlif növləri həmçinin qırımçaqlarda, kəraimlərdə, urumlarda və Azovyanı yunanlarda var.Bəzi mənbələrdə qaytarmanı qadınlarla kişilərin birlikdə rəqs etdiyi yazılır: kişilər əllərini yumruq şəklində tutub sıçrayışlı hərəkət etməli, qadınlar isə əllərini dairəvi şəkildə çevirərək hamar hərəkət etməli. Başqa mənbələrdə isə onun sadəcə qadınlar tərəfindən və ya qadınlar tərəfindən kişilərdən ayrı ifa olunduğu yazılır. == Tarix == Araşdırmaçı A.V. Boqorodun fikrinə görə, qaytarma rəqsinin mənşəyi dərviş rəqsindən gəlir. Başqa fikrinə görə, o Krıma səfərdlərlə birlikdə, onların 1492-ci ildəki Pireney yarımadasıdan qovulmasından sonra gəlib. Onlardan bu rəqsi Krım qaraçaları alıb. Həmçinin yazılır ki, rəqsin ilk qeydi 1793-cü ilə aiddir.1925-ci ilin yayında Üsein Bodaninskiy, Osman Aqçoraqlı və Asan Refatov Krımın mərkəzi, çöl və şərqi bölgələrin 55 yaşayış məntəqələrində keçirtdiyi ekspedisiyasının nəticəsində rəqsin 25 növü yazdırılıb. == Mədəniyyətdə == 1930-cu illərdə rəssam Ennan Alimov Qaytarma oynağan qız (krımtat.
Qaytarma ansamblı
Qaytarma ― krım tatarlarının xalq rəqs ansamblı. == Tarixi == 1939-cu ildə Yalta Filarmoniyası nəzdində tatar mahnı və rəqs ansamblı yaradıldı. 1937-ci ildə Xalq Sənəti Evi nəzdində ikinci mahnı və rəqs ansamblı yaradıldı, bədii rəhbəri İlyas Bəxşiş, musiqi direktoru Yaya Şerfedinov və baletmeyster Useyn Baqqal oldu. 1939-cu ilin mart ayında bu iki ansambl Moskvada Krım mədəniyyəti günlərini hazırlamaq məqsədi ilə Simferopoldakı Krım Dövlət Filarmoniyasının nəzdinə keçdi. 1944-cü ilin may ayında krım tatarlarının Stalin tərəfindən hazırlanan deportasiyası nəticəsində ansambl fəaliyyətini dayandırdı. 1957-ci ildə ansambl Daşkənddə Dövlət Filarmoniyasının "Qırmızı əmək bayrağı" ordeni altında təzədən fəaliyyətə başladı. Adında "krım tatarı" sözünün istifadəsi qadağan olduğundan ansambl eyni adlı krım tatarlarının xalq rəqsinin adını daşımağa başladı. İlyas Bəxşiş 1957-ci ildə ansamblın ilk bədii rəhbəri oldu. Ansamblın dirçəlişində müharibədən əvvəlki heyyətdən bir çox sənətkar iştirak etdi (1960-cı illərin sonlarına qədər ansamblda xidmət edən Memet Abibullayev kimi). Dirçəliş ansamblındakı rəqsləri məşhur krım tatar xoreoqrafları Usein Baqqal, Akim Cemilev, Ənvər Əliyev səhnələşdirirdilər.1964-cü ildə Daşkənd şəhərindəki Özbəkistan Dövlət Filarmoniyası bəstəkar Edem Nalbandovu tatar mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsinə dəvət edir.1965-ci ildə deportasiya illərindən sonra ilk dəfə tatar mahnı və rəqs ansamblı Orta Asiya respublikalarına və Qazaxıstana, Qafqaz və Şimali Qafqaz respublikalarına, RSFSR-ə qastrol səfərinə çıxdı.
Qocamtıl qaytarma
Qocamtıl qaytarma — Hündürlüyü 50 sm-ə qədər, gövdəsi düz qalxan, yarıdan yuxarısı budaqlanan yumşaq boztükcüklü olan çoxillik ot bitkisidir. Kökümsovu yalançı zoğların qonur rəngli qalıqları ilə örtülmüşdür. == Yarpaq == Kökətrafı və aşağı yarpaqları uzun saplaq üzərindədir, barmaqvari bölünmüşdür, 5-7 ədəd yarpaqcıqlıdır; yuxarı yarpaqları qısa saplaq üzərindədir, 3-5 ədəd yarpaqcıqlıdır; yarpaqcıqlar uzunsov-əksinəyumurtaşəkillidir, qaidə hissəsinə doğru uzun pazvaridir, üst tərəfdən seyrək basıq tüklü, alt tərəfdən boz sıx keçə-tükləri vardır. == Çiçək == Çiçəkləri xırdadır, diametri 10–15 mm, çox nazik çiçək saplağı üzərində yerləşmişdir; ləçəkləri sarıdır, təpə hissədə azacıq girintiliçıxıntılıdır, kasa yarpaqlarından biraz uzundur. == Meyvə == Meyvələri uzununa qırışlıdır, kiçikdir; sütuncuğun uzunluğu meyvənin uzunluğu qədərdir. == Çiçəkləməsi == İyun == Meyvə verməsi == İyun-Avqust. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, Nax. dağ., Lənk. dağ. Orta dağ qurşağına qədər.
Sürünən qaytarma
Potentilla reptans (lat. Potentilla reptans) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Gövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır. == Yarpaq == Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5-7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür. == Çiçək == Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur. == Meyvə == Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir.
Oqtay Qaynarca
Oqtay Qaynarca (türk. Oktay Kaynarca; 27 yanvar 1965, İstanbul) — türk aktyor. == Həyatı == Oktay Kaynarca İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Anasənət Budağı magistratura fakültəsinin məzunudur. Oktay Kaynarca 27 yanvar 1965-ci ildə Üsküdarda anadan olub. Uşaqlığının bir dövrü Berlində keçib. Konservatoriyaya girməzdən əvvəl Egey Dənizi teatrında Turqut Özakmanın Divarların Xaricində adlı oynunda oynayıb. Sonra bir neçə uşaq oyunlarında yer alıb. 2003-cü ildə başlayan Qurdlar Vadisi serialında Süleyman Çakır rolu ilə görkəminə görkəm qatdı. 2008-ci ildə Adanalı serialında Adanalı Yavuz rolu ilə tamaşaçı tərəfindən çox sevilib.
Adaptiv yanaşma
Adaptiv yanaşma — insan psixikasının fəaliyyətinə və prinsiplərinə dair neofreydçi nəzəri baxışlardan biridir. Bu yanaşma, genetik yanaşma ilə yanaşı, Ziqmund Freydin metapsixologiya sahəsindəki ilkin inkişaflarına əlavə olaraq, 1940-cı illərin əvvəllərində ingilis psixoanalitiki Edvard Qlover tərəfindən tərtib edilmişdir.Adaptiv yanaşma müxtəlif psixososial amillərin insan psixikasına təsirini nəzərdə tutur. Bu yanaşmaya görə, insanın qəbul etdiyi istənilən qərarlar, hətta nevrotik qərarlar da (məsələn, iddia) fərdin ətraf mühitlə qarşılıqlı əlaqə təcrübəsinə əsaslanır. Ümumiyyətlə, adaptiv nöqteyi-nəzər nəzərə alır ki, insan ətraf mühitə uyğunlaşma prosesini heç vaxt dayandırmır (uyğunlaşma prinsipcə mövcudluğun ayrılmaz hissəsi kimi əldə edilir) — müvafiq olaraq, fərdlərin ətraf mühitin təsiri altında dəyişməsi faktı fiziki və sosial mühit nəzərə alınır.
Kibernetik yanaşma
Kibernetik yanaşma – kibernetik yanaşmanın mahiyyəti ondan ibarətdir ki, hər bir məqsədyönlü davranış idarəetmə kimi nəzərdən keçirilir. Geniş, kibernetik mənada idarəetmə – süni obyektlər və canlı orqanizmlərin idarə olunması haqqında müxtəlif elmlərdə toplanmış metod və üsulların ümumiləşdirilməsidir. İdarəetmə dedikdə mühitin, idarəetmənin obyekti adlandırılan bir hissəsinə məqsədyönlü təsirin təşkili prosesi başa düşülür. Bu proses zamanı obyektlə qarşılıqlı təsirdə olan subyektin tələbatları ödənilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qamaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Sistemli yanaşma
Sistemli yanaşma – mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini nəzərə alan, elmi cəhətdən əsaslandırılmış metoddur. Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması, proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.