Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaynama
Qaynama — mayenin bütün həcmində buxar əmələgəlmə hadisəsi. Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici təzyiqdən asılıdır. Məsələn, su 1 atmosfer təzyiqində 100°C-də qaynadığı halda 15,5 amosfer təzyiqdə 200°C-də qaynayır. Xarici təzyiq sabit olduqda qaynama zamanı mayenin temperaturu dəyişmir və ona verilən istilik miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. Həmin təzyiq artdıqca qaynama temperaturu da artır (əksi də doğrudur) və onun ən böyük qiyməti böhran temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan yuxarı temperaturlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir. Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni tərpətdikdə və ya ona başqa qatışıqlar əlavə etdikdə qaynama dərhal başlayır.
Qaynama nöqtəsi
Qaynama nöqtəsi — buxar təzyiqi xarici təzyiqə bərabər olduqda mayenin əldə etdiyi temperaturudur. Yüksək buxar təzyiqi olan mayelər uçucudur və aşağı qaynama nöqtələrinə malikdir. Yüksək qaynama nöqtələri olan mayelərin, vakuum prosesi ilə buxar təzyiqini artıraraq otaq temperaturunda qaynadılması mümkündür.
Qaynayan tabletlər
Qaynayan tabletlər və ya karbon tabletlər, o tabletlərdirlər ki içlərində Limon turşusu,Tartarik turşusu və Sodium bikarbonat var və su ya digər likvid ilə təmasda dağılıb və prosesdə karbon dioksid azad edərlər.Çox vaxt, sürətli parçalanma tabletin həll və məhv olmasına, və əriməsinə səbəb ola bilər. == Qaynaq == effervescent tablets Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine.AmeriLab Amerilab Technologies, Inc.
Qaynarca
Qaynarca (Sayınqala) Qaynarca (Tikantəpə) Qaynarca (Meşkinşəhr) ‎Qaynarca (Xudabəndə) Aşağı Qaynarca (Çaroymaq) Yuxarı Qaynarca (Çaroymaq)TəxəllüslərOqtay QaynarcaDigərKiçik Qaynarca sülhü Qaynarca — Dəvəçi rayonu ərazisində palçıq vulkanı. Qaynarca — Mingəçevirdə, Kür çayı ilə Yevlax-Şəki avtomobil yolu arasında algaq dağ silsiləsinin bir hissəsinin adı. Qaynarca — Xızı rayonu ərazisində şirinsulu, axarlı kiçik göl.
Qaysaba
Qaysaba — Azərbaycan milli mətbəxinə daxil olan şirniyyat növlərindən biri. Qarabağ mətbəxinə aiddir. Adətən səhər yeyilir == Tərkibi və hazırlanma qaydası == Tərkibi:Kərə yağı, qaysı (ərik və ya ərik qurusu), su və darçın. Əvvəlcə əridilmiş tavaya çəyirdəkləri çıxarılmış qaysı, xurma (istəyə görə əncir mürəbbəsi) atılır. Meyvələr yumşalana qədər bişirilir, üzərinə darçın səpilib süfrəyə verilir. Bişirilməsində müxtəlif fərqliliklər vardır. Bəzən tavada az miqdarda suda pörtlədilmiş qaysının üzərinə dağ edilmiş yağ əlavə edilir. Bişirərkən üzərinə ya şəkər tozu və ya da şərbətli su əlavə edilir.
Quayniya
Quayniya (isp. Guainía) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şərqində yerləşir. Şərqdə Venesuela, qərbdə isə Braziliya ilə sərhəddir. İnzibati mərkəzi - İnirida şəhəridir. == Bələdiyyələr == == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Sesar (departament) Bolivar (departament) Arauka (departament) Boyaka Kaldas Kaketa (departament) Kordova (departament) == İstinadlar == == Xarici keçidlər == Reserva natural de Puinawai Secretaría de Educación del Guainía Guainía 99: Selva y Llano Guainía ¿Pon manó, apewe?
Danaya
Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri: == Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.
Qayana
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. == Adın etimologiyası == Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. == Tarix == Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Qaynaq
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
DFK Daynava
Dzūkijos futbolo klubas Dainava – Litvanın Alitus şəhərini təmsil edən futbol klubu. Litvanın "A liqası"nda çıxış edir.
Qayanca (Bükan)
Qayanca (fars. ‎‎‎گاينجه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Qaynarca (Meşkinşəhr)
Qaynarca (fars. قينرجه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 192 nəfər yaşayır (37 ailə).
Qaynarca (Sayınqala)
Qaynarca (fars. قينرجه‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Qaynarca (Tikantəpə)
Qaynarca (fars. قينرجه‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 907 nəfər yaşayır (201 ailə).
Qaynarca (Xudabəndə)
Qaynarca (fars. قينرجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 597 nəfər yaşayır (121 ailə).
Qayınana (dəqiqləşdirmə)
Qayınana — ərin və yaxud da arvadın anası. Qayınana (film, 1978) — Azərbaycan filmi. "Qayınana" əməliyyatı (film, 1999) — Azərbaycan Televiziyasında çəkilmiş televiziya filmi. Qayınana (film, 2011) — Azərbaycan komik serialı.
Termit qaynağı
Termit qaynağı — tozvari metallik alüminium və ya maqneziumun, həmçinin dəmir yanığından ibarət qarışığın qızdırılması üçün istifadə olunan qaynaq üsulu. == Proses == 8 Al + 3 Fe3O4 = 9 Fe + 4 Al2O3 + Q Alüminium əsasında termitdən istifadə etdikdə birləşdirici detallar oda davamlı metallarla qəliblənir, qızdırılır, qaynaq yerə əridici termitlə əvvəlcədən yandırılır (elektrik qövsü və ya qoruyucu ilə). Maye dəmir əsas metalla əridilərək möhkəm birləşmə əmələ gətirir. == Tətbiqi == Alüminium əsasında termik qaynağı polad və çuqun detalların birləşmələri üçün – relslərin, boruların quraşdırılması, qatların örtülməsi, müxtəlif məmulatların (məsələn, elementlərin torpaqlama kontutu) hazırlanmasında istifadə olunur. Maqnezium əsasında termit əsasən telefon və teleqraf xətlərinin çəkilməsində istifadə olunur. Termik qarışığından mərkəzindən kanal keçən damalar hazırlanır. Bu kanallardan qaynaq yaratmaq üçün məftillər keçir. Maqnezium əsaslı termit kiçik diametrli boruların qaynağında istifadə oluna bilər. == Azərbaycanın dəmir yollarında tətbiqi == Termitli (alüminiumtermitli) qaynaq relsərin müəyyən hissə ilə qaynağı zamanı istifadə olunur. İşi iki-üç nəfərdən ibarət briqada yerinə yetirir.
Yamnaya mədəniyyəti
Yamnaya mədəniyyəti(Rusca: Ямная культура) və ya Yamna mədəniyyəti(Ukraynaca: Ямна культура) Eneolit dövründən ErkənTunc dövrünə qədər e.ə 3300–2600-cü illərdə Şərqi Avropada(Ural çayı,Dnestr və Cənubi Buq) Britaniya və Qərbi Avropada isə e.ə 1700-cü ilə qədər yaşamış xalqların yaratdığı arxeoloji mədəniyyət.Bu arxeoloji mədəniyyət kurqan otaqlarının çuxur şəklində olmasına görə Çuxur Məzar(Pit Grave) və Oxra Məzar (Ochre Grave) olmaqla 2 yerə bölünür. == Mənşəyi == Yamna mədəniyyəti E.ə 3300-2600 illər arasında Don-Volqa bölgəsində mövcud olmuştur ve Don mənşəli Repin ve Volga mənşəli Khvalynsk mədəniyyəti ilə oxşarlıq təşkil edir.Antropoloq David Anthony'yə göre erken Yamna mədəniyyəti Pont çöllərində E.ə 4000-3200 -cü illər arasında sürətnən yayılmışdır. Bu yayılma eynı zamanda Hind-Avropa tayfalarının ve dillerinin bu bölgədə yayılmasına gətirib çıxarmışdır.Pavel Dolukhanov'a görə isəYamna mədəniyyətinni yüksəlişi Tunc dövrü toplumlarındakı sosial irəlləyişi göstərməktədir.Mədəniyyət qərbdə Katakomb mədəniyyəti (MÖ. 2800–2200),şərqdə isə Volqa ətrafında Politavka mədəniyyəti (MÖ. 2700–2100) tərəfındən davam etdirilmiş, bu iki mədəniyyət isə MÖ. 18.-12. əsrlər arasında yerlərini Srubna mədəniyyətinə buraxmışlar. == Yamnaya mədəniyyəti və Qafqaz == Qafqaz xalqlarının köç tarixini ortaya çıxaran Berlin Arxeologiya Universitetinin professoru Sabina Reynold tapıntıları barədə bunları deyib: “Müasir dövrdən 2-3 min il öncə Şimali Qafqazda yaşayan bütün xalqların mədəniyyətləri fərqli olsa da, genetik olaraq bir-birilərinə çox bənzəyiblər. Anlaşılan odur ki, onların mədəni xüsusiyyətləri qan qohumluğundan daha önəmli olub”. Arxeoloqlar Qafqazda yaşayan xalqların əcdadlarının bu bölgəyə təxminən, 5-8 min il öncə gəldiklərini düşünür. Bu bölgə uzun müddət qövm köçlərinin ana yollarından biri olmaqla yanaşı, Rusiya və digər Avropa ölkələrinin müasir sakinlərinin əcdadları üçün Avropaya açılan pəncərə olub. Bu səbəbdən danimarkalı arxeoloqlar uzun müddətdir, Qafqaz xalqlarının genetik yaddaşında bu köçlərin izini tapmağın mümkün olacağını düşünürdü. Bu fikrə əsasən, bəzi durumlarda mədəniyyətlər zamanla böyük dəyişikliklərdən keçsə də, xalqların genlərində bu tarix əks olunmalı idi.
Oqtay Qaynarca
Oqtay Qaynarca (türk. Oktay Kaynarca; 27 yanvar 1965, İstanbul) — türk aktyor. == Həyatı == Oktay Kaynarca İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Anasənət Budağı magistratura fakültəsinin məzunudur. Oktay Kaynarca 27 yanvar 1965-ci ildə Üsküdarda anadan olub. Uşaqlığının bir dövrü Berlində keçib. Konservatoriyaya girməzdən əvvəl Egey Dənizi teatrında Turqut Özakmanın Divarların Xaricində adlı oynunda oynayıb. Sonra bir neçə uşaq oyunlarında yer alıb. 2003-cü ildə başlayan Qurdlar Vadisi serialında Süleyman Çakır rolu ilə görkəminə görkəm qatdı. 2008-ci ildə Adanalı serialında Adanalı Yavuz rolu ilə tamaşaçı tərəfindən çox sevilib.
Qaytana (müğənni)
Qayta-Lurdes Klaverivna Essami (ukr. Гайта-Лурдес Клаверівна Ессамі), peşəkar səviyyədə Qaytana (ukr. Гайтана; 29 sentyabr 1979, Kiyev) — Ukrayna müğənnisi və bəstəkarı. Essaminin pop musiqi üslubu caz, fank, soul və folk elementlərini ehtiva edir. O, Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil etmişdir. Qaytana burada "Be My Guest" mahnısını ifa etmiş və finalda 15-ci yeri tutmuşdur. Qaytana postsovet məkanında Litvanın "LT United" qrupunun üzvü, müğənni və gitaraçı Viktoras Diavaradan sonra Afrika əsilli ikinci Avroviziya iştirakçısıdır. == Həyatı == Qayta-Lurdes Klaverivna Essami Kiyevdə anadan olmuşdur. Anası ukraynalı Tatyana Petrova, atası isə Konqo Respublikasından olan Klaver Essami idi.. O, körpə olanda ailə Ukraynanı tərk edərək atasının doğulduğu Brazzavil şəhərinə köçmüşdür.
"Qayınana" əməliyyatı
"Qayınana" əməliyyatı — tammetrajlı Azərbaycan komediya filmi. == Məzmun == Uzun müddət qayğısız qalan qayınana (Nəsibə Zeynalova) kürəkən və qızlarının başına oyun gətirmək və onlara dərs vermək qərarına gəlir. Lakin bu oyun hamıya çox baha oturur. Film-tamaşaya baxdıqda bu atalar sözü yada düşür: "Bağda ərik var idi, salam-əleyk var idi. Bağdan ərik qurtardı, salam-əleyk qurtardı." == Səhvlər == Orfoqrafik: 1)Titrlərdə film-tamaşanın adı "Qaynana əməliyyatı" yazılmışdır. Doğrusu isə "Qayınana əməliyyatı"dır. 2)Nüşabə Ələsgərlinin adı Nüşabə Ələskərli yazılmışdır. 3)Ələsgər Məmmədoğlunun adı Ələskər Məmmədoğlu yazılmışdır.
Qayınana (film)
Qayınana — Rejissor Hüseyn Seyidzadənin filmi. == Məzmun == Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın (Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qayınana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar (İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı… Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir. == Film haqqında == Musiqili film Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Filmin sınaq çəkilişlərində Ayaz roluna namizəd kimi müğənni Hüseynağa Hadıyev və aktyor Ceyhun Mirzəyev, İlqar roluna namizəd kimi isə Fuad Poladov iştirak etmişdi. 2014-cü il martın 21-də təqdim olunan Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində "Qayınana" filmindən fraqment yer alıb.
Budaqlı danaya
Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri: == Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.
Danaya (Mabüs)
Danaya Yan Qossart Mabüs tərəfindən antik mədəniyyət mövzusunda yağlı boya ilə palıd ağac lövhəsi üzərində çəkilmiş tablo. Əsərin mövzusu, Arqos çarına kahin tərəfindən agah olur ki, qızının oğlu ondu taxtan devirəcəkdir. Bunu qarşılamaq üçün o, qızı Dayananı zülmətdə dustaq edir. Tanri Zevs Dayananın gözəlliyindən məftun olaraq qızıl yağışa çevrilərək ona qovuşur. Bu əlaqədən dünyaya Persey gəlmiş olur.
Danaya (Rembrandt)
Danaya — hollandiyalı rəssam Rembrandtın rəsm üzərinə yağlı boya ilə 1636-cı ildə çəkdiyi tablodur. Pyer Krozat kolleksiyasında iştirak etmiş tablo XVIII əsrdən bu yana Peterburqdakı Ermitaj muzeyində saxlanılır. == Tarixi == Tabloda yunan mifologiyasında Perseyin anası olan Danaya xarakteri təsvir olunmuşdur. Şəkildə Danaya böyük ehtimalla, bir qızıl sağnağı şəklinə girərək özüylə əlaqəyə girib Perseyə hamilə qalmasını təmin edəcək olan Zevsi qarşılayarkən görülməkdədir. Danaya üçün, rəssamın bərabər yoldaşı olan Saskiya van Uylenburq modellik etmiş olsa da, Rembrandt daha sonra, Danayanın üzünü dəyişdirərək aşnası Geertje Dircxin üzünə çevirmişdi. Rembrandtın ən dəbdəbəli əsərlərindən biri olan bu tabloya böyük ehtimalla rəssam tərəfindən də böyük əhəmiyyət verilmişdir. Ancaq şəklin nisbətən böyük ölçülərdə olması, satılmasını çətinləşdirmişdir. Rembrandtın bu tablosu 15 iyun 1985-ci ildə ağlı başından çıxmış bir adam tərəfindən hücuma uğradı. Rəsmin üzərinə sülfürik turşu tökən təcavüzkar tablonu ayrıca iki yerindən bıçaqladı. Hücum sonrasında şəklin orta hissəsi sıçrama izlərindən və axan boyalardan meydana gələn bir çox nöqtəylə örtüldü.