Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalxanvari itburnu
Qalxanvari itburnu (lat. Rosa corymbifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Ukraynada, Krımda, Rusiyada, Moldovada, Qafqazda, Orta Asiyada, Avropada, Şimali Afrikada, Ön Asiyada, Pirney yarmadasında yayılmışdır. Hündürlüyü 3 m-dək olan koldur. İynələri qarmaqvari, xırda, yarpaqları 5-7, iri yumurtavari, alt tərəfi tükcüklü, sadə dişlidir. Çiçəkləri uzun saplaqlarda, ağ və ya əsasən açıq çəhrayı, orta ölçülüdür, çiçəkaltlığı lansetvaridir, kasayarpaqları aşağıya əyilmiş, lələkvaridir. İyun-iyulda çiçəkləyir. Meşədə açıq yamaclarda, orta dağ qurşağına qədər, kölgəli və rütubətli yerlərdə, dağ çaylarının sahillərində, kolların arasında, dəniz səviyyəsindən 2300 m hündürlükdə tək və ya kiçik qruplarla bitir. Kiçik və Böyük Qafqaz (Balakən, Zaqatala), Kür-Araz ovalığında, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir. Balverici, dekorativ bitkidir.
Monqolustan qazaxları
Monqolustan qazaxları — qazax mənşəli Monqolustan sakinləri. Ölkədəki ikinci böyük etnik qrup və ən böyük milli azlıqdır. 2010-cu il əhalinin siyahıya alınmasına görə Monqolustanda qazaxların sayı 101.526 nəfər idi (ölkə əhalisinin 3.8% -i). Monqolustan qazaxlarının əksəriyyəti Batı Monqolustanda Bayan-Ölgiy (əhalinin 88,7%) və Xovd (11,5%) vilayətlərində, həmçinin paytaxt Ulan-Batorda yaşayır. Monqolustanda qazaxların sayı 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə 101.526 nəfər (ölkə əhalisinin 3.86% -i), 2015-ci il siyahıyaalmasına görə 117.800 nəfər olmuşdur (Monqolustan əhalisinin 3.85%). Qazaxlar Monqolustanın 21 vilayətində, 181 yaşayış məntəqəsində, əsasən Qərbi Monqolustanda yaşayırlar. Bayan-Ölgiy (əhalinin 88,7%) və Xovd (11,5%) vilayətlərində ən çox cəmlənmişlər. Qazaxlar həmçinin Ulan-Batorun Nalayx rayonunun 4-cü mikrorayon əhalisinin 90% -ni təşkil edir. Monqolustan qazaxları əksər hissəsində köçəri həyat tərzi sürür və əsasən maldarlıqla məşğul olurlar. Repatriasiya proqramı çərçivəsində 1990-cı illərdə Monqolustan Qazaxıstana 20.000-ə qədər qazax ailəsi köçür.
Qazançalı məhəlləsi
Qazançalı məhəlləsi — Şuşa şəhərinin dağlıq ərazisində, 1805-ci ildən başlayaraq XIX əsr ərzində salınması davam etmiş ən iri məhəllələrindən biri. Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721-1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur. Onun hakimiyyəti illərində Qarabağ xanlığı daha da güclənmiş və inkişaf etmişdir. Pənahəli xan və İbrahimxəlil xan Qarabağın paytaxtı Şuşa şəhərini qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə inkişaf etdirmişdilər. Şuşa şəhəri: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər,Quyuluq, Xoca Mərcanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çöl Qala, Hacı Yusifli, Çuxur məhəllə, Ağadədəli kimi on yeddi əsas məhəllədən ibarət idi. Bu məhəllələr son dövrlərə qədər qalmışlır. Hər məhəllədə hamam, məscid və bulaq vardı. Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı.
Çin qazaxları
Çin qazaxları (qaz. Қытай қазақтары, جۇڭگو قازاقتارى‎, çin. ) — qazax xalqının ən böyük diasporası. ÇXR-da yaşayan xalqların arasında sayına görə 16-cı yerdədir. Çində yaşayan qazaxlar əsasən Naymanlar, Qarayilər, Uaq, Suan və Alban tayfalara aiddir. Sorğulara görə, onların 80,5 %-i özünü Orta Juzun, 12,6 %-i isə Kiçik Juzun, 2,9%-i isə Böyük Juzun hissəsi olaraq sayır. Cunqar xanlığının məhvi zamanı mancurlar cunqar oyratlara qarşı qətliyam törədirdilər. Əhalisiz qalmış torpaqlar tezliklə ətrafda yaşayan xalqlarla dolmuş. O cümlədən, Qazax xanlığından olan qazaxlar kütləvi şəkildə o əraziyə köçməyə başlayıblar. XIX əsrdə, ruslar qazaxlar üçün qırğız ifadəsini iştətdiyi zamanı, onlar həm qazaxların, həm də qırğızların torpağlarına köçərək, onları Çinə qaçmağa məcbur ediblər.
İran qazaxları
İran qazaxları — Əsasən İranın şimalındakı Gülüstan ostanında yaşayırlar.
Ümumdünya Qazaxları Konqresi
Ümumdünya Qazaxları Konqresi - Ümumdünya Qazaxları Birliyinin ən ali orqanı. Ümumdünya Qazaxları Qurultayı — 28 sentyabr-4 oktyabr 1992-ci il tarixlərində Almatıda dünya qazaxlarının nümayəndələrinin iştirakı ilə keçirilən bir qurultaydır. Qurultay ərəfəsində qazaxların sayı 10 milyon 537 minə çatdı. Ümumdünya Qazaxları Qurultayında MDB-dən 350 nəfər və bir çox xarici nümayəndə iştirak etmişdir. Qurultay iştirakçıları Türkistan, Jezqazğan, Ulıtau kimi ölkənin qədim sosial-siyasi, mədəni mərkəzlərində olmuş, ata-yurdlarına qovuşmuşdular. Qurultayın fəaliyyətinin işıqlandırılmasında 200-dən çox jurnalist və 50-dən çox televiziya və radio şirkəti iştirak etmişdir. Ümumdünya Qazaxları Qurultayının iştirakçıları Qazaxıstan xalqına və digər xalqlara, dövlətlərə və hökumətlərinə bir müraciət qəbul etmişlər. Qurultay zamanı "Qazaxlar: dünən, bu gün və sabah" mövzusunda elmi konfrans keçirildi. Konfransda o dönəm Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev "Qollarımız qardaşlara sona qədər açıqdır" mövzusunda çıxış etdi. Qazax xalqının taleyi, əcdad irsi, dil, dünya qazaxlarının vahid bir dövlət ətrafında birləşməsinin hüquqi əsasları, və s.