Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rüxsarə Ağayeva
Rüxsarə Ağayeva (20 fevral 1915, Bakı – 26 noyabr 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR Əməkdar artisti.
Rüxsarə Mirzəbəyova
Rüxsarə Hadi qızı Mirzəbəyova (1909 - 1977)—pianoçu. == Həyatı == Otuzuncu illərdə qadınlar arasında pianoda gözəl muğam ifaçıları vardı. Rüxsarə Mirzəbəyova da onların sırasında idi. == Ailəsi == Mahir pianoçu Gülşən Mirzəbəyovanın 70 illik yubleyi olub. Tədbiri Yaradıcılıq Fondunun sədr müavini, əməkdar incəsənət xadimi Rafiq Kaşanlı açaraq Gülşən Mirzəbəyovanın yaradıcılığından bəhs edib. Onun “Ər və arvad” operettasının musiqi notlarının yenidən bərpa edilməsində göstərdiyi xidmətlərindən danışıb, Fondun idarə heyətinin təbrik məktubunu səsləndirib. Xalq artisti Flora Kərimova öz çıxışında bildirib ki, onun yenidən səhnəyə qayıtmasına Gülşən Mirzəbəyovanın da çox böyük təsiri olub: “Hər bir insan istedadlı sənətkar ola bilər. Ancaq həm yaxşı insan, həm də istedadlı sənətkar olmaq hər adama qismət olmur. Gülşən Mirzəbəyova çox istedadlı musiqiçi olmaqla yanaşı, eyni zamanda da səxavətli dost, mehriban insan, gözəl anadır”. Tədbirdə çıxış edən əməkdar artist Rəsmiyyə Sadıqova Gülşən Mirzəbəyova yaradıcılığında, onun musiqilərində hər zaman bir fərqlilik duyulduğunu qeyd edib.
Yupşara
Yuşpara — Abxaziyanın şimal hissəsində yerləşən çay. == Ümumi məlumat == Ritsa gölündə birləşib və Geqa çayına tökülür. Qara dənizə tökülən Bzıb çayının hövzəsinə aiddir. Çayın ümumi uzunluğu 12,6 km, kanalın orta mailliyi 48,7 m/km-dir. Çay hövzəsinin sahəsi 170 km²-dir. Yupşara çayına ən çox axıntı may ayında (su axını — 29,6 m³/s), ən az dolu fevralda olur (0,94 m³/s). Çay boyunca Ritsa gölünə avtomobil yolu keçir. Turistlərə çox marağlı idi tez-tez səyahət edirdilər. Çayın yeraltı kanalı var, ona görə də isti mövsümdə yerüstü kanal bir neçə kilometr quru qalır. Yupşara üzərində 11 körpü tikilib.
Buxara
Buxara (özb. Buxoro) — Özbəkistanın qədim şəhəri. Tarixi yerlərlə zəngin olan Buxara şəhərində təqribən 140 memarlıq abidəsi var. 31 avqust 2016-cı il tarixinə olan məlumata əsasən şəhər əhalisi 247,644 nəfər təşkil edir ki, bu da onu əhalisinin sayına görə Özbəkistanın beşinci ən böyük şəhəri edir. Əhalinin əksəriyyətinin ana dili Özbək dilidir. Böyük ipək yolu üzərində yerləşən bu şəhər uzun müddət ticarət, elm, mədəniyyət və din mərkəzi kimi fəaliyyət göstərmişdir. UNESCO təşkilatı Buxaranın tarixi mərkəzini (bir çox məscid və mədrəsələrdən ibarətdir) Ümumdünya irsi siyahısına daxil etmişdir. == Adları == Buxara şəhəri 19-cu və 20-ci əsr ingilis nəşrlərində Boxara, Xan çincəsində isə Buhe və ya Puhe şəklində adlandırılmışdır.İranika Ensiklopediyasında yazılana əsasən "Buxara" adı soqd dilində "bərəkətli torpaq" mənası verən βuxārak sözündən törəmişdir.X əsr Orta Asiya tarixçisi Əbu Bəkr Narşahi özünün "Buxara tarixi" əsərində belə yazmışdır: "Buxaranın bir çox adı var. Bu adlardan biri də Numiykatdır. Bəzən "Bumikat" da adlandırılır.
Duşara
Duşara, Dusares olaraq da tərcümə olunur. İsalamdan öncə ərəblərin ibadət etdiyi tanrı həmçinin Nəbatilərin Petra və Mədain Saleh şəhərlərinin hamisi olan şərab tanrısıdır. == Etimologiya == Duşara, ilk olaraq dwsrʾ şəklində adını yazan epiqrafik Nəbati qaynaqlarından bəllidir , Nəbati yazısı yalnız samitləri ifadə edir. Klassik Yunan qaynaqlarında Δουσάρης ( Dousáres ) və Latın dilində Dusares olaraq qarşımıza çıxır . Əsil mənası mübahisəlidir, ancaq erkən dövr Müsəlman tarixçi İbn əl-Kəlbi , "Bütlər kitabı"ndaki adını Dhūl-Šarā ( ərəb. ذو الشرى‎) şəklində açıqlayır,ehtimal ki, "Şara"dan biri mənasını verir; Şara Ölü dənizin cənub-şərqində dağlıq bir ərazidir. Bu şərh doğrudursa Duşara adına uyğun bir çox müvafiq adlar olmalı idi, ancaq həm adın tam şəkli həm də şərhi mübahisəlidir. == İbadət == Yunanıstan dövründə Zeus ilə əlaqələndirilirdi, çünki həm Nəbati panteonunun baş tanrısı həm də Dionis idi . İtaliyanın qədim liman şəhəri olan Pozzuolidə Duşara üçün kilsə aşkar edilmişdir . Şəhər Yaxın Şərqlə ticarət üçün mühüm bir yerdə yerləşirdi və E.Ə. 1-ci əsrin ortalarında bir Nəbati varlığı olduğu bilinir.
Ruasar
Ruasar (fr. Roissard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38342. Kommunanın 1999-cu il üçün əhalisi 193 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km cənubda yerləşir.
Nutsara Tomkom
Nutsara Tomkom (7 iyul 1985) – 2016-cı ildən Fənərbaxçanın şərəfini qoruyan toppaylayıcısı. == Karyerası == Nutsara karyerasına ölkəsinin Vatbangkhongnoy klubunda başlamışdır. Azərbaycandakı karyerası isə 2010-cu ilə təsadüf edir. Azərreyl Bakıya transferindən sonra voleybolçu uğurlu çıxışı ilə diqqət çəkməyə başlamışdır. Bu səbəbdən də klubu ilə yeni müqavilə imzalayıb 2011–12 mövsümünü də Azərreyldə keçirmişdir.Tomkom 2012–13 mövsümünü də Bakıda keçirmişdir. Belə ki, o Azərreyli digər bir Bakı klubu İqtisadçıya dəyişmişdir. 2013-cü ildə dünyanın ən yaxşısı seçilmişdir. Burada Azərbaycan çempionatının gümüş medallarına da yiyələnən voleybolçu Azərbaycandakı legioner həyatını sonlandırmamağı qərara almışdır.2013-cü ildə Rabitə Bakıya transfer olunan voleybolçu burada bir-birindən dəyərli təcrübələr qazanmışdır. Rabitədə karyerasında ilk dəfə olaraq Çempionlar Liqasının "dördlər finalı"nda oynayan voleybolçu komandası ilə birlikdə üçüncülük yaşaması ilə yanaşı bir şəxsi mükafat da qazanmışdır.
Buxara Atalığı
Buxara atalığı və atalıq, həmçinin Böyük atalıq özb. Buxoro otalig'i, Otaliq) — Buxara xanlığında 1601-1753-cü illərdə Həştərxanilər sülaləsinin hakimiyyəti ilə başlayan vəzir və ali hörmətli rütbəyə bərabər tutulan dövlət vəzifəsi. 1601-1753-cü illərdə mövcud olmuşdur. Atalıq - xanın əmisi və ya tərbiyəçisi kimi tərcümə olunur, özbək dilindən tərcümədə "atanın yerini tutmaq" deməkdir. Ənənəvi olaraq bu hüquq xüsusilə hörmətli və alicənab insanlara verilirdi. Bənzər bir ad (titul) - Atabəy Azərbaycanda da mövcud idi. == Tarixi == Qızıl Ordada (1224-1483) taxtın varisinin yanında ən yüksək məmur olaraq atalıq adı xüsusilə şərəfli və hörmətli olanlara verildi. Daha sonra "atalıq" varis olan gənc sultanların hamisi və tərbiyəçisi idi. == Buxara xanlığında titul == Atalıq adı Özbək xanlığında istifadə edilmişdir (1428-1468). Əbülxeyr xanın nəvəsi - Şeybani xan tərəfindən Mavərənnəhrin fəthindən sonra Şeybani dövlətində bu titul tətbiq edildi.
Buxara döyüşü
Buxara döyüşü — Göytürk-Sasani ittifaqı ilə Ağ Hun imperiyası arasında baş vermis döyüşdür. Döyüş sonunda Ağ Hun imperiyası dağıdılmış və torpaqları Ceyhun çayı sərhəd olmaqla göytürklər ilə sasanilər arasında paylaşılmışdır. == Arxa plan == Göytürklərin Çindən Aralıq dənizinə uzanan İpək yoluna hakim olmağa başlamasıyla birlikdə qərbdə Ağ Hun imperiyası ilə qonşu halına gəldilər. Ağ Hun imperiyası 350-ci ildən bəri Şimali Əfqanıstan və Məvaraünnəhr bölgələrində mövcudiyyətini davam etdirməkdə və İpək yolu ticarətini əlində tutmaqda idi. Bu bögələri əlində tutmaq üçün də Sasani imperiyası ilə davamlı toqquşma içərisində idilər. Bu dövrdə böyük güc olaraq ortaya çıxan gpytürklər də bu böldələri ələ keçirmək və İpək yolu ticarətini nəzarət altına almaq istəyirdilər. == Döyüş == Bunun üçün İstəmi Yabqu komandanlığındakı Göytürk ordusu 556-cı ildə Ağ Hun imperiyasına qarşı hücuma keçdi. Şərqdə Göytürk, qərbdə də Sasani hücumları qarşısında çətin vəziyyətdə qalan Ağ Hun imperiyası 555 və 558-ci illərdə Çindəki Qərbi Vey dövlətinə elçi göndərərək ittifaq təklif etdi. İstəmi Yabqu isə buna cavab olaraq Sasani imperiyası ilə ittifaq qurmaq fikrinə düşdü. Bunun üçün də qızını Sasani imperatoru I Xosrov ilə evləndirdi.
Buxara karvansarası
Buxara karvansarası — Bakının tarixi hissəsində İçəri Şəhərdə yerləşən, XV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. == Haqqında == XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir. 1964-cü ildə aparılmış bərpa işləri karvansara binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur. Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib.
Buxara karvansarayı
Buxara karvansarası — Bakının tarixi hissəsində İçəri Şəhərdə yerləşən, XV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. == Haqqında == XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir. 1964-cü ildə aparılmış bərpa işləri karvansara binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur. Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib.
Buxara papaq
Buxara papaq — Azərbaycanın milli papaq növü. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqələri Buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa "Şiş papaq" və ya "bəy papaqları" da deyilirdi. Buxara papaqların hündürlüyü 11 santimetrdən çox olmurdu. Buxara papaqlarının hazırlanma texnologiyası digərlərinindən fərqlidir. Üç qaragül cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, onda quzunun dərisinin üzərindəki düyünlər açılır, onda isə həmin dəridən bu papağı tikmək mümkünsüz olur. Onun dəyəri də dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır.
Buxara vilayəti
Buxara vilayəti — Özbəkistanda vilayət. Sahəsi 40,3 min km2, əhalisi 1,7 milyon (2011). 13 rayonu, 10 şəhəri, 3 şəhər tipli qəsəbə var. Mərkəzi Buxara şəhəridir. == Təbiət == Səthi şimal-qərbə doğru azmeyilli düzənlikdir. Ərazinin çox hissəsini Qızılqum səhrası tutur. Vilayətin şimalında Kulcuktau (785 m) dağları, cənub-şərqində Zərəfşan çayının geniş dərəsi uzanır. Mühüm çayı olan Zərəfşandan və Türkmənistan Respublikası ilə sərhəddəki Amudərya çayından suvarmada istifadə edilir. Şor göllər var. Suvarılan rayonlarda (torpaq fondunun təqribən 2%-i) çəmən, allüvial, bataqlıq-çəmən, səhra-otlaq rayonlarında açıq-boz, qumlu və s.
Buxara xanlığı
Buxara xanlığı (özb. Buxoro Xonligi) — Buxara və bu günki Özbəkistan ətraflarında mövcud olmuşdur. Şeybani hakimiyyəti, Aştarhan hakimiyyəti (Canı hakimiyyəti) və Mangit hakimiyyəti olmaqla üç dövrü əhatə etmişdir. == Şeybani xanlığı == Şeybani xanlığı (1428–1468, 1500–1599), Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və özbəkləri idarə edən Əbu ül Xeyir tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymur İmperatorluğu tərəfindən yıxılmışdır. Sonra 1500-cü ildə Məhəmməd Şeybani Xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir. === Şeybani xanları === Məhəmməd Şeybani (1500–1510) Köçkuncu (1510–1531) Müzaffərrəddin Əbu Səid (1531–1534) Əbul Qazi Ubeydallah (1534–1539) I Abdallah (1539–1540) Əbdüllətif (1540–1552) Novruz Əhməd (1552–1556) I Pir Məhəmməd (1556–1561) İsgəndər (1561–1583) II Abdallah (1583–1598) Abdül Mömin (1598–1598) II Pir Məhəmməd (1598–1598) == Həştərxan hakimiyyəti (Canı hakimiyyəti) == Həştərxan hakimiyyəti (Canı hakimiyyəti) Buxara Xanlığı (1599–1785) kimi xatırlanır. Həştərxan hakimiyyəti 1599-cu ildə Canıbəyin oğlu Din Məhəmməd (Baqi Məhəmməd) tərəfindən qurulmuş və bu hakimiyyət 1804-cü ildə tamamilə yıxılmışdır.
Buxara yürüşləri
Buxara yürüşləri - Rusiya qoşunlarının 1866-1868-ci və 1870-ci illərdə Buxara əmirliyinə qarşı hərbi ekspedisiyaları. == Yürüşlərin səbəbləri == Rusiya Krım müharibəsindən (1853-1856) sonra Mərkəzi Asiya və Qazaxıstanda öz işğalçılıq siyasətini xeyli genişləndirdi. Rusiya və İngiltərə Mərkəzi Asiya və Qazaxıstanı öz nüfuz dauirələrinə çevirmək uğrunda kəskin mübarizə aparırdılar. Buxara xanlığının Kokandın köməyinə gəlməsi ruslara bu torpaqlara yürüş üçün də bəhanə yaratmışdı. Buxara əmirliyi ilə toqquşmaya əsas səbəb də general-mayor M.Q.Çernyayevin komandanlığı altında rus qoşunları tərəfindən Mərkəzi Asiyada hakim strateji məntəqənin - Kokandın Daşkənd qalasının istila edilməsi oldu. Buna cavab olaraq Buxara hakimiyyətinin sərəncamı ilə əmirin yanına göndərilmiş Rusiya elçiliyi və bütün rus tacirləri həbs edildi. Rusların əmir Müzəffərəddinin qoşunlarını məğlub etməsi və əmirliyin ərazisinin bir hissəsinin, o cümlədən Xocənt, Ura-Tübə, Cizak şəhərlərinin işğalı (1866) Buxara tərəfini sülh danışıqlarına başlamağa məcbur etsə də, əmir ruslarıın şərtləri ilə razılaşmadı. 1867-ci ildə Rusiyanın Orta Asiyada işğal etdiyi bütün ərazilər Türküstan general-qubernatorluğu adı altında birləşdirildi. İmperator II Aleksandr tərəfindən müstəsna səlahiyyətlər almış general-leytenant K.P.Kaufman general-qubernator təyin edildi.. 1867-ci il 1 sentyabrda general-leytenant K.P.Kaufman Buxaraya ultimatum mahiyyətli Rusiya-Buxara sazişinin mətnini göndərdi.
Buxara yəhudiləri
Buxara yəhudiləri (ivr. ‏יהדות בוכרה‏‎, rus. Среднеазиатские евреи, Бухарские евреи) — tacik dilinin Yəhudi-tacik dilaektində danışan yəhudilərin adı.
Buxara əmirliyi
Buxara Əmrliyi (Özbəkcə: Buxoro Amirligi (1785 – 1920)), Həştərxan hakimiyyətinin son xanı olan Əbul Qazi zamanında, Məhəmməd Rəhm Xan rəhbərliyindəki Monqol mənşəli ancaq Çingiz xan soyundan olmayan Manqıtlar 1747-ci ildə Buxaranı işğal edərək 1753-cü ildə Əmrliyini elan etmişdi. Dövrün Orta Asiyanın adətinə görə Çingiz Xan soyundan gəlməyən Xan ola bilmədiyi üçün 1756-cı də "Əmir əl-Möminin" ünvanını istifadə etmişdi və 1785-ci ildə Həştərxan hakimiyyətinin Buxara xanlığına son qoymuşdur. 1747-ci ildə Nadir Şahın ölümündən sonra, Muhammad Rəhm Xan, Abulfayz Xanı və onun oğulunu öldürdülər, beləcə Cani hakimiyyətinə son qoyuldu. Bundan sonra əmrlər oyuncaq xanlara icazə verdilər, Abdul Qazi Xanın ölümündən sonra Mir Günahsız Şah Muradın taxta çıxması üçün imkan yarandıManqıtler zamanında xanlığın sərhədləri daralmağa başladı və XIX əsrin sonlarına doğru mərkəz olan Buxaraın da ruslar tərəfində işğalından sonra Buxara xanlığı Rus boyunduruluğuna keçdi və 1920-ci ildəki Sovet işğalına qədər yarı müstəqil qaldı. Xanlıq torpaqları 1860-cı ilə qədər bu günkü Türkmənistanı, Özbəkistanın qərbini və Qazaxıstanın cənub-qərbini əhatə edirdi. Xivə xanlığı və Kokand xanlığı ilə birlikdə Özbək üç xanlığı olaraq xatırlanmışdır.
Ruhsar Pekcan
Ruhsar Pekcan (1958) — Türkiyəli bürokrat və Türkiyənin keçmiş Ticarət naziri. == Həyatı == Ruhsar Pekcan 1958-ci ildə Manisanın Dəmirçi rayonunda anadan olub. İstanbul Texniki Universitetinin Elektrik fakültəsini bitirdikdən sonra magistratura təhsilini də burada tamamlayıb. == Karyerası == Əmək fəaliyyətinə 1981-ci ildə Türkiyə Sənaye İnkişaf Bankında başlamış və özəl sektorda müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə o, Karon Engineering-in qurucu ortaqlarından biri oldu. O, nazirliyə gələnə qədər bu şirkətin icraçı direktoru olub. Pekcan üç dövr DEİK-Türkiyə-Suriya İş şurasının sədri vəzifəsində çalışıb. O, həmçinin Xarici İqtisadi Əlaqələr şurasının Türkiyə-İordaniya İş şurasının sədri və Türkiyə-İraq və Türkiyə-Liviya İş şuralarının icraçı heyətinin üzvü kimi fəaliyyətini davam etdirib. O, 9 iyul 2018-ci ildə Ruhsar Pekcan ticarət naziri təyin edilib. Pekcan Zehra Zümrüd Səlcuqla qurulan yeni hökumətdə iki qadın nazirdən biri olub.
Yeni Buxara
Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş. Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış. == Tarix == Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi. Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu. 1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi. O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.
Buxara Kommunist Partiyası
Buxara Kommunist Partiyası (fars. حزب کمونیست بخارا‎; rus. Бухарская коммунистическая партия; özb. Buxoro Kommunistik Partiyasi) – 1918–24-cü illərdə Buxara Xalq Sovet Respublikasında mövcud olmuş siyasi partiya. == Tarixi == Partiya 1918-ci ildə cədidizm hərakatının bir qolu kimi qurulmuşdur. Partiyanın başçıları N. Husaynovim, A. Aliyev, N. Kurbanovim, A. Turayevim və başqaları olmuşdur. Partiya 1920-ci ilin yayında ikinci Kommunist İnternasional konqresinə nümayəndə göndərmişdir16–18 avqust 1920-ci ildə baş tutmuş dördüncü partiya konqresi zamanı Buxara işçilərinə silahlı inqilab üçün hazırlaşmaq barədə müraciət edilmişdir. Türkistan Kommunist Partiyasının mərkəzi komitəsi Buxaradakı inqilaba kömək etməsi üçün silahlı döyüşçülər göndərməyə qərar vermişdir. İnqilab 23 avqust tarixində Sakar-Bazarda başlamışdır. İlk bir ay ərzində Buxara ərazisi inqilabçı qüvvələr tərəfindən ələ keçirilmişdir.
Kukeldaş mədrəsəsi (Buxara)
Kukeldaş mədrəsəsi (özb. Koʻkaldosh madrasasi) — 1569-cu ildə Buxara xanlığının paytaxtı - Buxarada (indiki Özbəkistanın Buxara vilayətinin inzibati mərkəzi) qurulmuş iki mərtəbəli Orta Asiya mədrəsəsidir. Özbək hökmdarı II Abdulla xanın (1557-1598) dövründə himayədar qardaşı və yaxın yoldaşı - Qulbaba Kukeldaş hesabına inşa edilmişdir. Orta Asiyanın ən böyük mədrəsəsidir. Yan fasadlarında tağlı açıq eyvanların tikildiyi ilk mədrəsədir. Əsas məqsəddən əlavə, mədrəsədə bəzən başqaları da olurdu: burada müəllimlər və ya tələbələrdən əlavə, yad insanlar da yaşaya bilərdi və aşağı mərtəbədəki xarici otaqları ticarət üçün istifadə edilmişdir. XVIII əsrdə mədrəsə binası hətta karvansara kimi istifadə olunurdu. Ancaq hər şeydən əvvəl, 1920-ci illərə qədər ali təhsil müəssisəsi olaraq qalmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra Mixail Frunzenin idarəsinə çevrildi, sonra müxtəlif dövrlərdə Buxara qədim abidələrin və sənət əşyalarının qorunması komissiyası Buxkomstaris, Buxara muzeyi və Regional Arxiv adı altında mövcud oldu. Mədrəsə ənənəvi olaraq Ləbi hovuz memarlıq ansamblının ən qədim binasıdır.
Şəmsi Ruhsar Xatun
Şəmsi Ruhsar Xatun (osm. شمسى روحار هاتون) (v. ən geci 1613, Konstantinopol) — Osmanlı imperiyasının 12. padşahı və 91. İslam xəlifəsi III Muradın hasəkilərindən biri. == Həyatı == Şəmsi Ruhsar Xatunun əsli haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə yunan, bəzilərinə görə isə Qafqaz əsilli zadəgan ailəsinə mənsubdur. Hərəmxana dəftərlərində Hātun binti Abd-ül-Gaffar (yəni, Əbdül Qaffaq qızı) olaraq qeyd olunur. Erkən yaşda hərəmxanaya alınaraq III Murada təqdim olunmuş, ardından onun ən sevimli hasəkilərindən biri olmuşdur. Çox keçmədən yeganə qızı Ruqiyə Sultanı dünyaya gətirmişdir.Saray ənənələrinə görə, yalnız şahzadə anaları hasəki hesab olunurdu.
Buxara Sovet Sosialist Respublikası
Buxara Sovet Sosialist Respublikası (qısaldılmış Buxara SSR və ya BSSR ) cəmi 40 gün ərzində mövcud olmuş bu dövlət Buxara Xalq Sovet Respublikasının (BXSR) varisidir. Buxara respublikanın adının özündən qaynaqlandığı dövlətin paytaxtı və ən böyük şəhəri idi. Respublikanın qalan ən böyük şəhərləri Qarşı, Termez, Cərco, Kulob, Düşənbə və Şahrisabzdır. == Ədəbiyyat == Бухарская Народная Советская Республика // = Большая советская энциклопедия. — Москва: Советская энциклопедия, 1926—1990. Бухоро Халқ Совет Республикаси // = Национальная энциклопедия Узбекистана. — Ташкент, 2000—2005. Ишанов А. И. Бухарская Народная Советская Республика. Ташкент, 1969 (библ. с.
Buxara Xalq Sovet Respublikası
Buxara Xalq Sovet Respublikası (qısaca: Buxara XSR) — dövlət, Buxara əmirliyinin 2 sentyabr 1920–ci ildə ləğvindən sonra yaranmışdır.
Türkmən Muxtar Vilayəti (Buxara XSR)
Türkmən Muxtar Vilayəti — Buxara XSR–in tərkibində, 1923–1924–cü illərdə mövcud olmuş muxtar vilayət.