Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andaman adaları
Andaman adaları (ing. Andaman Islands) — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir. Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hal-hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır. Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hal-hazırda 100,608 nəfər yaşayır.
Andaman alabayquşu
Andaman alabayquşu (lat. Tyto deroepstorffi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Andaman dənizi
Andaman dənizi (hind अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay və ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi. Şərqdə Hind-Çin və Malay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur. Dənizin səthi temperaturası qışda 27,5-dən °C, yayda 30 °C qədərdir.
Böyük Andaman
Böyük Andaman (ing. Great Andaman) — Andaman adalarına daxil olan adalar qrupu. Qrupa 5 ada daxildir. Arxipelaqın sahəsi - 4606,5Şimaldan cənuba: Şimali Andaman — 1376 km²; Orta Andaman — 1535,5 km²; Bratanq — 238 km²; Cənubi Andaman — 1347,7 km²; Rutland — 109,3 km².3 ada qrupun ən iri adaları sayılır. İnzibati baxımdan Hindistanın Andaman və Nikobar adaları ərazisinə daxildir. Arxipelaqın inzibati mərkəzi Cənubi Andaman adasının cənub-şərqində yerləşən Port Bler şəhəridir. Böyük Andaman Kiçik Andaman adalarından cənubda yerləşir. Qrplar bir-birindən Dunkan boğazı ilə ayrılır.
Cənubi Andaman
Cənubi Andaman adası (ing. South Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Adanın cənub-şərqində ərazinin inzibati mərkəzi Port Bler yerləşir. Adanın digər hissələri isə bütünlüklə meşə ilə örtülüdür. Cənub sahillərində isə carava xalqının 100 nəfərlik bir icması yaşayır. Onlar Andaman dillərinin birində danışırlar. Ada turistlər arasında məşhurdur.. Adanın bəzi hissələrinə giriş qadağandır. Ora ancaq xüsusi insanları buraxırlar.
Kiçik Andaman
Kiçik Andaman adası (ing. Little Andaman island, hind लिटल अंदमान) — Andaman adaları qrupuna daxil sahəsinə görə 4-cü böyük ada. Sahəsi 734,39 km² təşkil edir. Arxipelaqın cənubunda yerləşir. Rutland və Böyük Andaman adalarından Dunkan boğazı ilə ayrılır. == Coğrafiya == . Adanın düzən hissələri tropik meşələrlə örtülüdür. Burada nadir dəniz tısbağalarını müşahidə etmək olar. Kiçik Andaman bəzən Böyük Andaman əks olaraq təqdim olunur. == Əhalisi == Onqelər adanın köklü əhalisi hesab edilir.
Orta Andaman
Orta Andaman adası (ing. Middle Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük ada. Arxipelaqın mərkəzində yerləşir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1535,5 km². Adada 2001-cin il məlumatına görə 54 385 nəfər yaşayır. Əhalisi əsasən Tamilnada, Kerala və Benqaliya ərazisindən gəlmişlərdən təşkil olunmuşdur. Ada əhalisi əsasən kənd təsərrüfatı ilə məşqul olur. Əsas şəhərləri— Ranqat, Billiqraund, Kadamtala, Bakultata və Bedapur. Adada yerləşən ən şimal şəhəri olan Mayabunder inzibati baxımından Şimali Andamana daxildir.
Şimali Andaman
Şimali Andaman adası (ing. Nouth Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük adalardan biri. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1376 km². Adada 42 163 nəfər yaşayır. Adanın ən böyük yaşayış məntəqəsi Diqlipurdur. == Coğrafiya == Adanın ən hündür nöqtəsi Seddl-Pik dağıdır (738 m). Şimali Andaman zəlzələlər baxımından zəngin ərazidə yerləşir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. == İqtisadiyyat == Ada iqtisadiyyatının əsasını çəltik və portağal satışından gələn gəlir təşkil edir.
Sara Radman
Sara Radman (d. 20 iyul 1993) — Almaniyanı təmsil edən bədii gimnast. Sara Radman 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sara Radman 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer və Katrin Pul ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Barren (Andaman adaları)
Barren (ing. Barren Island) — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır. == Coğrafiyası == Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir. Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır.
Andaman və Nikobar adaları
Andaman və Nikobar adaları (hind अंडमान और निकोबार द्वीप; ing. Andaman and Nicobar Islands) — Hindistanın bir hissəsi olaraq adalar birliyi ərazisidir. İnzibati mərkəz və ən böyük şəhəri Port Blerdir. Əhalisi 379 944 nəfər təşkil edir (2011). == Coğrafiya == Sahəsi 8249 km²-dir (Birlik əraziləri arasında 1-ci yeri tutur). Ərazi Hind okeanına daxil olan Benqal körfəzinin cənub-şərq hissəsində yerləşir. Onuncu Dərəcə boğazı ilə ayrılan iki adalar qrupundan ibarətdir (Andaman adaları və Nikobar adaları) ibarətdir. Adaların ümumi sayı 570-ə yaxındır, onlardan 550-i Andaman adalarına aiddir. Ərazidə olan adaların 40-a yaxınında yaşayış vardır. Bunlkardan 26-sı Andaman adaları qrupuna daxildir..
Aranjiman
Aranjiman (fr. arranger — "tərtib etmək, uyğunlaşdırmaq") — musiqi əsərini, ilkin formasından fərqli, yeni formada təqdim etmək məqsədilə hazırlama və adaptasiya etmə sənəti. Orkestrasiyadan ilkin materialın dəyişdirilməsinin — harmoniyanın dəyişdirilməsi, transpozisiyanın və modulyasiyaların tətbiqi, yeni materialın əlavə edilməsi, giriş və sonluğun əlavə edilməsinin mümkün olması ilə fərqlənir. Həmçinin, hər hansı musiqi əsərinin eyni musiqi aləti üçün daha sadə versiyasının yaradılması da aranjiman adlanır. == İstinadlar == == Xarici keçidlər == Основы аранжировки Гаранян, Георгий Арамович Аранжировка для эстрадных инструментальных и вокально-инструментальных ансамблей. — М. : Музыка, 1986. — 224 с., нот.
Radian
Radian (ixtisarı: rad; lat. radius — şüa, radius) — müasir riyaziyyatda və fizikada müstəvi bucaqların əsas ölçü vahidi. Radian, qövsün bucaq ölçüsü ilə təyin edilir. 1 rad = 180 π ≈ 57.2958 ∘ {\displaystyle 1\operatorname {rad} ={\frac {180}{\pi }}\approx 57.2958^{\circ }} Belə olduqda, tam çevrənin radianla ölçüsü 2πradiana bərabərdir. == Radianın başqa vahidlərlə əlaqəsi == Başqa bucaq ölçüləri ilə müqayisə:Dərəcə/radian çevrilmələri Radianı dərəcəyə çevirmək üçün göstərilən radianı 180 π {\displaystyle {\frac {180}{\pi }}} nisbətinə vurmaq lazımdır: 1 rad = 1 rad ⋅ 180 ∘ π ≈ 57 , 2958 ∘ {\displaystyle 1\operatorname {rad} =1\operatorname {rad} \cdot {\frac {180^{\circ }}{\pi }}\approx 57,2958^{\circ }} Nümunə: π 4 rad = π 4 ⋅ 180 ∘ π = 45 ∘ {\displaystyle {\frac {\pi }{4}}\operatorname {rad} ={\frac {\pi }{4}}\cdot {\frac {180^{\circ }}{\pi }}=45^{\circ }} .Dərəcəni radiana çevirmək üçün göstərilən dərəcəni π 180 ∘ {\displaystyle {\frac {\pi }{180^{\circ }}}} nisbətinə vurmaq lazımdır. Nümunə: 90 ∘ = 90 ∘ ⋅ π 180 ∘ = π 2 rad {\displaystyle {90^{\circ }}={90^{\circ }}\cdot {\frac {\pi }{180^{\circ }}}={\frac {\pi }{2}}\operatorname {rad} } == Riyazi analizdə radian ölçüsü == Riyazi analizdə, triqonometrik funksiyalara baxılarkən, arqument həmişə radianla ifadə edilir. Kiçik bucaqlar olduqda sinus və radianla ifadə edilmiş bucağın tangensi təxminən bu bucağın özünə bərabərdir ki, bu da yuvarlaq hesablamalar zamanı istifadə olunur: sin ⁡ α ≈ tg α ≈ α ; α ≪ 1.
Şadiman Barataşvilli
Şadiman Barataşvilli (gürc. შადიმან ბარათაშვილი) — XVI–XVII əsrlərdə Kartli çarlığında siyasi xadim. Barataşvilli saray müəllimi idi və II Luarsabın hakimiyyəti dövründə taxt-tacı ələ keçirmək istəyirdi. İkinci həyat yoldaşının vəfat etməsindən sonra Şadiman və II Luarsaba qarşı çıxan feodallar onu Georgi Saakadzeni edam etdirmək qərarını almağa vadar etmişdi. Bundan vaxtında xəbərdar olan Saakadze 1612-ci ildə İrana qaçmış və I Şah Abbasın himayəsi altında qalmışdır. == Mənbə == === Ədəbiyyat === Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh. 200, Tbilisi, 1977 Mikaberidze, Aleksandr. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015.
Şirinxanım Kərimbəyli Şadiman
Şirinxanım Ağabala qızı Kərimbəyli (Şirin xanım Kərimbəyli Şadiman; ədəbi təxəllüsü: Şadiman; 2 sentyabr 1955, Tuğay, Siyəzən rayonu) — şair-dramaturq, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Şirinxanım Kərimbəyli 2 sentyabr 1955-ci ildə Dəvəçi rayonunun hazırda Siyəzən rayonunun inzibati ərazisi sayılan Tağay kəndində anadan olub. Anadan olduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb (1978–1983). Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı İnstitutunun məzunudur (1992). 1983–1984-cü illərdə keçmiş Dəvəçi rayonunun hazırda Siyəzən bölgəsinin ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985–2007-ci illərdə ARDNŞ-nin "Mədən Geofizika" idarəsinin "Neft Daşları" Geofizika ekspedisyasında çizgiçi, texnik, mühəndis peşəsində işləyib. Həmin idarədən də 2007-ci ildən əmək təqaüdünə çıxıb. Ailəlidir.