Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qraffiti
Qraffiti (qədim zamanların kontekst yazılarında tək rəqəm qraffito; it. graffitodan) — divarlarda və digər yerlərdə rəsm, şəkillər, yazılar, cızılmış, yazlmış, mürəkkəblə və ya rənglə çəkilmiş sənət əsərləri. Qraffitidə siz sadə yazılı sözləri, incə təsvirlər, ümumilikdə hər şeyi tapa bilərsiniz: divarlarda çəkilən adi sayt adlarından tutmuş güclü əsərlərə qədər. Qədim dövrün elmində bu termin istifadə olunub, amma çox da geniş yayılmayıb. Qədim eliqrafik heykəllərdən, abidələrdən söhbət düşəndə, bu anlayış iki yerə ayrılır: "qraffiti" və "dilinti". Əgər sonuncu rənglə yazılıbsa, onda "qraffiti"dir - çızılmış yazılar (terminin özü İtalyan qlaqolundan gəlir: graffiare — "qaşıma"). == Tarixi == Qədim Misirdə divar və qayalarda əks edilmiş şəkil və yazılardan ibarət izlər graffitinin ilk addımları sayılır. Ancaq ümümi inkişafı İkinci dünya müharibəsinin əvvəlinə, yəni 1940-cı ilə təsadüf edir. Həmin vaxtlarda Almaniyanı Şərq və Qərb hissəsinə bölən Berlin divarının hər iki tərəfi rənglənərək yazılarla bəzədilmişdi. Sonralar 1960-cı illərdə ABŞ-də siyasi qruplar öz fikirlərini daha geniş kütləyə çatdırmaq üçün bu üsulu bir vasitə kimi seçdilər, gənclərdən ibarət olan küçə şəbəkələri bu sənəti təbliğ etdilər.
Qrafit
Qrafit (yun. γράφω — yazıram) — karbonun allotropik modifikasiyası olub, bircinsli elementlər sinfinə aid mineraldır. Laylı struktura malikdir. Kristallik qəfəsin layları bir-birinə nisbətən müxtəlif cür yerləşə bilər (heksaqonal, triqonal). Laylar zəif dalğavaridir, müstəviyə daha yaxındır, karbonun atomlarının altıbucaqlı layndan ibarətdir. Kristalları plastik olub, kələkötürdür. Moos bərkliyi 1 və 2 arasındadır, sıxlığı 2,1-2,3 q/cm³-dir. Rənqi bozdur. == Fiziki xassələri == Qrafit elektrik cərəyanını yaxşı keçirir. Almazdan fərqli olaraq daha aşağı bərkliyə malikdir, nisbtən yumşaqdır.
Azərbaycanda qraffiti
Azərbaycanda qraffiti müasir dövrdə yaranan incəsənət sahələrindən biridir. Azərbaycanda bu sənəti tək-tək, eləcə də, qrup halında fəaliyyət göstərən gənclər icra edir. == Xüsusiyyətlər == Azərbaycanda qraffiti sənətinə olan münasibət əsasən mənfidir. Ona görə də Azərbaycanda bu sənət çox inkişaf etməyib və məşğul olan gənclərin sayı azdır. Bakının ilk qraffiti sənətçilərindən biri hesab olunan Yunis Krılov bu sənətlə məşğul olduğuna görə bir neçə dəfə sutkalıq həbs olunub. Bu səbəbdən bəzi gənclər qraffitini gizli şəkildə çəkməyə üstünlük verirlər.Bakı şəhərində qraffitilərin çoxu mənzil istismar idarələrinin əməkdaşları tərəfindən adətən bir neçə gün sonra ağardılır, lakin son dövrlərdə qraffiti sənətinə qarşı müsbət münasibətin yaranması halları da müşahidə olunur. 2015-ci ildə Bakıda baş tutmuş Avropa Oyunları ərəfəsində şəhərin bir çox hissələrində, məsələn, Avtovağzal dairəsindəki körpünün divarlarına kütləvi qraffiti çəkilmişdi və bu qraffitilər silinməmişdi.Keçmiş Sovetski küçəsinin uçulmuş divarlarında sovet rəmzi olan oraq və çəkic işarələri, eləcə də, əhalinin köçməyə etirazını bildirən şüarlar yer alırdı. Bakıda bu sənətin başqa forması isə seçki vaxtı binaların divarlarına hökumət əleyhinə fikrilərin yazılmasıdır: 2013-cü il prezident seçkilərindən zamanı kömürlə yazılmış "İlhama yox" yazısı Xətai metrostansiyası yaxınlığında 2015-ci ilə qədər qalmışdı.2019-cu ildə Azərbaycanda gender bərabərliyininə həsr olunmuş "Qız qalası: Qadın olmaq" festivalı çərçivəsində İsveç qraffiti sənətçisi Karolina Falkholt tərəfindən çəkilmiş çılpaq qadın qraffitisi mübahisələrə və sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdur. Yerli sakinlərin etirazından sonra həmin qraffiti silinmişdir.Sənətşünas Ziyadxan Əliyev Azərbaycanda qraffiti çəkmək üçün xüsusi divarların ayrılmasını təklif etmişdir. == Tədbirlər == 2013-cü ildə Azərbaycanda ilk dəfə qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival baş tutmuşdur.
Funksiyanın qrafiki
Riyaziyyatda bir f funksiyanın qrafiki, bütün ( x, f ( x)) sıralı cütlərinin meydana gətirdiyi bir qrafikdir. Elm, mühəndislik, texnologiya, maliyyə və digər sahələrdə qrafiklər bir çox məqsəd üçün istifadə edilir. == Nümunələr == === Bir dəyişənli funksiyalar === Bir dəyişənli funksiyanın qrafiki belədir: f ( x ) = { a , x = 1 i c i n d , x = 2 i c i n c , x = 3 i c i n . {\displaystyle f(x)=\left\{{\begin{matrix}a,&{\mbox{ }}x=1{\mbox{ }}icin\\d,&{\mbox{ }}x=2{\mbox{ }}icin\\c,&{\mbox{ }}x=3{\mbox{ }}icin.\end{matrix}}\right.} Buradakı sıralı cütlər belə ifadə edilir: {(1, a), (2, d), (3, c)} Həqiqi ədələr olan üçüncü dərəcədən bir çoxhədliin qrafiki belədir: f ( x ) = x 3 − 9 x {\displaystyle f(x)={{x^{3}}-9x}\!\ } Bunun sıralı cütləri belə ifadə edilir: {( X, x 3 -9 x): x, bir həqiqi ədəddir}.Bu çoxluq əgər karteziyan koordinant sistemində çəkilərsə, yandakı şəkildəki kimi bir əyri olar. === İki dəyişənli funksiyalar === Bütün həqiqi ədədlər triqonometrik funksiyanın qrafiki belədir: F ( x, y) = sin ( x 2 ) · cos ( y 2 )Bunun verilənlər: {( X, y, sin ( x 2 ) · cos (' 'y 2 )): x və y, həqiqi ədədlərdir. Bu çoxluq əgər karteziyan koordinant sistemi ndə çəkilərsə, yandakı şəkildəki kimi bir səth olar. İki ölçülü (X, Y) karteziyan koordinat sistemindəki bu çoxluqda, üçüncü koordinat (Z) ilə birlikdə görmək üçün rəng istifadə edilər. === Normalın qrafiki === x = x 1 , … , x n {\displaystyle x=x_{1},\dotsc ,x_{n}} formasında n dəyişənli bir f funksiyasının normalinin qrafiki belədir: ( ∇ f , − 1 ) {\displaystyle (\nabla f,-1)} (Bir sabit ilə hasili). Bunu görmək üçün, g ( x , z ) = f ( x ) − z {\displaystyle g(x,z)=f(x)-z} funksiyasının bir kümedeki qrafikini göz qarşısında saxlamaq və çoxluqda ∇ g {\displaystyle \nabla g} normalından istifadə etmək lazımdır.
Qraviti Fols
Qraviti Fols (ing. Gravity Falls) — Aleks Hirş(en) tərəfindən yaradılmış ABŞ istehsalı cizgi serialı. Seriyalar 15 iyun 2012-ci ildən, 15 fevral 2016-cı ilə qədər Disney Channel və Disney XD kanallarında nümayiş olunub. Serialda Dipper Payns (ing. Dipper Pines) və əkiz bacısı Meybl Paynsın (ing. Mabel Pines) yay tətili üçün, Oreqonun müəmmalı, paranormal insidentlərin baş verdiyi, fövqəltəbii varlıqların yaşadığı Qraviti Fols qəsəbəsində yaşayan əmisi Stengilə (ing. Stan Pines) yollandıqdan sonra orada baş verən hadisələrdən bəhs olunur. Uşaqlar Stenin sahib olduğu "Sirli daxma" (ing. The Mystery Shack) adlı turist tələsini işlətməkdə ona kömək edirlər və qəsəbədə baş verən sirləri araşdırırlar. 20 noyabr 2015-ci ildə Hirş, serialın iki sezonla yekunlaşacağını bildirdi, və bunun "öz seçimi olduğunu, ləğv olunmadığını – serialın artıq sona çatdığı" dedi.
Vaxt qrafiki
Vaxt qrafiki, hadisələrin siyahısının xronoloji ardıcıllıqla göstərilməsidir. == Növləri == Vaxt qrafikləri üçün bir çox vizual üsulları var. == Vaxt qrafiklərinin istifadəsi == Vaxt qrafikləri, bir mövzu üçün tarixi hadisələrin və meyllərin ardıcıllığını və ya xronologiyasını anlamaqda tələbələrə və tədqiqatçılara kömək etmək üçün təhsildə istifadə olunur. === Tarixi araşdırmalarda === Vaxt qrafikləri, tarixin öyrənilməsi üçün faydalıdır, çünki zaman keçdikcə bir dəyişiklik hissi verir. Aşağıdakı nümunələri görə bilərsiniz: Azərbaycan tarixinin qrafiki Vətəndaş hüquqları hərəkatının qrafiki Avropa araşdırmalarının qrafiki İmperializmin qrafiki Günəş Sistemi araşdırma qrafiki Amerika Birləşmiş Ştatları tarixinin qrafiki Birinci Dünya Müharibəsinin Zaman Çizelgesi Dinin qrafiki === Təbiət elmlərində === Vaxt qrafikiəri, astronomiya, biologiya və geologiya kimi mövzular üçün təbii dünyada və elmlərdə də istifadə olunur. === Layihə menecmentində === Layihə menecmenti üçün arı bir zaman qrafiki istifadə olunur. == Həmçinin bax == Xronologiya Kro‌noZum — Böyük Tarixin vaxt qrafiki görüntüləmək üçün açıq mənbə layihədir.
Kvadratik funksiyanın qrafiki
Kvadratik funksiyanın qrafikində 4 düstur var: 1) y=ax2 burada a 1-dən böyük olarsa parabola daralır, 1-dən kiçik olarsa genişlənir. a mənfi olarsa parabolanın üzü aşağı, müsbət olarsa yuxarı olur. 2) y=x2+n əgər burada n mənfi olarsa parabola ordinat(oy) oxu üzərində aşağı, müsbət olarsa yuxarı sürüşdürülür. 3) y=(x-m)2 burada m müsbət olarsa parabola absis(ox) oxu üzərində sola, mənfi olarsa sağa sürüşdürülür. 4) y=a(x-m)2+n bu düstur yuxarıdakı 3 düsturun ümumiləşmiş formasıdır.
Qrafiki istifadəçi interfeysi
Qrafik istifadəçi interfeysi (ing. Graphical User Interface; GUI) — istifadəçi interfeysinin bir növüdür. Bu interfeysdə istifadəçiyə displeyin ekranında təqdim olunan interfeys elementləri (menyu, düymələr, simgələr, siyahılar və s.) qrafik görüntülər şəklində olur. Komanda sətri interfeysindən (COMMAND-LINE INTERFACE) fərqli olaraq, GUI-də istifadəçi ekranda görünən bütün obyektlərə (interfeys elementlərinə) giriş qurğuları (klaviatura, siçan, coystik və s.) vasitəsilə ixtiyari qaydada erişə və onlarla birbaşa manipulyasiya edə bilir. Hazırda GUI mövcud əməliyyat sistemlərinin və tətbiqi proqramların əksəriyyətində tətbiq olunur. Məsələn, Mac OS, GEM, Atari TOS, Microsoft Windows, Solaris, GNU/Linux, NeXTSTEP, OS/2, BeOS, Android, iOS, Bada, MeeGo kimi sistemlər qrafik istifadəçi interfeysinə əsaslanır. Tətbiqi proqram gəlişdiricilərinə GUI-interfeyslər elə mühit verir ki, kompüterlə qarşılıqlı əlaqəni həmin mühit öz üzərinə götürür. Bunun da sayəsində gəlişdirici ekrana çıxarmağın və klaviatura, yaxud siçanla daxil etməyin detallarına varmadan fikrini proqramın işlənib hazırlanmasına cəmləşdirə bilər. Bundan başqa, proqramçılar tez-tez rastlaşılan məsələləri (məsələn, verilənlər faylının saxlanması) həmişə eyni qaydada emal edən proqramlar yaratmaq imkanı əldə edirlər, çünki interfeys pəncərələr və dialoqlar şəklində olan standart nəzarət mexanizmlərini nəzərdə tutur. GUI-interfeysin başqa üstünlüyü ondan ibarətdir ki, onun üçün yazılmış tətbiqi proqramlar qurğulardan asılı olmur: interfeysə yeni giriş və çıxış qurğularının (məsələn, böyük ekranlı monitor və ya optik yaddasaxlama qurğusu) dəstəklənməsi əlavə edilirsə, tətbiqi proqram heç bir dəyişiklik olmadan bu qurğulardan istifadə edə bilər.
Qrafit əsaslı materiallar
Qrafleks (ing."flexible graphite ") - çevik qrafit - və ya penoqrafitdir. == Alınması == Bu maddəni almaq üçün qrafit tozuna nitrat turşusu hopduraraq, onu reduksiyaedici mühitdə sürətlə qizdirirlar. Bu zaman nitrat turşusu parçalanır və alınan qazların təzyiqi altında layları bir-birindən ayrılaraq köpüklənir. Alınmış yüksək məsaməli, əyilə bilən materialı yaxıb, ştamplayırlar. == İstifadə sahəsi == Qrafleks korroziyaya uğramır və yüksək temperatur zonalarında rezin və metal istifadə etmək mümkün olmadıqda, doldurucu kimi istifadə olunur. == Şüşəkarbon == Fenolformaldehid qatranını hava daxil olmadan 800oC-də pirolizə uğratdıqda şüşəkarbon alınır. Bu material turşu və əsaslara qarşı davamlıdır. Ondan hazırlanmış qablar bir çox xassələrinə görə platindən üstündür. == Piroqrafit == Mühüm konstruksiya materiallarından biri də piriqrafitdir. Piroqrafit təbii qrafitin sıxılmasından alınan yüksəkdavamlı materialdır.
Geosiyasi dəyişikliklərin qrafiki (2000-indiki)
Bu, 2000-ci ildən bəri dünyanın" ölkələrdə və paytaxtlarda dəyişikliklərin qrafiki " dir. Buraya müstəqillik, ölkə adının dəyişdirilməsi, paytaxt və ya adın dəyişdirilməsi və ərazinin dəyişdirilməsi ilhaq, güzəşt, güzəşt, işğal və ya ayrılma Torpaq. Müharibə nəticəsində ərazi fəthləri hərbi kampaniya başa çatdıqdan sonra zaman çizelgesine daxil edilir, lakin xüsusi döyüşlərdə və gündəlik əməliyyatlarda dəyişikliklər ümumiyyətlə daxil edilmir. Hava məkanında və dəniz ərazisində dəyişikliklər yalnız mübahisə mövzusu olduqda daxil edilir.
2019–20 koronavirus pandemiyası verilənləri/Azərbaycanda tibbi hallar qrafiki 2021
Kiril qrafikalı Azərbaycan əlifbası
Kiril qrafikalı Azərbaycan əlifbası (azərb-kiril. Кирил графикалы Азәрбајҹан әлифбасы) — Azərbaycan dilinin yazıldığı üç qrafikadan biri. Digərləri latın və ərəb qrafikalarıdır. == Tarixi == Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkcəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanmışdır. Səlcuq və Osmanlı türkləri X əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuşdular. Ərəb əlifbası türk dilləri üçün tam uyğun əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur. 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929–1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939–1991-ci illərdə isə kiril əlifbasından istifadə olunmuşdur.
Latın qrafikalı Azərbaycan əlifbası
Latın qrafikalı Azərbaycan əlifbası — Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası. Latın əlifbasının bir modifikasiyasıdır, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır. == Yaranma tarixi == Əlyazmalar İnstitutunda Mirzə Fətəli Axundovun (1812–1878) çap olunmuş və çap olunmamış əlyazmalarının arxivi var. Axundov teatr və dram əsərləri yazmasına baxmayaraq onun əlifba düzəlişinə böyük təsiri olmuşdur. Axundov Tiflisdə tərcüməçi kimi fəaliyyət göstərmiş və əlifba düzəlişi işinə 1850-ci ildən başlamışdır. Onun ilk cəhdi ərəb yazısının dəyişdirilməsi üzərində cəmlənmişdir ki, bu, Azərbaycan dilinin fonetik tələblərinə daha uyğun olacaqdı. Əvvəlcə Axundov hər bir səsin ayrı hərf tərəfindən ifadə (ikiləşdirmə və məhəl qoymama olmaması şərti ilə) olunması fikri üzərində dayandı. Belə ki, ərəb əlifbasında 3 sait səs olduğu halda Azərbaycan əlifbasında 9 sait səs olmalı idi. Daha sonra Axundov yazını onun sürətini aşağı salan nöqtələrdən və ilmələrdən azad eləmək istəyirdi. Üçüncüsü, əgər yazı davamlı olaraq hərflər qırılmadan yazılsa yazı yazmaq asanlaşar.
Ərəb qrafikalı Azərbaycan əlifbası
Ərəb qrafikalı Azərbaycan əlifbası və ya Əbcəd (ابجد) — Azərbaycan dilinin yazılmasına ərəb qrafikasının bir variantı ilə başlanılmış əlifba. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub. Azərbaycan Respublikası ərazisində 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə edilib. Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından hazırda da istifadə edirlər. == Xüsusiyyətləri == Ərəb əlifbasında türk dillərinin saitlərini əks etdirən xüsusi işarələrin olmaması, bir neçə səsin bir işarə ilə yazılması həmin əlifbanın türk dillərinin əlifbası kimi işlədilməsində zaman-zaman müəyyən çətinliklər meydana çıxarmışdır. Azərbaycan dili üçün də bu çətinliklər mövcud olmuşdur. Ərəb əlifbasının istifadəsindən irəli gələn nöqsanlar əsasən aşağıdakıları özündə birləşdirir: 1) Azərbaycan dilində olan bir sıra fonemlərə uyğun gələn səslərin ərəb dilində yalnız tələffüzə görə fərqlənməsi nəzərə alınaraq onların əlifbada bir neçə işarə ilə ifadə olunması (məsələn: v, s, y, z, t, h); 2) ərəb əlifbasında işlədilən hərflərin sözdə işlənmə yerindən asılı olaraq bir qisminin dörd, digər qisminin 2 işlənmə şəklinin olması; 3) ərəb əlifbasındakı 28 hərfdən 16 hərf müstəqil işarəyə malik idi. Qalan 12 hərf diakritik işarələrlə bir-birindən fərqləndirilirdi; 4) ərəb əlifbasında Azərbaycan dilinin saitlərini ifadə etmək üçün müxtəlif diakritik işarələrdən istifadə olunurdu; ərəb əlifbasında cəmi dörd sait üçün işarə vardır, bu dörd işarə də işlənmə yerinə görə müxtəlif səsləri ifadə edə bilirdi; 5) yazı prosesində istifadə edilən əlavə işarələrin orfoqrafik və orfoepik səhvlərin buraxılmasına səbəb olması; 6) imla qaydalarını yaratmaqda, habelə tədris işində çətinliklər. == Əlifba == Aşağıdakı cədvəl, Ərəb əlifbası tərtibi ilə düzülüb və Latın əlifbasında yaxın olan qarşılıqları göstərir.
Kiril qrafikalı əlifbalı dillər siyahısı
Kirill qrafikalı əlifbalı dillər siyahısı — kiril qrafikası əsasında əlifbası olan və ya olmuş dillərin siyahısı. == Hind-Avropa dilləri == Baltik dilləri Litva dili (XIX əsr sonu — 1904, latın qrafikası ilə yanaşı) Hind-ari dilləri Hind-ari dilləri Qaraçı dili (Serbiya və SSRİ-də 1927-ci ildən) İran dil qrupu Beluc dili (Türkmənistan 1980-ci ildən) Kürd dili (SSRİ ərazisində 1946-cı ildən, hal-hazırda parktiki olaraq istifadə edilmir) Osetin dili (XVIII əsr — 1924; 1938-ci ildən) Tacik dili (1940-cı ildən) Dağ yəhudiləri dili (1938). Azərbaycanda 1990-cı ildən latın qrafikindən istifadə edilir) Şuqnan dili (1980-ci ildən) Yaqnob dili (1990-cı ildən) Roman dilləri Moldovan dili (1932-ci ilədək; 1937–1989 illərdə Moldovada; Dnestryanı bölgədə indiyədək) Rumın dili (1860-cı ilədək) Ladino dili Bolqarıstanda çap edilən bəzi sefard nəşrlərində. Slavyan dilləri Belorus dili Bolqar dili Makedon dili (1945-ci ildən) Poles dili (1988-ci ildən) Polyak dili (XIX əsr ortalarından cəhd edilir) Rusin dili Rus dili Serb dili Ukrayna dili Qədim slavyan dili Kilsə slavyan dili == Qafqaz dilləri == Abazin dili (1938-ci ildən) Abxaz dili (1862–1926; 1954-cü ildən) Avar dili (XIX əsrdə ərəb qrafikası ilə paralel; 1938-ci ildən) Aqul dili (1990-cı ildən) Adıgey dili (1938-ci ildən) Arçin dili (2000-ci ildən cəhd edilir) Axvax dili (1980-ci ildən cəhd edilir) Dargin dilləri (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1938-ci ildən) İnquş dili (1937-ci ildən) Kabardin-çərkəz dili (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1936-cı ildən) Qubaçi dili (1990-cı ildən cəhd edilir) Lak dili (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1938-ci ildən) Ləzgi dili (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1938-ci ildən) Rutul dili (1990-cı ildən) Tabasaran dili (1938-ci ildən) Udin dili (1990-cı ildən latın qrafikası ilə paralel cəhd edilir) Xınalıq dili (1990-cı ildən cəhd edilir) Saxur dili (1990-cı ildən, latın qrafikası ilə paralel) Sez dili (1993-cü ildən) Çeçen dili (1938-ci ildən, 1991–2000-ci illərdə həmçinin latın qrafikası) == Çin-Tibet dilləri == çin qolu Dunqan dili (1953-cü ildən) == Çukot-kamçat dilləri == İtelmen dili (1980-ci ildən) Koryak dili (1937-ci ildən) Çukot dili (1937-ci ildən) == Monqol dilləri == Buryat dili (XIX əsr sonu — XX əsr əvvəli, monqol qrafikalı ilə paralel; 1939-cu ildən) Kalmık dili (1924–1930; 1938-ci ildən) Monqol dili (1940-cı ildən) Daur dili (1957-ci ildən cəhd edilir) == Tunqus-mancur dilləri == Nanay dili (XIX əsr sonu cəhdləri; 1928–1929; 1937-ci ildən) Negidal dili (2009-cu ildən) Orok dili (2008-ci ildən) Oroçi dili (2000-ci ildən) Sibin dialekti (1957-ci ildən cəhd edilir) Udegey dili (1937-ci ildən) Ulçi dili (2001-ci ildən) Evenk dili (XIX əsr sonundan cəhd ; 1937-ci ildən) Even dili (1937-ci ildən) == Türk dilləri == Azərbaycan dili (1939–1991; 1991–2001-ci illərdə paralel surətdə latın qrafikası ilə birgə.
Yaponiyada latın qrafikalı əlifbanın qəbul edilməsi təklifi
Romaciron (ローマ字論) – yapon dilinin ənənəvi yazı sisteminin (kanci və kana) latın qrafikasına əsaslanan yazı sistemi (romaci) ilə əvəz olunması təklifi. Yapon dilinin romanizasiya üçün Hepbörn, Nihon-şiki və Kunrey-şiki sistemləri təklif olunmuşdur. Meyci dövründən etibarən Yaponiyada latın qrafikalı əlifbanın qəbul edilməsi üçün bir çox cəhd və təklif başa tutsa da, romaci bir çox səbəbə görə heç vaxt Yaponiyada əsas yazı sistemi kimi qəbul olunmamışdır: kanci və kananın yapon mədəniyyətinin bir hissəsi kimi qəbul olunması; əhalinin ənənəvi yazı sisteminə uzun müddətdir ki, öyrəşməsi; romanizasiya üçün istifadə olunacaq sistemin seçilməsi barədə konsensusun əldə olunmaması əsas səbəblərdir. İkinci Dünya müharibəsindən sonra Yaponiyanı işğal altında saxlamış ABŞ rejimi yapon yazı sistemində romacini qəbul etdirmək üçün cəhdlər göstərsə də, uğursuz olmuşdur. == Edo dövrü == Yapon dilinin yazı islahatına ehtiyac olduğunu düşünən ilk şəxslər XVII əsrdə yoqakuşalar (Qərb ölkələrini öyrənən alimlər) olmuşdurlar. Aray Hakuseki 1715-ci ildə yazdığı "Seyyo kibun" adlı əsərində 1708-ci ildə Yakuşima adasına ayaq basmış italyan keşiş Covanni Battista Sidotti ilə söhbətlərini təsvir etmiş və əlifba sisteminin rahatlığı haqqında fikirlər yazmışdır. Buna baxmayaraq, o, Yaponiyanın xarici yazı sistemini qəbul etməli olduğunu deməmişdir.XVII əsrdə bir çox ranqaku alimi (Hollandiya vasitəsilə xarici ölkələri öyrənən alimlər) holland dilini öyrənmiş və əlifba sisteminin rahat olduğunu bildirmişdir. Hətta belə alimlərdən biri olan Honda Toşiaki 1798-ci ildə yazdığı "Seyiki monoqatari" əsərində Qərb yazısının istifadə olunmasını təklif etmiş, bu yazının kanadan daha rahat olduğunu və Qərb ölkələri ilə əlaqə saxlamağı asanlaşdıracağını demişdir. == Meyci dövrü == 1868-ci ildə baş vermiş Meyci islahatından sonra bir çox şəxs Yaponiyanın ənənəvi yazı sisteminin dəyişdirilməsini təklif etmişdir. Xüsusilə, Yaponiyanın Qərb ölkələri ilə eyni səviyyədə olmasını arzu edən və Avropa sivilizasiyalarını öyrənən universitet tələbələri və müəllimləri romacinin qəbul edilməsini dəstəkləmişdirlər.Yaponiyada romacinin milli yazı kimi qəbul edilməsini təklif edən ilk şəxs Nambu Yoşikazu olmuşdur.