Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Senecio deferens
Senecio deferens (lat. Senecio deferens) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Ferens Deak
Ferens Deak (mac. Deák Ferenc; 17 oktyabr 1803[…], Şöytör[d], Habsburq monarxiyası – 28 yanvar 1876, Budapeşt) — Macarıstan dövlət xadimi və ölkəsinin ilk ədliyyə naziri. == Həyatı == Ferens Deak Macarıstanın cənub-qərbindəki Zala əyalətində Söjtör şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Ferens Deak de Kexida (1761-1808), hüquqşünas və torpaq sahibi idi. O həm də Kapornak rayonunun baş hakimi olmuşdur. Anası isə xanım Ersebet Sibrik (1768-1803) idi. Ferens Deak ali təhsilini hüquq ixtisası üzrə tamamladıqdan sonra ardıcıl olaraq vəkil və notarius vəzifələrində çalışmışdır. 1833-cü ildə ilk dəfə siyasi həyata atılan Deak artıq 1850-ci illərdə Macarıstan siyasətində ən mühüm şəxsiyyətlərindən biri idi. == Siyasi fəaliyyəti == 1836-cı ildə Deak senzorların icazəsi olmadan dəstəklədiyi məsələlər haqqında məqalə yazdı və yayımladı. Bu məqalə onun adının əhəmiyyətli dairələrdə daha da məşhurlaşmasına gətirib çıxardı.
Ferens Dyulai
Ferens Dyulai fon Maroş-Nemet und Nadaşka (mac. Ferencz Gyulai von Maros-Német und Nádaska, alm. Franz Gyulai von Maros-Német und Nádaska‎, 1 sentyabr 1798, Peşt[d], Peşt medyesi – 21 sentyabr 1868[…], Vyana) — Avstriya hərbi və dövlət xadimi. == Həyatı == Ferens Dyulai Transilvaniyadan olan qədim Macar zadəgan ailəsinə mənsub idi. 1694-cü ildə Dyulailər baron,1704-cü ildə isə qraf oldular. Atası məşhur Avstriya generalı İqnas Dyulai idi.1815-ci ildə Ferens karyerasına atasının adını daşıyan 60-cı piyada alayına qoşulmaqla başladı. Bir sıra hərbi əməliyyatlarda göstərdiyi cəsarətinэ görə Avstriya ordusundakı karyerasını sürətlə inkişaf etdirdi: 1820-ci ildə leytenant,1829-cu ildə polkovnik-leytenant,1830-cu ildə polkovnik,1839-cu ildə general-mayor oldu. 1845-ci ildə imperator I Ferdinand onu 33-cü piyada alayının komandiri təyin etdi,1846-cı ildə - Triest qubernatoru və Seebesirk bölgəsinin general-qubernatoru oldu,feldmarşal-leytenant rütbəsini aldı. === Hərbçi karyerası === 1848-ci il inqilabı zamanı əvvəlcə Triest donanmasına rəhbərlik etdi,dağınıq gəmiləri topladaraq, təmizlətdirdi və donanmanı işlək vəziyyətə gətirdi, beləliklə 25 mayda Triestin önünə çıxan İtalyan gəmiləri 4 iyulda buranı tərk etmək məcburiyyətində qaldı. Sonra briqadası ilə İtaliyadakı feldmarşal Yozef Radetskinin köməyinə getdi və 1848-ci il 24-25 iyul tarixlərindəki Kustoz döyüşündə iştirak etdi.
Ferens Dyurçan
Ferens Dyurçan – (mac. Ferenc Gyurcsány d. 4 iyul 1961, Papa, Macarıstan) Macar siyasətçi. 2004-2009-cu illərdə Macarıstanın Baş naziri olmuşdur. == Həyatı == 4 iyul 1961-ci ildə Macarıstanın Papa şəhərində orta təbəqəyə mənsub bir ailədə anadan olmuşdur. Atası bir neçə dəfə müxtəlif səbəblərə görə həbs edilmişdir. Orta məktəbi Budapeştdə bitirdikdən sonra Papa şəhərinə geri qayıdır. 1979-cu ildə Peç Universitetinin iqtisadiyyat fakültəsinə daxil olur. 1988-1989-cu illərdə Macar Gənc Kommunist Partiyasının universitet və kolleclərdəki komitələrinə rəhbərlik edir. 1990-1992-ci illərdə "Creditium Financial Consultant Ltd"-də çalışır.
Ferens Erkel
Ferens Erkel (mac. Ferenc Erkel; 7 noyabr 1810[…], Dyula[d], Bekeş medyesi – 15 iyun 1893, Budapeşt) - dövrünün Avstriya-Macarıstan imperiyası idarəçiliyi altında yaşamış macar opera bəstəkarı, pianist, müəllim və orkestra drijoru. Erkel macar tarixi mövzusu olan macar qrand-opera janrının yaradıcısı hesab edilir. Opera əsərləri Macarıstanda hələ də tamaşaçıların böyük sevgisi ilə dəfələrlə yenidən səhlələşdirilmişdir. 1844-cü ildə Macarıstan milli himni olaraq qəbul edilən "Himnusz" adlı marşın musiqisinin bəstəkarıdır. == Həyatı == Erkel Transilvaniya-Macarıstan sərhədinə yaxın olan Dyula adlı kiçik şəhərdə Şvabiyalı alman əsilli musiqiçi olan İosif Erkel və macar əsilli həyat yoldaşının oğlu olaraq 1810-cu ildə anadan olmuşdur. === Təhsili === Musiqi sahəsində istedadı olan çox balaca ikən anlaşılmış, orq ifaçıları olan babası və atası tərəfindən ilk musiqi təhsili və piano dərsləri almışdı. İlk piano konsertini Dyulada 11 yaşında olarkən vermişdir. Sonra musiqi təhsilini əvvəl lisey səviyyəsində təhsil verən Oradeada və sonra da daha yüksək musiqi təhsili verən Bratislavada davam etdirmişdir. Bu şəhərdə yaxşı musiqi təhsili görmüş və 17 yaşında təhsilini bitirmişdir.
Ferens Herçeq
Ferens Herçeq - (d. 22 sentyabr 1863, Vrşaç, Avstriya- Macarıstan, 24 fevral 1954, Budapeşt, Macarıstan) Macar yazıçı və dramaturq, milliyətçi mühafizəkar fikrin davamçılarından . == Həyatı == Ferens Herçeq 1863-cü ilin sentyabr ayının 22-də Vrşaç şəhərində anadan olmuşdur. Ali məktəbə hüquq ixtisası üzrə daxil olmasına baxmayaraq, təhsilini ədəbiyyat sahəsi üzrə davam etdirmişdir. 1890-cı ildə ilk romanını nəşr etdirən Herçeq, 1895-ci ildə "Ui Dök" adlı jurnalın həm redaktoru həm yaradıcısı olmuşdur. Bu jurnal yarım əsr Macarıstanın mühafizəkar yuxarı və orta təbəqələrinin mətbu orqanı idi. O, 1896-cı ildə Macar parlamentinə seçilmişdir. 1901-ci ildə isə “Petüfi” cəmiyyətinin prezidenti olmuşdur. == Ədəbi fəaliyyəti == Onun romanları özündə yumoru, sarkazmı və sosial tənqidi ehtiva edirdi. Bunun ən məşhur nümunəsi “Dyurkoviç qızları” (ing.
Ferens List
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[…] – 31 iyul 1886[…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir. == Həyatı == Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı.
Ferens Molnar
Ferens Molnar (d. 12.01.1878 - ö. 01.04.1952) - macar yazıçı. == Həyatı == Ferens Molnar 12 yanvar 1878-ci ildə Macarıstanın Budapeşt şəhərində doğulmuşdur. 1896-cı ildə ədəbi fəaliyyətə başlayıb. "Ac şəhər" hekayələr toplusu 1901-ci ildə çap olunub. 1930-cu illərdə ABŞ-yə mühacirət edib. Ferens Molnar 1 aprel 1952-ci ildə ABŞ-nin Nyu-York ştatında vəfat etmişdir. "Pal küçəsinin oğlanları" povestini Ramil Səfərov Azərbaycan dilinə tərcümə etmişdir. == Kitabları == "Ac şəhər" (hekayələr).
II Ferens Rakoçi
II Ferens Rakoçi-(mac. II Ferenc Rákóczi; 27 mart 1676 – 8 aprel 1735, Təkirdağ) 1703–1711 Macar istiqlaliyyət hərəkatının rəhbəri, Transilvaniya şahzadəsi == Həyatı == Ferens Rakoçi 1676-cı ildə Transilvaniyada dünyaya gəlmişdir. I Ferens Rakoçi və İlona Zirininin 3 uşağından sonuncusudur. Atası hələ o uşaq ikən vəfat etdiyi üçün anası uşaqlarını tək başına yetişdirmişdir. Daha sonra İlona ikinci dəfə İmre Tököli ilə ailə həyatı qurur. Ögey ata Rakoçinin təhsilinə laqeyd yanaşır. Bütün diqqətini siyasət sahəsinə yönəldən Tököli 1683-cü ildə türklər Vyana şəhərini tuta bilmədikdə Yuxarı Macarıstan kralı olmaq aruzlarının puç olacağını başa düşür və Rakoçini Konstantinapola xoş niyyətinin simgəsi olaraq göndərmək istəyir. Lakin anası bu addıma qarşı çıxır. 1688-ci ildə I Leopold onu öz himayəsinə götürür və anası ilə birlikdə Vyana şəhərinə köçür. 1694-cü ildə Sarolta Amaliya ilə ailə həyatı qurur və Rakoçi qalasına yerləşir.
Mentha argutissima var. recedens
Çəmən yarpızı (lat. Mentha arvensis) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid növ. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonim == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Ferens List Musiqi Akademiyası
Ferens List Musiqi Akademiyası (mac. Liszt Ferenc Zeneművészeti Egyetem) — Budapeştdə yerləşən Macarıstanın ən qabaqcıl musiqi akademiyası. Akademiya Ferens List tərəfindən 1875-ci ildə təsis edilib və ilk olaraq öz evində yerləşirdi. 1919-cu ilədək Kral Macarıstan Musiqi Akademiyası (alm. Königlich-Ungarische Musikakademie‎) adlanırdı, sonra 1925-ci ildə yalnız Musiqi Kolleci adını qazandı. Akademiya həmçinin List Muzeyi və Araşdırma Mərkəzi və Bartok Musiqi Məktəbini də əhatə edir. Bundan əvvəl Akademiya, memar Adolf Lanq ("Köhnə Musiqi Akademiyası") tərəfindən hazırlanmış Andrassi prospektindəki bir binada yerləşdi. Bina yalnız 1980-ci illərdə Akademiya tərəfindən satın alınmışdır və indi rəsmi olaraq Ferens List Memorial və Araşdırma Mərkəzi adlanır.
Ferens List adına Budapeşt Beynəlxalq Hava Limanı
Öncəki adı Budapeşt Ferihegy (Ferihec) adlanan Budapeşt Ferenç List Beynəlxalq Hava Limanı (IATA: BUD, ICAO: LHBP) - Macarıstanın sərnişinlərə xidmət göstərən beş ən böyük hava limanlarından biridir. Hava limanından Avropa, Afrika və Yaxın Şərq ölkələrə uçuşlar həyata keçirilir. 2012-ci ildə statistikaya əsasən 8.5 milyon sərnişin qəbul etmişdir. Macarıstanın dövlət hava olları olan Malev şirkətinin iflası bu rəqəmə öz təsirini göstərmişdir. Hava limanı Budapeştin mərkəzindən 16 kilometr uzaqlıqda yerləşir. Hava limanına asan şəkildə gəlmək üçün Üllöi yolundan istifadə etmək mümkündür. Məşhur macar bəstəkarı Ferens Listin 200 illik yubileyi şərəfinə hava limanına onun adı verilmişdir. Hava limanı iri-həcmli təyyarələri qəbul etmə imkanına malikdir. == Adı == Hazırda List Ferençin adına olan Hava Limanı daha çox köhnə adı Ferihegy ilə məşhurdur. Ferihegy hava limanı yaxınlığında yerləşən bölgənin adıdır.