Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Redfoo
Stefan Kendal Qordi (ing.
Robert Redford
Robert Redford (ing. Robert Redford; 18 avqust 1936[…], Santa-Monika, Kaliforniya) — Amerikalı aktyor, rejissor, biznesmen və prodüser. == Həyatı == Kaliforniya ştatının Santa Monika şəhərində anadan olub. Onun ögey qardaşı Uilyam atasının digər evliliyindəndir. 1954-cü ildə Van Nuys Liseyini bitirdi və beysbol təqaüdü ilə Kolorado Universitetinə daxil oldu. 18 yaşında anasının ölümü ilə əlaqədar düşdüyü depressiya zamanı yaşadığı spirtli içki problemi səbəbindən təqaüdünü itirib. Redford kollec təqaüdünü itirdikdən sonra Bruklindəki Pratt İnstitutunda səhnə dizaynı üzrə təhsil almağa başladı. == Karyera == Redfordun ən məşhur rolları "Butch Cassidy and the Sundance Kid" "Bütün prezidentin adamları" "Çətinliklər" "Təbii" "Bizim yolumuz" "Mənim Afrikam" "Möhtəşəm Qetsbi" filmlərində çəkilir. Rejissor kimi Redford "Adi İnsanlar", "Quiz Show", "The Legend of Bagger Vance", "The Horse Whisperer", "The Milagro Beanfield War" və "A River Runs Through it" filmlərində çalışıb. O, həmçinin "Adi İnsanlar" filminin prodüseridir.