katib-referent

katib-referent
katib
katibə
OBASTAN VİKİ
Katib
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Katib Məmmədov
Məmmədov Katib Səfər oğlu — azərbaycanlı heykəltaraş, pedaqoq, dosent, Ukraynanın xalq rəssamı, Beynəlxalq Repin Premiyasının laureatı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının üzvü (1997), "Ukrayna Azərbaycanlılar Konqresi"nin üzvü (1999), Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvü (TSPX) (2008). == Həyatı == Katib Məmmədov 1963-cü il oktyabrın 10-da Gəncə yaxınlığında Azərbaycanın çox mənzərəli bir guşəsində, çoxuşaqlı ailədə anadan olub. Katibin uşaqlığı təbiətlə yaxından bağlı olub. O hələ uşaqkən ətrafda hər şeyə həddindən artıq marağı ilə yaşıdlarından seçilirdi. Çoxlu kitablar oxuyur, şəkil çəkir, müxtəlif fiqurlar düzəldirdi. Onun rəssam kimi formalaşmasında atasının böyük təsiri olub, atası onun qeyri-adi istedadını görərək ona tut ağacında balaca ev düzəltmişdi. Bu onun uşaq fantaziyalarına daha da təkan vermişdi. Balaca Katib özünü orada azad quş kimi hiss edir, özünü oxuduğu sevimli əsərlərindəki qəhrəmanlara bənzədirdi, Tom Soyer, Cim Hokins, Robinzon Kruzo… Səkkizinci sinfi bitirdikdən sonra, 15 nömrəli Gəncə sənət məktəbinə daxil olur. 1982 ildən 1984-cü ilədək Sovet Ordusu sıralarında, Rusiyanın Lipetsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən Leninqrada oxumağa getmək arzusu ilə Vətənə qayıdır.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
İsmayıl Katib
İsmayıl Novruz oğlu Zeynalov (25 mart 1898, Qıraq Kəsəmən, Qazax qəzası – 3 iyul 1938) — şair, 1934-cü ildən AYB-nin üzvü. == Həyatı == İsmayıl Novruz oğlu Zeynalov (İsmayıl Katib) 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922–1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934–1937) vəzifələrində çalışmışdır. 3 iyul 1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.
Mirzə Məhəmməd Katib
Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu Allahquliyev (1827, Şuşa – 1889, Şuşa) – şair == Həyatı == Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu 1827-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Katib təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-Fərəmuşan" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus və erməni dillərini də tamam-kamal öyrənmişdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Salman Mümtaz Katibi kamil sənətkar kimi oxuculara təqdim etmişdi. Mirzə Məhəmməd Katib 1889-cu ildə vəfat edib. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu, Allahqulu ağanın törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2010, № 6, səh.9–14.
Bizim katib (film, 1972)
Bizim katib qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuşdur. == Məzmun == Film Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuşdur. Kinoportretdə raykom katibinin gündəlik işi, qayğıları öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Katib Mehmed Əmin Paşa
Katib Mehmed Əmin Paşa (v. may 1753, Qahirə) — I Mahmud dönəmində 2 il 5 ay 28 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == İzzî, Târih, İstanbul 1199, vr. 209b-210a, 214a-b, 260b-261b, 274a, 275b; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ (Hadîkatü’l-vüzerâ içinde), s. 76–78; Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 74; Sicill-i Osmânî, IV, 239–240; İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1945, II, 316; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 333–334; Danişmend, Kronoloji2, IV, 33; V, 59; N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, IV, 374.
Sultan Sultanov (birinci katib)
Sultan Teymur oğlu Sultanov (1905 – 9 yanvar 1938) — alay komandirinin köməkçisi, mayor. Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1937). == Həyatı == 1905-ci ildə anadan olub. 9 yanvar 1938-ci ildə SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həbs olunana kimi alay komandirinin köməkçisi mayor vəzifəsində xidmət etmişdir. Həbs ediləndən bir gün sonra güllələnmişdir. == İctimai-siyasi fəaliyyəti == 1937-ci ildə Naxçıvan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. 1937-ci il oktyabr ayının 22-dən 1938-ci ilin yanvarına qədər Azərbaycan Kommunist (bolşevik) partiyasının Mərkəzi Komitəsinin Büro üzvü vəzifəsini icra edir. Çox çəkmir ki, "əksinqilabçı-millətçi" damğası ilə həbs edilərək güllələnir.
Yaqub Məmmədov (birinci katib)
Yaqub Cəlal oğlu Məmmədov (1938, Qızılağac, Göyçay rayonu – 16 mart 1986) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi (1981–1986), Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1981). == Həyatı == Yaqub Cəlal oğlu Məmmədov 1938-ci ildə Göyçay rayonunun Qızılağac kəndində müəllim ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə rayondakı "Bolqarıstan" kolxozunda kolxozçu kimi başlamışdır. Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra beş il müəllim işləmiş və Qızılağac kənd orta məktəbinin direktoru olmuşdur. 1972-ci ildə Yaqub Məmmədov partiya işinə irəli çəkilmiş və Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin təlimatçısı, şöbə müdiri, sonra isə katibi olmuşdur. 1977-ci ildən Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş, paralel olaraq Bakı Ali Partiya Məktəbinin qiyabi şöbəsini bitirmişdir. 1981-ci ilin oktyabr ayında Azərbaycan KP Laçın Rayon Komitəsinin birinci katibi seçilmiş və həyatının sonunadək bu vəzifədə çalışmışdır. Yaqub Məmmədov 1963-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Mandat komissiyasının üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir.
Əli Quliyev (birinci katib)
Quliyev Əli Şəfi oğlu (2 avqust 1918, Maştağa, Bakı qəzası – 16 dekabr 1971) – partiya və dövlət xadimi, Qonaqkənd Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı (1951–1954). == Həyatı == Əli Quliyev 1918-ci il avqust ayının 2-də Maştağada anadan olmuşdur. 1928-ci ildə 128 saylı məktəbə getmiş, sonralar 187 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə "Abşeron kolxozçusu" qəzetindən başlamışdır. Burada ədəbi işçi kimi çalışmışdır. Kənd zəhmətkeşləri haqqında yazdığı məqalə, oçerk, reportaj və zarisovkalarla özünə diqqət çəkmiş, Maştağa Rayon Komsomol Komitəsinə işə götürülmüş, komitənin şöbə müdiri vəzifəsində işləmişdir. 1939-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almağa başlamış, istehsalatdan ayrılmamış, vaxtilə bitirdiyi 187 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri kimi fəaliyyət göstərmişdir. 1941-ci ilin yanvar ayında Maştağa Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur. Böyük Vətən müharibəsi başladığına görə bu vəzifədə qısa müddət çalışmış, cəbhəyə yollanmış və ordu sıralarında alman faşistlərinə qarşı savaşmışdır. Səhhətindəki problemlərə görə hərbi xidmətdən erkən tərxis edilmişdir.