Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bomarea
Bomarea (lat. Bomarea) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki cinsi əsasən And dağları üçün səciyyəvi olsa da, bəzən Mərkəzi Amerika, Meksika və Qərbi Hindistanda da rast gəlinə bilər. Bomarea cinsinə aid bəzi növlər dekorativ bitki kimi yetişdirilir.Bu cinsin nümayəndələri eyni fəsiləyə aid Alstroemeria cinsinə bənzəyir. Bomarea cinsi dörd yarımcinsə bölünür: Baccata, Bomarea, Sphaerine və Wichuraea. Bunlardan ən böyüyü təxminən 70 növü olan Bomarea-dır.Cinsə təxminən 110-122 arası növ daxildir.
Qovurğa
Qovurğa — Azərbaycan milli mətbəxinə daxil olan yemək növlərindən biri. Günün istənilən vaxtı yeyilir == Tərkibi və hazırlanma qaydası == Tərkibi:Kərə yağı, buğda, çətənə və küncüt. Qızdırılmış saca əvvəlcədən arıtlanaraq təmizlənmiş buğda əlavə edilir. Qovurğalıq buğda təxmini 8–10 dəqiqə ərzində qovrulur. Küncüt və çətənə də eyni minvalla ancaq buğdadan fərqli olaraq az vaxt ərzində qovrulur. Qovrulmuş buğdanı, küncütü, çətənəni bir yerə yığaraq qarışdırılır. Süfrəyə qoz, fındıq, badam ləpəsi ilə birgə təqdim olunur.
Tomarza
Tomarza (türk. Tomarza) — Kayseri ilinin ilçəsi.
Qarğa
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22—23 sm, kütləsi 150—200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Pyer Qamarra
Pyer Qamarra (fr. Pierre Gamarra; 10 iyul 1919[…], Tuluza – 20 may 2009[…], Arjantöy) — fransız yazıçı, şair, ədəbiyyatşünas, ədəbi tənqidçi, Fransa Kommunist Partiyasının üzvü. Müharibə və faşizm əleyhinə, sülh və sosializm uğrunda mübarizə Qamarra yaradıcılığının əsas mövzusudur: "Lənət eskizi" (1944), "Arras qalasının nəğməsi" (1951) şeir kitabları; "Yoxsulluq övladları" (1950), "Müəllim" (1955), "Simonun arvadı" (1961), "Pireney rapsodiyası" (1963), "Tuluza sirləri" (1967), "Qızıl və qan" (1971) romanları və s., "72 günəşli gün" (1975) romanı Paris kommunasına həsr olunmuşdur. == Həyatı == Pyer Qamarra 10 iyul 1919-cu ildə Tuluzada anadan olmuşdur. 1938-ci ildən 1940-cı illərdə Fransanın cənubunda müəllim işləmişdir. Alman işğalı zamanı o, Tuluzada müxtəlif Müqavimət qruplarına qoşulmuş, gizli nəşrlərin yazılması və yayılması ilə məşğul olmuşdur. Bu, onun jurnalist karyerasına, daha sonra isə, daha dəqiq desək, həm yazıçı, həm də ədəbi jurnalist kimi karyerasına ciddi təsir göstərmişdir. Tuluza azad edildikdən sonra bu şəhərdə La Renaissance kitab mağazasının yaradılmasında iştirak etdi. O, 1944-cü ildə Fransa Kommunist Partiyasına qoşularaq müqavimət hərəkatında fəal iştirakını davam etdirdi. 1945-1950-ci illərdə Tuluzada "El Patriota du Southwest" jurnalının jurnalisti olmuşdur.
Batıray Omarla
Batıray Omarla (1820, Urax[d], Dağıstan MSSR – 1902, Dargi dairəsi, Dağıstan vilayəti) — Dağıstan şairi, XIX əsrdə yaşamış lirik, dargin ədəbiyyatının qurucularından biri. == Həyatı == Omarla (tərcümədə - Ömərin oğlu) Batıray 1831-çi ildə Dargin rayonunun Urax kəndində (Dağıstan Respublikasının indi Sergokalinsky rayonu), darginets milliyyətində anadan olmuşdur. Şairin atası Ömər sağlamlığı və cəsarəti ilə seçilirdi. Bir sıra hallar Öməri yerli xana Nöker kimi xidmət etməyə məcbur etdi. Nöker Ömərə xidmət etmək uzun sürmədi, döyüşlərdən birində ağır yaralandı və tezliklə aldığı yaradan öldü. Şair yaradıçılığında Dörd və ya səkkiz misralı şeirlər qoşmuş, onlardan yalnız bir hissəsi dövrümüzədək gəlib çatmışdır. Şeirləri ilk dəfə 1928-ci ildə toplanaraq çap edilmişdir. Batıray şeirlərində kənd adamlarının, xalq qəhrəmanlarının obrazını yaratmış, dağlı qadınlarını müdafiə etmişdir. Dargin Dövlət Teatrına Batırayın adı verilmişdir. Omarla 1910-cu ildə Urax kəndində vəfat etmişdir.
Omurğa cəzası
Omurğa cəzası — XVIII əsrdə ingilis dəniz donanmasında tətbiq edilən cəza növü.
Sodom və Qomorra
Sodom (ivr. ‏סְדוֹם‏‎, Sədom; mənası – «yanan»; yun. Σόδομα) və Qomorra (ivr. ‏עֲמוֹרָה‏‎, ʿAmora; mənası – «batan»; yun. Γόμορρα) — Bibliyada iki şəhər. Bibliyaya görə, onlar sakinlərinin günahlarına, xüsusən də pozğunluğa görə tanrı tərəfindən məhv edilmişdir. Sonrakı Bibliya ənənəsində Sodom və Qomorra tanrının qəzəbinə səbəb olan ən yüksək günahkarlığın təcəssümüdür.Şəhərlər Sodom beşbucağının bir hissəsi idi və Əhdi-ətiqə görə, Ölü dəniz ətrafında yerləşirdi. Buna baxmayaraq, onların dəqiq yeri məlum deyil. 2021-ci ildə dərc edilmiş araşdırmaya görə, Sodomun dağıdılması əfsanəsi təqribən e.ə. 1650-ci ildə Təl-əl-Hamam (indiki İordaniya) şəhəri üzərində asteroidin partlaması ilə bağlı ola bilər.
Boz qarğa
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. == Xarici görünüşü == Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460—735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.
Qara qarğa
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Qarğa (Həştrud)
Qarğa (fars. قارقا‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 285 nəfər yaşayır (48 ailə).
Qarğa (bürc)
Qarğa (lat. Corvus) — göyün cənub yarımkürəsində bürc.
Adi qarğa soğanı
Adi qladiolus və Adi qarğa soğanı (lat. Gladiolus communis) - qladiolus cinsinə aid bitki növü. == Morfoloji təsviri == Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir. === Yarpaq === Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır. === Çiçək === İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir. === Meyvə === Qutucuq oval-ellipsşəkillidir.
Kərpicvari qarğa soğanı
Kərpicvari qarğa soğanı - (lat. Gladiolus imbricatus L.) Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, düz gövdəli (hündürlüyü 50 sm), yaşıl bitkidir. Yarpaqlar xətvari, 5-5,5 mm enindədir. Çiçəkyanlığı 2-2,5 sm uzunluğunda, tünd-bənövşəyi rənglidir.Tərəfləri küt, tərs – oval, yuxarı və aşağı tərəfi eyni uzunluqdadır. Erkəkcik sapı tozcuqdan bir qədər uzun, ağızcıq tərs – neştərşəkillidir == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may, meyvə əmələ gətirmə iyul aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Dekorativ bitkidir == Yayılması == Böyük Qafqazın Quba hissəsi və şərqi .
Qarğa (film, 1994)
Qarğa, David J. Schow və John Shirley tərəfindən yazılmış, Aleks Proyasın 1994-cü ildə təşkil etdiyi bir Amerikan fövqəltəbii super qəhrəman filmidir. Film, James O'Barrın 1989-cu il tarixli "Qarğa" komik kitabına əsaslanaraq,ölümündən ötrü intiqam almaq və nişanlısının təcavüzü və öldürülməsi üçün ölümdən canlandırılan Erik Draven (Lee) adlı bir rok musiqiçisinin hekayəsini izah edir. Əsas aktyor Brendon Li, qüsurlu bir boşluq çəkilişində təsadüfən yaralanıb və əməliyyat zamanı xəstəxanada öldü. İstehsalata səkkiz gün qaldi,onu göstərən bitməmiş səhnələr senaryoda yenidən yazılmış formatla, ikiqat və rəqəmsal xüsusi efektlər ilə əvəzləşdirildi. Film həm Lee, həm də nişanlısı Eliza üçün həsr olunub.... Li'nin ölümü səbəbiylə bir neçə istehsal çatışmazlığına baxmayaraq, The Crow özünə məxsus vizual stil, emosional dərinliyi və ölən aktyorun himayəsi üçün tənqidi şəkildə qəbul edildi. Film kassanın yuxarı hissəsində açılmış və güclü bir kütləyə qovuşmuşdur.Film üç davam filmi ve televiziya serialından ibarətdir. == Məzmun == 30 oktyabrda Detroyt şəhərində Şeytan Gecəsi, Çavuş Albrecht, Shelly Websterın döyüldüyü və təcavüz edildiyi bir hadisə yerində hansı ki,nişanlısı Erik Draven, bıçaqlanaraq, vurulub pəncərədən atılaraq öldüyü küçədədir . Cütlük Halloween ertəsi günü evli olmalı idi. O, Shelly ilə xəstəxanaya gedərkən, Albrext Sarah adlı gənc bir qızla tanış olur, Sarah, onların dostu olduğunu və onunla maraqlandıqlarını deyir.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. == Haqqında == Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Şoranyer qarğa soğanı
Elmi adı - Gladiolus halophilus Boiss. et Heldr.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu yumurtavari, 15—18 mm hündürlükdə, 10—15 mm enində, pulcuqları paralel-torvari liflidir. Gövdəsi 20-25 sm hündürlükdədir. Yarpaqlar göyümtül, dar – xətvari, sivri, 3-7 mm enində, 3—4 görünən damarlıdır. Çiçək qrupu 2 tərəfli, bəzən 1 tərəfli, 4—6 çiçəkli sünbüldür. Çiçəkyanlığı ağımtıl – göy, enli, açılmış, yuxarı yan tərəfi digər tərəflərdən qısadır. Tozcuqlar bir qədər sapdan qısadır .
Ağ Qarğa (Miri Yusif albom)
== Albom haqqında == "Ağ Qarğa" – Miri Yusifin beşinci solo albomudur.
Penon-de-Veles-de-la-Qomera
Penon-de-Veles-de-la-Qomera (isp. Peñón de Vélez de la Gomera) — Keçmişdə ada olmuş kiçik bir yarımada. Yarımada Mərakeşin Afrika sahillərində yerləşməsinə baxmayaraq İspaniyaın suveren ərazisidir. Yarımadanı Mərakeş öz ərazisi hesab edir. Melilyadan 126 km qərbdə, Seutadan isə 117 km cənub-şərqdə yerləşir. Penon-de-Veles-de-la-Qomerada İspaniyanın 60 hərbiçisi yaşayır, burada mülki əhali yoxdur. == Coğrafiya == Penonun qumlu dillə birlilkdə eni 400 metr, eni isə 100 metr təşkil edir. Sahəsi 0,019 km²-dir. Yarımada hündürlük 87 metrdir. Burada qala kompleksi vardır.
Gomaran
Gomaran (erm. Գոմարան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən Güdgüm (Geğanuş; erm. Գեղանուշ) kənd icmasına daxil olan kənd. Kənd Oxçuçayın sağ sahilində Qafan şəhərindən 3 km cənub-şərqdə yerləşir. 1930-1995-ci illərdə kənd Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Ananda Marqa
Ananda Marqa — qeyri-ənənəvi dini cərəyan. Sanskrit dilindən tərcümədə "səadət yolu" mənasını ifadə edən bu dini cərəyan 1955-ci ildə Hindistanda, Bihar ştatının Camalpur şəhərində Prabhat Rancan Sarkar (1921-1990) adlı hindli tərəfindən yaradılmışdır. Rancan Sarkar 1954-cü il noyabrın 7-də Camalpur şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Brahma İsta Marqa" (Brahmaya aparan yol) adlı yeni dini cərəyan yaratdığını elan etmişdir. Cərəyan 1955-ci ilin 9 yanvarında təşkilat kimi Bihar ştatında qeydiyyatdan keçmiş və həmin ilin 7 noyabr tarixindən etibarən Ananda Marqa adı ilə fəaliyyətə başlamış, meditasiya dərsləri üçün müəllimlər hazırlamışdır. Sarkar yaratdığı və rəhbərlik etdiyi təşkilatın üzvlərini moralistlər (əxlaq dərsi verənlər) adlandırmışdır. Onun təliminə görə, meditasiya vasitəsilə ali düşüncə əldə edən insanlar bir-birinə ruhən yaxınlaşaraq, indiki dünyanı tərk edir, yeni həyata daxil olurlar. Bu cərəyan özündə yoqaya məxsus psixotexniki meditasiyası ilə tantrizmin (sehrli dini ayinlər vasitəsilə fövqəltəbii enerji əldə etmək haqqında təlim) vəhdətini ehtiva edir. Sarkar deyirdi ki, "Mən ardıclılarımı tanrılara və müqəddəs varlıqlara çevirəcəyəm. Qalib olmaq üçün insan öz həyatını, mövcudluğunu unutmalıdır". Onun fikrincə, insanlar özlərini müxtəlif dil, din, millət qruplarına bölünmək əvəzinə, bütün bəşəriyyətin daxil olduğu vahid, böyük ailənin hissələri hesab etməlidirlər.
Qarqa (Sərab)
Qarqa (fars. قارقا‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 398 nəfər yaşayır (73 ailə).
Marqa Lopes
Marqa Lopes (isp. Marga Lopez; əsl adı — Katalina Marqarita Lopes Ramos, isp. Catalina Margarita Lopez Ramos; 21 iyun 1924 – 4 iyul 2005, Mexiko) — Argentina mənşəli görkəmli Meksika teatr və kino aktrisası. Meksika kinematoqrafiyasının Qızıl əsr dönəminin aktrisasıdır. == Həyatı == Marqa Lopes 21 iyun 1924-cü ildə San-Migel-de-Tukumanda Pedro Lopes Sançes və Dolores Ramos Navanın ailəsində anadan olmuşdur. Ailədə 7 uşaq idilər — özündən başqa onun Manuel, Migel, Pedro və Xuan adlı dörd qardaşı, Dolores-kiçik və Mariya adlı iki bacısı var idi. Dünyaya gələndən sonra böyük ailəsi ilə birlikdə Meksikaya köçmüş və buna görə də vətəndaşlığını orada almışdır. 1936-cı ildə ailəvi şəkildə bütün Latın Amerikası boyunca kruizə çıxarkən prodüser Karlos Amadorla tanış olmuşdur. O, Marqa Lopesə kinematoqrafda yaşıl işıq yandırır. Aktrisa 1945-ci ildə Meksika kinematoqrafiyasında debüt edir.