Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
RecordTV
RecordTV — 27 sentyabr 1953-cü ildə iş adamı və media şəxsiyyəti Paulo Machado de Carvalho tərəfindən TV Record olaraq qurulmuş bir Braziliya sərbəst ticarət televiziya şəbəkəsidir.
Ariola Records
Ariola (Ariola Records və ya Ariola-Eurodisc) — 1958-ci ildə yaradılan Almaniya səsyazma leyblı. 1980-cı llərdə kompüter proqramları və oyunların yaradılması üçün studiyada "Ariolasoft" adlı filial yaradılmışdı. 1980-cı illərin sonların "Bertelsmann Music Group" kompaniyası, daha sonra "Sony Music Entertainment" kompaniyası tərəfindən alınmışdı. Bu studiya ilə Vaya Con Dios, Modern Talking kimi qruplar və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Atlantic Records
Atlantic Recording Corporation (Atlantic Records kimi bilinir) — 1947-ci ilin oktyabrında Ahmet Ertegün və Herb Abramson tərəfindən təsis edilmiş albom şirkəti. Hazırda Warner Music Group-a məxsusdur. 2004-cü ildə Atlantic və Elektra şirkəti Atlantic Records Group-la birləşdirildi. Atlanticin sədri Kreyq Kallmandır. Ahmet Ertegün 14 dekabr 2006-cı ildə 83 yaşında vəfat edənə qədər qurucu sədri vəzifəsini icra etdi.
Elektra Records
Elektra Records (Elektra Entertainment Group) — ABŞ mərkəzli səsyazma şirkəti.
Epic Records
Epic Records — Sony Music Entertainment-ə məxsus ABŞ musiqi şirkəti. == Törəmə leybllar == Epic Records-un keçmiş və hazırkı törəmə leyblları: 550 Music (fəaliyyət göstərmir) MJJ Music (fəaliyyət göstərmir) Epic Street — hip-hop janrı ifaçıları üçün yaradılıb. Daylight Records Beluga Heights — prodüser Conatan "J.R." Rotem tərəfindən yaradılıb. DC Flag Records Glowworm Records Hidden Beach Records — R&B və soul musiqisi üzrə ixtisaslaşıb. Okeh Records — Okeh leyblının relizlərinin yenidən nəşri üçün nəzərdə tutulub. Portrait Records (fəaliyyət göstərmir) Ruthless Records (fəaliyyət göstərmir) — Eazy-E və Cerri Xeller tərəfindən 1987-ci ildə yaradılan hip-hop leyblı. Work Records (fəaliyyət göstərmir) — "WORK" və "The WORK Group" kimi də tanınır. Əvvəllər Chaos Recordings kimi idarə olunub. == Epic Records-un ifaçıları == Epic Records-un keçmiş və indiki ifaçılarının siyahısı üçün bax: Epic Records ifaçılarının siyahısı == Epic Records rəhbərliyi == Çarli Uolk — Epic Records-un prezidenti. Nik Rafael — Epic Records-un Böyük Britaniya şöbəsinin idarəçisi.
Hansa Records
Hansa Records (Hansa, Hansa Musik Produktion və ya Hansa International) – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma leyblı. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Matador Records
Matador Records — ABŞ mərkəzli müstəqil səsyazma şirkəti, ən çox indi-rok, pank rok, eksperimental rok, alternativ rok və elektronika musiqiçilərinin buraxılışlarını həyata keçirir.
Sony Records
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
ZYX Records
ZYX Records — Əsası 1971-ci ildə Bernard Mikulski tərəfindən qoyulan Almaniya səsyazma şirkətidir. Linda Jo Rizzo və başqa ifaçılar bu leyblda mahnılarını ifa etmişlər.
Columbia Records
Columbia Records — Sony Music Entertainment-ə məxsus səsyazma şirkəti.
Interscope Records
Interscope Records — Kaliforniyanın Santa Monika şəhərində yerləşən musiqi şirkəti. 1990-cı illərin sonlarında Cimmi lovin və Ted Fild tərəfindən təsis edilmişdir. Hazırda Universal Music Group-a məxsusdur.
Polydor Records
Polydor Records — Universal Music Group-a məxsus alman-britaniya səsyazma şirkəti.
Virgin Records
Virgin Records — Universal Music Group-a məxsus musiqi şirkəti. İlk olaraq 1972-ci ildə sahibkarlar Riçard Brenson, Saymon Dreyper, Nik Pauell və musiqiçi Tom Nyuman tərəfindən Britaniya müstəqil səsyazma şirkəti kimi təsis edilmişdir.
Hollywood Records
Hollywood Records — Disney Music Group-a məxsus ABŞ səsyazma leyblı.
Republic Records
Republic Records — Universal Music Group-a məxsus ABŞ musiqi şirkəti.
Island Records
Island Records — 1959-cu ildə Yamaykada ingilis musiqi prodüserləri tərəfindən təsis edilmiş səsyazma şirkətidir. Uzun illər İngiltərədə yerləşən şirkət hal-hazırda Universal Music Group şirkətinə məxsusdur və ABŞ-da Island Def Jam Music Group və Birləşmiş Krallıqda Island Records Group tərəfindən idarə olunur. Bu şirkət həmçinin də, Avstraliyada Universal Music Australia tərəfindən Island Records Australia adı altında fəaliyyət göstərmişdir.
Mixpak Records
Mixpak Records — 2009-cu ildə Bruklində prodüser Dre Skull tərəfindən təsis edilmiş səsyazma şirkəti. Şirkət, densholl, underground club musiqisi, eksperimental elektronik, rep və solfild pop kimi janrlarda musiqilər yaradan sənətçilərlə işləyir.
RCA Records
RCA Records (Ar Ey Si Rekords) — Sony Music Entertainment-ə məxsus ABŞ səsyazma şirkəti.
Warner Records
Warner Records (2019-cu ilə kimi Warner Bros. Records Inc. adlanırdı) — Warner Music Group-a məxsus olan səsyazma şirkəti.
The Record
The Record — ABŞ indi-rok superqrupu Boygenius-un debüt studiya albomu. 31 mart 2023-cü ildə Interscope Records tərəfindən buraxılıb.
The Hollywood Reporter
The Hollywood Reporter (tərc. Hollivud müxbiri) — ABŞ film sənayesindəki inkişafları izləyən aparıcı Amerika jurnalı. Həftədə bir dəfə nəşr olunur. Variety ilə birlikdə son on ildə Amerikanın ən böyük iki film jurnalından biri olub. Əsası Vilyam Vilkerson tərəfindən qoyulmuş jurnalın ilk nömrəsi 1930-cu ilin sentyabrında çıxmışdır. Jurnal hazırda Prometheus Global Media-a məxsusdur və qərargahı Los-Ancelesdə yerləşir. 2010-cu ildə Cenis Min (ing. Janice Min) nəşrin baş redaktoru oldu. 2012-ci ilin martından 2018-ci ilin noyabr ayına qədər jurnalın rusdilli versiyası nəşr olundu. 73 buraxılış verilib.
Eastern Conference Records
Eastern Conference Records — ABŞ səsyazma şirkəti. Cage, Yak Ballz, Tame One, Copywrite, Mad Skillz, Chief Kamachi və daha bir çox sənətçinin albumları Eastern Conference Records adı altında yayımlanmışdır (1996-2007). Uzun aradan sonra son olaraq 2013-cü ildə Cage-in Kill the Architect adlı albumunu yayımlamışdır.
Warner Bros. Records
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Don Giovanni Records
Don Giovanni Records — ABŞ-nin Nyu-Cersi ştatında təsis edilmiş müstəqil musiqi şirkəti.
Big Machine Records
Big Machine Records — Universal Music Group-a məxsus ABŞ musiqi şirkəti. 2005-ci ildə Tennessi ştatının Neşvill şəhərində təsis edilib. Ən çox kantri və pop sənətçilərinin buraxılışlarını həyata keçirir.