Qayınana (film)

Qayınana — Rejissor Hüseyn Seyidzadənin filmi.[1]

Qayınana
Janr komediya
musiqili
Rejissor Hüseyn Seyidzadə
Əsərin müəllifi Məcid Şamxalov
Ssenari müəllifləri Əjdər İbrahimov
Marqarita Maleyeva
Baş rollarda Nəsibə Zeynalova — Cənnət
İnarə Quliyeva — Afət; Zərifə
İlham Namiq Kamal — İlqar
Tanilə Əhmərova — Sevda
Fuad Poladov — Ayaz
Səfurə İbrahimova — Sədaqət
Tələt Rəhmanov — Əli
Operator Fikrət Əsgərov
Bəstəkar Tofiq Quliyev
Rəssam Nadir Zeynalov
İstehsalçı Azərbaycanfilm
İlk baxış tarixi 10 sentyabr 1979
Filmin növü tammetrajlı bədii film
Müddət 75 dəq.
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
İl 1978
Texniki məlumatlar 8 hissə
2165 metr
genişekranlı
35 mm
Rəng rəngli
IMDb ID1411769

Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın (Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qayınana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar (İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı… Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.

  • Musiqili film Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
  • Filmin sınaq çəkilişlərində Ayaz roluna namizəd kimi müğənni Hüseynağa Hadıyev və aktyor Ceyhun Mirzəyev, İlqar roluna namizəd kimi isə Fuad Poladov iştirak etmişdi.[2]
  • 2014-cü il martın 21-də təqdim olunan Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində "Qayınana" filmindən fraqment yer alıb[3].
  • 18 yanvar 2017-ci ildə Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən ədəbi-bədii axşamda "Qayınana" bədii filmi ilk dəfə alman dilində subtitrlərlə nümayiş olunub.[4][5]

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1)1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalı[6]
Orfoqrafik: Titrlərdə filmin adı "Qaynana" yazılmışdır. Əslində "Qayınana" olmalıdır.[mənbə göstərin]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Məcid Şamxalov
Ssenari müəllifi: Əjdər İbrahimov, Marqarita Maleyeva
Quruluşçu rejissor: Hüseyn Seyidzadə
Quruluşçu operator: Fikrət Əsgərov
Quruluşçu rəssam: Nadir Zeynalov
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: Marat İsgəndərov
Rejissor: Ramiz Əliyev
Operator: Amin Novruzov
Montaj edən: Tahirə Babayeva
Geyim rəssamı: Tatyana Əmirova
Qrim rəssamı: V. Arapov
Dekor rəssamı: Fikrət Ələkbərov
Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu
Quraşdırılmış çəkilişlərin rəssamı: Gennadi Tişşenko
Rejissor assistenti: Süleyman Əhmədov, Zəfər Murtuzov (Z. Murtuzov kimi)
Rəssam assistenti: Y. Kirşner
Operator assistenti: Nemət Rzayev, Yuri Varnovski
Redaktor: Seyfəddin Dağlı, Ədhəm Qulubəyov
Mahnıların mətni: Fikrət Qoca
Musiqi redaktoru: Oqtay Zülfüqarov
Mahnıları ifa edir: Flora Kərimova (Afət;Zərifə),Mirzə Babayev (Əli), Yalçın Rzazadə (İlqar), Akif İslamzadə (Ayaz)
Baletmeyster: Rəfiqə Axundova, Maqsud Məmmədov
Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Orkestri
Dirijor: Tofiq Əhmədov, Eduard Qazarov
Filmin direktoru: Gennadi Lapşuk
İstifadə edilən mahnılar: "Sunny" (Boney M qrupu), "Good Golly Miss Molly" ("Creedence Clearwater Revival" qrupu) (titrlərdə yoxdur)
Nəsibə Zeynalova — Cənnət
İnarə Quliyeva — Afət; Zərifə
İlham Namiq Kamal — İlqar
Tanilə Əhmərova — Sevda
Fuad Poladov — Ayaz
Səfurə İbrahimova — Sədaqət
Tələt Rəhmanov — Əli
Kamil Məhərrəmov — alverçi
Məmməd Sadıqov — Məşədi Kazım (şəkil)
Sadıq Həsənzadə — dişi ağrayan
Gümrah Rəhimov — yanğın söndürən
N. Əliyev
K. Dadaşov
R. Həsənov
Mayak Kərimov — İlqarın dostu
Sədayə Mustafayeva — Minayə
V. Quliyev
Dadaş Kazımov — satıcı
Sadıq Hüseynov — dişi ağrıyan
Elxan Ağahüseynoğlu — dişi ağrıyan
Sədaqət Zülfüqarova — dişi ağrıyan
Hökümə Qasımova — dişi ağrıyan
Ramiz Əzizbəyli — dişi ağrıyan
Tofiq Əhmədov — dirijor
Azad Dadaşov — satıcı

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Ofeliya Sənani — Sevda (Tanilə Əhmərova) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Afət; Zərifə (İnarə Quliyeva) (titrlərdə yoxdur)
Süsən Məcidova — Minayə (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli — Alverçi (Kamil Məhərrəmov (titrlərdə yoxdur)
Gülşən Qurbanova — Sədaqət (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
  1. Özbəkistan saytında "Qayınana" haqqında məqalə //Mədəniyyət.- 2015.- 16 yanvar.- S.14.
  2. Bədəlov, N. "Bizim kino" [Hüseyn Seyidzadənin "Qayınana" filminin kadrarxası məqamları] //ANS TV.- 2016.- 12 mart.
  3. Nəsibə Zeynalova özbək klipində — Video. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine axar.az (az.)
  4. Elgün Niftəli. "Vyanada "Qaynana" bədii filmi ilk dəfə alman dilində təqdim edilib" (az.). Azertag.az. 18.01.2017. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
  5. ATV Xəbər. "Vyana şəhərində Nəsibə Zeynalovanın 100 illik yubileyi" (az.). Youtube.com. 18.01.2017. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
  6. "Arxivlənmiş surət". 2024-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  • "Bakı" qəzeti. 30 may 1981-ci il.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 193–194; 220.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]