Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Radioqalaktikalar
Radioqalaktikalar — Güclü radioşüalanma mənbələri olan qalaktikaları radioqalaktikalar adlandırırlar. Bir qayda olaraq onlar nəhəng obyektlərdir və sıx mərkəzi oblastda nüvə yerləşir. Nisbətən nəhəng radiqalaktikaların radiooblastda işıqlığı optik oblastda olan işıqlıqdan yüksəkdir. Radioqalaktikalarla bağlı radiomənbələr bir qayda olaraq ayrıca komponentlərdən ibarətdir (nüvə, radioqalo, radioatılmalar və ya radiocetlər). Radioşüalanmanın mexanizmi sinxrotrondur, yəni fəal nüvədən atılmış yüksək enerjili elektronların maqnit sahəsində hərəkəti hesabına şüalanma baş verir. Bu obyektlər spektrin radiooblastında şüalanmasının nisbətən çox olması ilə seçilirlər. 1946-cı ildə ingilis astronomları Hey, Fillips və Parsons metrlik dalğalarda müşahidə apararkən, təsadüfən Qu bürcündə çox güclü radioşüalanma mənbəyi aşkar etdilər. Sonra bəlli oldu ki, bu bir qalaktikadan gəlir. Radioqalaktikalar əsasən elliptik quruluşa malik olurlar. Radioqalaktikalar da Seyfert qalaktikaları kimi 2 sinfə bölünürlər: A –optik emisiyalı və B –absorbsya spektrli.