reconstruire
recordman
OBASTAN VİKİ
Architectural Record (jurnal)
Architectural Record - ABŞ-də nəşr olunan memarlıq jurnalı. == Haqqında == "Architectural Record" aylıq yayımlanan və memarlıqdan bəhs edən ABŞ jurnalıdır. "MakQrav-Hill Construction" tərəfindən Nyu-York şəhərində nəşr olunur. Jurnalın 120 ildən çox yaşı var. Jurnalın əsas məqsədi yeni yetişən və ya təcrübəli memarlar haqqında son xəbərləri və memarlıq sahəsində baş verən yenilikləri oxucular çatdırmaqdır. Jurnal ilə Amerika Memarlıq İnstitutu (AMİ) arasında sıx əlaqə mövcuddur. Jurnalda və jurnalın rəsmi saytında tez-tez AMİ ilə bağlı xəbərlər yayınlanır. Architectural Record jurnalının 1910-cu il may buraxılışında Pablo Pikassoya aid ən vacib əsər olan "Aviynonlu Qızlar"la bağlı və Qelett Burqesə aid "The Wild Men of Paris" (Parisdəki Çılğın Adamlar) adlı bir məqalə yayınlandı. Bu yazı Pablo Pikasso və Corci Braquein əsasını qoyduqları kubizm cərəyanının Amerika mətbuatındaki ilk yayınlarından biridir. Jurnalın ofisi Nyu-York şəhərinin Manhetten bölgəsindəki "Two Penn Plaza" binasının 9-cu mərtəbəsində yerləşir.
Ariola Records
Ariola Records (Ariola və ya Ariola-Eurodisc) — 1958-ci ildə yaradılan Almaniya səsyazma studiyasıdır. 1980-cı llərdə kompüter proqramları və oyunların yaradılması üçün studiyada "Ariolasoft" adlı filial yaradılmışdı. 1980-cı illərin sonların "Bertelsmann Music Group" kompaniyası, daha sonra "Sony Music Entertainment" kompaniyası tərəfindən alınmışdı. Bu studiya ilə Vaya Con Dios, Modern Talking kimi qruplar və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Atlantic Records
Atlantic Recording Corporation (Atlantic Records kimi bilinir) — 1947-ci ilin oktyabrında Ahmet Ertegün və Herb Abramson tərəfindən təsis edilmiş albom şirkəti. Hazırda Warner Music Group-a məxsusdur. 2004-cü ildə Atlantic və Elektra şirkəti Atlantic Records Group-la birləşdirildi. Atlanticin sədri Kreyq Kallmandır. Ahmet Ertegün 14 dekabr 2006-cı ildə 83 yaşında vəfat edənə qədər qurucu sədri vəzifəsini icra etdi.
Domino Recording Company
Domino Recording Company (və ya Domino Records) — Londonda mərkəzli Britaniyanın müstəqil səsyazma şirkəti.
Eastern Conference Records
Eastern Conference Records — ABŞ səsyazma şirkəti. Cage, Yak Ballz, Tame One, Copywrite, Mad Skillz, Chief Kamachi və daha bir çox sənətçinin albumları Eastern Conference Records adı altında yayımlanmışdır (1996-2007). Uzun aradan sonra son olaraq 2013-cü ildə Cage-in Kill the Architect adlı albumunu yayımlamışdır.
Elektra Records
Elektra Records (Elektra Entertainment Group) — ABŞ mərkəzli səsyazma şirkəti.
Epic Records
Epic Records — Sony Music Entertainment-ə məxsus ABŞ musiqi şirkəti. == Törəmə leybllar == Epic Records-un keçmiş və hazırkı törəmə leyblları: 550 Music (fəaliyyət göstərmir) MJJ Music (fəaliyyət göstərmir) Epic Street — hip-hop janrı ifaçıları üçün yaradılıb. Daylight Records Beluga Heights — prodüser Conatan "J.R." Rotem tərəfindən yaradılıb. DC Flag Records Glowworm Records Hidden Beach Records — R&B və soul musiqisi üzrə ixtisaslaşıb. Okeh Records — Okeh leyblının relizlərinin yenidən nəşri üçün nəzərdə tutulub. Portrait Records (fəaliyyət göstərmir) Ruthless Records (fəaliyyət göstərmir) — Eazy-E və Cerri Xeller tərəfindən 1987-ci ildə yaradılan hip-hop leyblı. Work Records (fəaliyyət göstərmir) — "WORK" və "The WORK Group" kimi də tanınır. Əvvəllər Chaos Recordings kimi idarə olunub. == Epic Records-un ifaçıları == Epic Records-un keçmiş və indiki ifaçılarının siyahısı üçün bax: Epic Records ifaçılarının siyahısı == Epic Records rəhbərliyi == Çarli Uolk — Epic Records-un prezidenti. Nik Rafael — Epic Records-un Böyük Britaniya şöbəsinin idarəçisi.
Hansa Records
Hansa ("Hansa", "Hansa Musik Produktion" və ya "Hansa International") – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma studiyası. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Matador Records
Matador Records — ABŞ mərkəzli müstəqil səsyazma şirkəti, ən çox indi-rok, pank rok, eksperimental rok, alternativ rok və elektronika musiqiçilərinin buraxılışlarını həyata keçirir.
RecordTV
RecordTV — 27 sentyabr 1953-cü ildə iş adamı və media şəxsiyyəti Paulo Machado de Carvalho tərəfindən TV Record olaraq qurulmuş bir Braziliya sərbəst ticarət televiziya şəbəkəsidir.
Recording Industry Association of America
Amerika Səsyazma Sənayesi Birliyi (ing. The Recording Industry Association of America (RIAA)) — ABŞ — da səsyazma industriyası ilə məşğul olan şirkət.
Recording Industry Association of New Zealand
The Recording Industry Association of New Zealand (RIANZ) — Yeni Zellandiyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.
Sony Records
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Warner Bros. Records
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
ZYX Records
ZYX Records — Əsası 1971-ci ildə Bernard Mikulski tərəfindən qoyulan Almaniya səsyazma şirkətidir. Linda Jo Rizzo və başqa ifaçılar bu leyblda mahnılarını ifa etmişlər.
Columbia Records
Columbia Records — Sony Music Entertainment-ə məxsus səsyazma şirkəti.
Interscope Records
Interscope Records — Kaliforniyanın Santa Monika şəhərində yerləşən musiqi şirkəti. 1990-cı illərin sonlarında Cimmi lovin və Ted Fild tərəfindən təsis edilmişdir. Hazırda Universal Music Group-a məxsusdur.
Polydor Records
Polydor Records — Universal Music Group-a məxsus alman-britaniya səsyazma şirkəti.
Virgin Records
Virgin Records — Universal Music Group-a məxsus musiqi şirkəti. İlk olaraq 1972-ci ildə sahibkarlar Riçard Brenson, Saymon Dreyper, Nik Pauell və musiqiçi Tom Nyuman tərəfindən Britaniya müstəqil səsyazma şirkəti kimi təsis edilmişdir.
Don Giovanni Records
Don Giovanni Records — ABŞ-nin Nyu-Cersi ştatında təsis edilmiş müstəqil musiqi şirkəti.

Digər lüğətlərdə